Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə () — Azərbaycan pianoçusu, Azərbaycan SSR xalq artisti (1982), professor.
Həyatı Zöhrab Adıgözəlzadə 1940-cı il iyulun 3-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra orada müəllim, dosent, professor kimi fəaliyyət göstərib. O həm də konsert fəaliyyəti ilə məşğul olub, Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərlərini ifa edib. 1990-cı ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb.
Uzun sürən xəstəlikdən sonra 24 may 2012-ci ildə vəfat edibXalq artisti, məşhur pianoçu Zöhrab Adıgözəlzadə vəfat edib. Mayın 25-də Bakı Musiqi Akademiyasında onunla vida mərasimi keçirilib..
Ailəsi Azərbaycan pianoçusu Murad Adıgözəlzadənin atasıdır.
Mükafatları Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.02.1979Respublika ədəbiyyat və incəsənət xadimlərinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 fevral 1979-cu il tarixli Fərmanı — anl.az saytı
Xarici keçidlər Zohrab Adıgozelzade plays Fikret Amirov "Miniatures"
İstinadlar
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan klassik pianoçuları