Məzmun Kinolent Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq, respublikanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı İlyas Əfəndiyevin həyat və yaradıcılığına, ictimai fəaliyyətinə ithaf olumuşdur.

Filmdə dramaturqun tamaşalarından parçalar verilmişdir. Professor Yaşar Qarayev, teatr xadimlərindən Həsənağa Turabov, Mərahim Fərzəlibəyov, Amaliya Pənahova, Əliabbas Qədirov görkəmli yazıçı və dramaturq haqqında xatirələrini söyləyirlər.

Filmdə teatr sənətimizdə özünəməxsus yer tutan, dünənimizlə bu günümüz arasında körpü yaradan əsərlər haqqında söhbət açılır. Müəllif-rejissor, müəllif-aktyor münasibətlərindəki səmimilik, tələbkarlıq obrazlı dillə, xatirələr vasitəsilə işıqlandırılır.

Film haqqında Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Mailə Muradxanlı, Cəmil Fərəcov Rejissor: Cəmil Fərəcov Operator: Nizami Abbas Səs operatoru: Əsəd Əsədov Redaktor: Svetlana İsmayılova İcraçı prodüser : Xanlar Cəfərov

Sponsor "Azərkinovideo" İB

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 354.

Xarici keçidlər Sən həmişə bizimləsən

Kateqoriya:Şəxslər haqqında filmlər Kateqoriya:İlyas Əfəndiyev haqqında filmlər Kateqoriya:1998-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:"Yaddaş" Studiyası