Yanuş Korçak , əslində 'Henrik Qoldşmit,Yad Vashem (2010). "Ceremony Marking 68 Years Since its Murder of plum Korczak and the Children of the Orphanage". Yad Vashem The Holocaust Martyrs' and Heroes' Remembrance Authority. Retrieved 27 January 2012. həmçinin Qoca Həkim və ya Cənab Həkim'' kimi tanınan (22 iyul 1878 və ya 1879-cu ildə Varşavada, 5 avqust və ya 6 avqust 1942-ci ildə Treblinkada alman ölüm düşərgəsində vəfat etmişdir) – həkim, pedaqoq, yazıçı, publisist, ictimai xadim, Polşa Ordusunun zabiti.

Yenilik gətirən pedaqoq, tərbiyənin nəzəriyyə və təcrübəsi haqqında nəşrlərin müəllifidir. Uşaqların hüquqlarına və tam hüquq bərabərliyinə dair fəaliyyətin müjdəçisi idi. Uşaq evinin direktoru olaraq uşaq dostyana məhkəməsini təşkil etdi. Burada uşaqlar özləri tərəfindən irəli sürülmüş məsələləri müzakirə edirdilər. Onların, həmçinin öz tərbiyəçilərini də məhkəmə qarşısına gətirmək imkanları var idi. "Gözəl insan, məşğul olduğu uşaq və gənclərə inanan, intizam, həmçinin böyük məsuliyyət tələb edən ən çətin məsələləri belə onlara etibar edəcək qədər cəsarətli idi" – Korçak tərəfindən təsis və idarə olunan Uşaq Evini tez -tez ziyarət edən məşhur İsveçrə pedaqoqu, Jean Piaget Korçak haqqında deyirdi.

Korçak uşaqlar tərəfindən göndərilən materiallar əsasında hazırlanan və əsasən, uşaq oxucusuna yönəldilən ilk "Qısa xülasə" adlı jurnalını yaratmışdır. Uşaq psixologiyası və inkişafı, həmçinin tərbiyə diaqnostikası sahəsində araşdırmalarının təşəbbüsçülərindən biri di.

Bütün həyatı boyu iki xalqa da mənsubiyyətini elan edən polyak yəhudisi idi.

Həyatı Korçak Varşavada polyaklaşdırılmış yəhudi ailəsində anadan olun. Onun atası, hüquqşünas, Yuzef Qoldşmit(1844–1896) və anası Sesiliya Qenbitska (1853/4–1920). Yanuş Korçakın əsl doğum haqqında şəhadətnaməsi qalmayıb, buna görə də doğum tarixi dəqiq deyil.

Lyublindan olan Qoldşmitlər ailəsi və Poznanda yaşayan Qenbits ailəsindən yaranmışdır; ulu babası, Maurıtsı Qenbitski və babası Herş Qoldşmit həkim idilər. Yanuş Korçakın atasının, ana tərəfdən babalarının (onun qəbri tapılmayıb) məzarları Varşavada Okopova küçəsində yerləşən yəhudi qəbiristanlığında yerləşir. Qoldşmit ailəsinin əvvəlki yaxşı maddi durumu 90-cı illərin əvvəlində birinci dəfə dəlilik simptomu ilə psixiatriya müalicəxanasına düşən atasının xəstəliyi səbəbindən, ağırlaşmağa başladı. Atası 26 aprel 1896-cı ildə vəfat etdi. Onun ölümündən sonra, Korçak 17–18 yaşlı şagird olaraq, ailəsinə kömək etmək üçün fərdi dərslər verməyə başladı. Onun anası, Sesiliya Qoldşmit onların Varşavadakı mənzilində otaqları vasitəli icarəyə verirdi. Buraxılış imtahanını Korçak iyirmi yaşında verdi.

Uşaqlıqda Korçak çoxlu kitab oxuyurdu. İllər sonra, gettoda yazdığı xatirə dəftərində qeyd etdi: "Kitabları oxumaq dəlicəsinə sevirəm. Gözümə heç nə görsənmir, ancaq kitabı görürəm". 1898-ci ildə Varşavada İmperator Universitetinin Tibb Fakültəsində təhsilə başladı. 1899-cu ilin yay aylarında ilk dəfə xaricə — İsveçrəyə yollandı. Yeri gəlmişkən, orada Johann Heinrich Pestalozzinin pedaqoji fəaliyyəti və yaradıcılığını öyrənirdi. Həmin ilin sonlarında Varşava Xeyriyyə Birliyində fəaliyyətinə görə qısa müddətə həbs olunmuşdur. Birinci kursu təkrar oxuduğuna görə, təhsili altı il təşkil etdi. Onun təhsil aldığı universitetin daimi binası yox idi, mühazirələr hər dəfə ayrı-ayrı yerlərdə oxunurdu. Tələbə olaraq, yoxsul, proletariat və lumpenproletariat məhəllələrində olan həyatı müşahidə edirdi. O, həmçinin, "Le Droit humain" Beynəlxalq Federasiyasının "Dəniz ulduzu" adlı mason birliyinin üzvü idi. Bu Federasiya "dini maneələrlə bir birindən ayrılan bütün insanları barışdırmaq və qarşındakı insana hörmətin qorunub saxlanması" üçün yaranıb.

Həkim 1905-ci ilin iyirmi üç mart tarixində Korçak həkim diplomunu aldı. Həmin ilin iyun ayında o həkim vəzifəsində çar ordusuna çağırılmışdı (o zaman Polşa işğal altında idi) və rus-yapon müharibəsində iştirak etmişdir. O Harbinada xidmət edirdi. Mancuriyada uşaqlardan çin dilini öyrənirdi. 1906-cı ilin mart ayının sonlarında Korçak Varşavaya döndü. 1905–1912-ci illər arasında Berson və Bauman adına Uşaq Xəstəxanasında pediatr vəzifəsində işləmişdi. Xəstəxananın ərazisində yaşamaq əvəzinə, "yerli həkim" kimi xəstəxanada bütün günü növbədə işləyib öz vəzifələrini fədakarlıqla yerinə yetirirdi. Həkim təcrübəsində şəhərin proletariat hissələrindən çəkinmirdi. Yoxsul xəstələrdən tez-tez simvolik mükafat alırdı və onlara dərman üçün pul verirdi. Lakin varlılardan yüksək qonorarlar tələb etməkdən çəkinmirdi, bu da onun ədəbi məşhurluğunu asanlaşdırırdı. 1907–1910/11-ci illərdə xaricdə təhsilini axıra çatdırırdı. Orada mühazirələrə qulaq asır, uşaq klinikalarında təcrübəsini artırır, tərbiyə və qəyyumluq müəssisələrini ziyarət edirdi. Berlində demək olar ki, bir il yaşayıb (1907–1908), Parisdə — dörd ay (1910), Londonda bir ay olub (1910 və ya 1911). İllər sonra yazdığı kimi, məhz Londonda ailə qurmayacağı və "uşaqlara və onlarla bağlı məsələlərə xidmət edəcəyi" haqqında qərar verdi. O zaman aktiv ictimai fəaliyyət göstərirdi, Varşava Gigiyena Birliyi və Yay Düşərgələri Birliyinin (YDB) üzvü idi. 1904, 1907, 1908-ci illərdə YDB tərəfindən yəhudi və polyak uşaqları üçün təşkil olunan düşərgələrə gedirdi. 1906-cı ildə oxucu və tənqidçilər tərəfindən çox yaxşı qəbul olunan "Salon uşağını" nəşr edir. O zamandan, nəşrlərinə görə əldə etdiyi məşhurluğa görə, Varşavada məşhur və tələb olunan pediatr idi. 1909-cu ildə "Yetimlərə yardım" adlı yəhudi cəmiyyətin üzvü oldu. Bir neçə il sonra, Korçak şəxsi "Uşaq Evini" təsis edib, onun müdiri oldu. Birinci Dünya müharibəsi zamanı yenidən çar ordusuna çağırılmışdır. Əsasən Ukraynada, diviziya lazaretinin ordinatoru kimi xidmət edirdi. 1917-ci ildə həkim işini Kiyev yaxınlığında ukraynalı uşaq evində işləmək üçün geri çağırılmışdı. Iki il bundan əvvəl, Kiyevdə qısamüddətli məzuniyyət zamanı, ictimai və müstəqil xadim, həmçinin polyak oğlanları üçün tərbiyə evinin rəhbəri olan, Mariya Roqovski Falska ilə görüşmüşdür. Rus ordusunda kapitan rütbəsi ilə hərbi xidməti bitəndən sonra, 1918-ci ilin iyun ayında Varşavaya qayıtdı. Polşanın müstəqilliyi qeyd olunandan sonra (11 noyabr 1918-ci il) Korçak tez bir zamanda yenə də orduya düşdü. Bu dəfə isə, dirçələn polyak ordusuna səfərbər olunmuşdur. Polyak-bolşevik müharibəsi zamanı (1919–1921) Lodz və Varşavada hərbi xəstəxanalarda həkim xidmətini yerinə yetirirdi. Özü yatalaq xəstəliyinə tutulmuşdu. Öz işinə görə Polşa Ordusunun mayor rütbəsini almışdır.

Pedaqoq

Nöqteyi-nəzərlər Gənc vaxtlarında uşaqların tərbiyəsi ilə bağlı olan məsələlərlə maraqlanırdı, "yeni tərbiyə" ideya və təcrübəsi təsiri altında idi. Həmçinin, o Con Devey tərəfindən işlənilmiş pedaqoji proqressivlik nəzəriyyəsi və Dekroli, Montessori və daha da əvvəlki pedaqoqlar – Pestalozzi, Spenser, Fröbelin işləri ilə ilhamlanmışdır; Tolstoyun pedaqoji konsepsiyasını bilirdi. Uşaqlarla dialoqun vacibliyini qeyd edirdi. Uşaqların tərbiyəsi və pedaqogika mövzusunda mühazirələr oxuyur və nəşr edirdi. Uşaqlarla iş təcrübəsini ilk olaraq repetitor, sonra isə ictimai xadim, sonradan Uşaqlar Evinin müdiri və Bizim Evin şərik yaradıcısı kimi əldə etmişdir. Müharibə arası müddətində ölkənin müxtəlif təhsil ocaqlarında dərs deyirdi, yeri gəlmişkən Dövlət Xüsusi Pedaqogika Institutu (hazırkı Mariya Qjeqojevska adına Xüsusi Pedaqogika Akademiyası), Dövlət Yəhudi Müəllimlər Seminarı və Dövlət Müəllimlər Institutunda. Korçak uşaq emansipasiyasının, onun müqəddəratını təyin etməsinin və onun hüquqlarına hörmətlə yanaşmanın tərəfdarı idi. Korçakın nümayəndəliklərində tərbiyəçilərin özünüidarəsi çərçivəsində Korçakın həm böyük, həm də kiçiklərə qarşı eyni dərəcədə münasibət göstərdiyi demokratiya əsasları təcrübədən keçirilirdi. "Uşaq böyük kimi təsəvvür edir və başa düşür – sadəcə olaraq, böyükdə olan təcrübə onda yoxdur." Uşaqlar üçün və onlar tərəfindən nəşr olunan jurnal, onların forumu, istedadların ocağı və assimilyasiyanın mühüm dayağı idi, əsasən də yəhudi ortodoksal ailələrindən olan uşaqlar üçün. Həkim Korçak ictimaiyyətin aşağı təbəqəsindən olan uşaqların yenidən tərbiyələnməsi, həmçinin kompleks şəkildə və novator himayəsi haqqında danışırdı. Uşağın yeri evdə deyil, onun yeri həmyaşıdları arasında olduğunu daim təkrar edirdi. Uşaqların əvvəlki baxışlarını silmələrini və ictimailəşdirmə prosesinə qoşulmaq, və bu şəkildə böyük həyata hazırlanmaları üçün çalışırdı. Uşaqlar üçün qayğısız –lakin vəzifədən azad olmaq deyil – uşaqlıq dövrünü təmin etmək istəyirdi. Onun fikrincə, uşaq verilmiş vəziyyəti özü başa düşməli və emosional olaraq yaşamalıdır; onu təcrübədən çıxartmalı, nəticə verməlidir. "Onlar uşaq deyil – insandılar" – Korçak yazırdı. Bütün müalicə və ya tərbiyə verdiyi uşaqları şəxsən öz uşağı kimi qəbul edirdi. Onun sonrakı fəaliyyəti bunu təsdiqləyirdi. Onun altruist baxışları bir qrup ən sevdiyi uşaqları ayırmağa və onlara xüsusən yaxşı yanaşmağa imkan verməzdi. Ənənəvi ailəni ictimai əlaqələrin əsas elementi kimi qəbul etmirdi. Onun xristian-konservativ və ənənəvi yəhudi ictimaiyyəti dairəsindəki rolunu təqdir etmirdi.

Korçakın tərbiyə konsepsiyasının ən əsas elementləri: - Zorakılığın olmaması – yaş və ya icra olunan funksiyadan irəli gələn fiziki, verbal zorakılıq - Klassik pedaqogika tərifini genişləndirən, böyüklər və uşaqlar arasında tərbiyədə qarşılıqlı əlaqə ideyası - Uşağın böyük kimi insan olduğu əqidəsi - Tərbiyə prosesində hər uşağın individuallığını nəzərə almaq prinsipi - Uşağın öz ehtiyaclarını, arzular və emosiyalarını daha yaxşı bildiyi inamı. Buna görə də, böyüklər qarşısında fikrini izah etmək hüququ olduğu. - Uşağın hörmət, xəbərsizlik və uğursuzluğa, yalnız qalmağa, şəxsi fikir və mülkiyyətə hüququ olduğunu qəbul etmək. - Uşağın inkişaf prosesini çətin iş kimi qəbul etmək.

Həqiqi qavrayış Müasir zamandan Yanuş Korçak hər yerdə pedaqoji cərəyanın bəşarətçisi kimi qəbul olunur, onun uşaqların hüquqları haqqında anlayışı isə müasir müəlliflərin çoxu üçün istinad nöqtəsi idi. Korçakın fikrincə: "Dünyanı dəyişdirmək – tərbiyəni dəyişdirmək deməkdir". Korçakın bu mövzuda heç bir sistematik nəzəriyyə yaratmamasına baxmayaraq, o, hazırda "moral təhsil" adlanan (ing. moral education) pedaqoji cərəyanın banilərindən biri kimi qəbul olunur. Onun müasir pedaqoji fikriləri təcrübəyə əsaslanırdı. O, öz dövrünün pedaqoji və psixoloji sahəsini yaxşı bilməsinə baxmayaraq, diktatda doktrinanın əleyhinə idi. Iqor Neverlenin fikrincə, Korçak heç bir siyasi ideologiya və ya təhsil nəzəriyyəsi ilə eyniləşmirdi. Bunların hamısına baxmayaraq, Korçakı bir neçə sahənin bəşarətçisi kimi qeyd edirlər. Kohlbergin fikrincə, onun Ədalətli Uşaqlar Cəmiyyəti (ing. Children Just Community) Korçakın təcrübəsinə əsaslanıb. Inandırılır ki, Korçakla Paulo Freyrenin məktəbdə demokratiya və dialoq nəzəriyyəsində oxşarlıq var. Pedaqoji sevginin (ing. Pedagogical love) tərəfdarları öz nəzəriyyələrini Korçak tərəfindən işlənilmiş müəllim-tələbə münasibətləri modelinə əsaslanırlar. Digər müəlliflər Korçak və Martin Buberdə "dini təhsil" cərəyanın əsaslarını müəyyən etməyə çalışırlar. Korçakın ideyaları əqli cəhətdən əlil uşaqların təhsilində "normallaşdırma ideologiyasında" istifadə olunub. Onun uşaqların tərbiyəsinə yanaşması, müharibədən sonra uşaqlar naminə həyata keçirilən hüquqi təşəbbüslərə təsir göstərirdi. 1959-cu ildən Uşaqlar Hüquqları Deklarasiyasının hazırlanmasında iştirak edən və 1989-cu ildə BMT-nın Ümumi İclasında qəbul olunan "Uşaq Hüquqları Konvensiyasının" yaranmasının təşəbbüsçüsü olan Polşa, bu təşəbbüslərdə də iştirak edirdi.

Uşaqlar Evi və Bizim Ev