Dilwale Dulhania Le Jayenge(hind. दिलवाले दुल्हिनया ले जायेंग, mənası: Cəsur ürək gəlini aparar) həm də DDLJ kimi tanınan Bollivud filmidir. Film 20 oktyabr 1995-ci ildə tamaşaçılara təqdim edilmişdir. Aditya Çopra həm də filmin ssenaristləri sırasındadır. Atası Yaş Çopra filmin prodüseridir. Baş rolda Bollivudun ən gözəl cütlüyü olan Şahrux Xan və Kacol yer almışdır. Filmin çəkilişləri Hindistan, London və İsveçrədə baş tutub. Film Hindistanda 21.15 milyon $, ölkəxaricində isə 2.99 milyon $ gəlir gətirməklə Bollivudun ən uğurlu və gəlirli filminə çevrilmişdir. DDLJ 1996-cı il mükafatlar mövsümündə o vaxta qədər heç bir filmin qazanmadığı 10 Filmfare Award mükafatını və üstəlik National Award mükafatını qazanmaqla ilin ən gözəl filmi seçilmişdir. Film həmçinin Hind kino tarixinin ən uzun müddətli filmi olmaqla növbəti rekorda imza atıb. DDLJ bu günə kimidə Bollivud filmləri sırasında öz baxımlı və uğurlu yerini qorumaqdadır.

Film haqqında Film İngiltərədə yaşayan Rac Malhotra (Şahrux Xan) və Simran Sinq (Kacol) adlı 2 Hindistanlı gəncin hekayəsindən bəhs edir. Rac böyük iş adamı Dxaramvir Malhotranın (Anupam Xer) ərköyün oğlu, Simran isə adi bir dükan sahibi olan Çaudri Baldevin (Amriş Puri) böyük qızıdır.

Simran həmişə ağ atlı şahzadənin xəyallarını qurar və ona şeirlər yazardı. Anası Laco (Fəridə Cəlal) isə qızının xəyallarının sadəcə onunçün arzu olaraq qalacağını və heç bir zaman gerçəkləşməyəcəyini deyirdi. Bir müddət sonra Baldev Puncabda yaşayan dostu Acitdən (Satiş Şah) məktub alar. Məktubda Acit Baldevə onun bundan 20 il əvvəl verdiyi sözü xatırladar və Acitin oğlu Kulcitlə Simranın evlənmə zamanının gəldiyini deyər. Simran isə əvvəllər görmədiyi və tanımadığı birilə evlənmək istəmir. Lakin atasına olan hörmətindən dolayı bu təklifi qəbul edər. Simran atasından dostları ilə birlikdə Avropa səyahətinə getməsi üçün izin istəyir. Bu səyahət Simranın tanımadığı birilə evlənməmişdən qabaq, Avropayı görmək üçün son şansıdır. Nəhayət Simran çox ağır xasiyyətə malik olan atasını razı salır.

Bu arada yüksək qiymətlərlə məzun olmuş Rac da dostları ilə birlikdə Avropa səyahətinə gedər və Simranla qarşılaşar. Başlarına gələn bir çox hadisələrdən sonra Rac Simrana aşiq olur. Ancaq Simran Racı sevdiyini məhz ondan ayrılandan sonra hiss edər. Simran evə qayıtdığında anasına səyahətdə başqa birisi ilə tanış olduğunu və ona aşiq olduğunu və Kulcitlə evlənmək istəmədiyini deyər. Bunları eşidən atası Simrana olan güvəninin boşa çıxdığını görər və qısa bir vaxtda Hindistana qayıdar.

Rac isə tez təslim olmaq istəmir və Simranın arxasınca Hindistana gələr. Rac Simranı tapır və onu bu evlilikdən qurtaracağını, məhz atasının icazəsilə onunla evlənəcəyini deyir. Eyni zamanda Rac onu qaçırmaqdan imtina edir, çünki bu evliliyin hər kəs tərəfindən qəbul edilməsini və bununla xoşbəxt olmağını istəyir. Rac bir plan qurur və Kulcitlə dost olur, eyni zamanda özünü onun ailəsinin dostu kimi göstərir. Digər tərəfdən Rac toy hazırlıqlarında da iştirak edir və beləliklə hər kəsin sevgisini qazanır. Eyni zamanda Kulcitin bacısı Priti Raca aşiq olur. Ancaq Racın atasının anidən Hindistana gəlməsilə işlər qarışır. Rac nəhayət Simranın atasının da güvənin qazanır. Baldevin Simranın Racla Avropa səyahətindəki çəkdirdiyi şəkli görməsi ilə Racın bütün planı alt-üst olur. Buna qəzəblənən Baldev ertəsi gün hər kəsin qarşısında Racı evdən qovur və nə olursa olsun Simranın Kulcitlə evlənəcəyini deyir.

Məyus halda geri qayıdan Rac və atası stansiyada Kulcit və dostları tərəfindən döyülür. Bunu eşidən Baldev stansiyaya gəlir, onları ayırır və Racla atasının burdan getməsini tələb edir. Bu arada Simran və digərləri stansiyaya gəlir. Qatar gəlir və Rac atası ilə qatara minir. Qatar hərəkətə düşəndə Simran da qatara tərəf qaçır, ancaq inadkar atası onu tutur. Simran atasına yalvarır, Racsız yaşaya bilməyəcəyini deyir, ancaq Baldev inadından dönmür. Nəhayət Baldev Simranın yalvarışlarını və Racın həsrət dolu baxışını görərək Simranı buraxır. Və Simrana səni ondan çox heç kim sevə bilməz deyərək getməsinə icazə verir. Simran Raca tərəf qaçır və nəhayət Rac onu tutur və Simran qatara minə bilir.

Rollarda Aktyor / Aktrisa RoluŞahrux Xan Rac MalhotraKacol Simran SinqAmriş Puri Çaudri Baldev Sinq — Simranın atasıFərida Cəlal Lacvanti Sinq — Simranın anasıAnupam Kher Dxaramvir Malhotra — Racın atasıSatiş Şah Acit Sinq — Baldevin dostuAçala Saçdev Simranın nənəsiHimani Şivpuri Kammo Sinq — Simranın bibisiPuca Ruparel Raceşvari Sinq / Cutki — Simranın bacısıAnayta Şrof Şina — Simranın dostuKaran Cohar Robbi — Racın dostuArcun Sablok Rokki — Racın dostuParmit Seti Kulcit Sinq — Acitin oğluMandira Bedi Priti Sinq — Acitin qızı

Musiqi Musiqilərin müəllifi Çətin-Lalit, sözləri isə Anand Baxşiyə məxsusdur. Musiqilər Lata Manqeşkar, Aşa Bosli, Kumar Sanu, Abhicit və Udit Narayan tərəfindən ifa olunmuşdur. Anand Baxşi bu filmlə 14 ildən sonra ən yaxşı musiqi sözlərinə görə 3-cü dəfə Filmfare Mükafatına layiq görülür. # Musiqi Müğənni Uzunluq 1 "Ghar Aaja Pardesi" Manprit Kaur, Pamela Çopra 7:29 2 "Mere Khwabon Mein" Lata Manqeşkar 4:17 3 "Ruk Ja O Dil Deewane" Udit Narayan 5:14 4 "Zara Sa Jhoom Loon Main" Aşa Bosli, Abhicit Battaçarya 5:51 5 "Na Jaane Mere Dil Ko Kya (Ho Gaya Hai Tujhko)" Lata Manqeşkar, Udit Narayan 5:49 6 "Mehndi Laga Ke Rakhna" Lata Manqeşkar, Udit Narayan 4:50 7 "Tujhe Dekha To" Lata Manqeşkar, Kumar Sanu 5:02

Mükafatlar

Filmfare mükafatları Ən Yaxşı Film — Yaş Çopra Ən Yaxşı Rejissor — Aditya Çopra Ən Yaxşı Aktyor — Şahrux Xan Ən Yaxşı Aktrisa — Kacol Ən Yaxşı İkinci Dərəcəli Aktrisa — Fəridə Cəlal Ən Yaxşı Komediya Aktyoru — Anupam Xer Ən Yaxşı Musiqi Sözləri — Anand Baxşi — "Tujhe Dekha To" musiqisinə görə Ən Yaxşı Ssenari Müəllifi — Aditya Çopra Ən Yaxşı Dialoq Müəlifi — Aditya Çopra, Cavid Siddiqui Ən Yaxşı Musiqi Ifaçısı — Udit Narayan — "Mehndi Laga Ke Rakhna" musiqisinə görə

Nominasiyalar Ən Yaxşı İkinci Dərəcəli Aktyor — Anupam Xer Ən Yaxşı Musiqi Rejissoru — Çətin-Lalit Ən Yaxşı Musiqi Ifaçısı — Kunar Sanu — "Tujhe Dekha To" musiqisinə görə Ən Yaxşı Musiqi Sözləri — Anand Baxşi — "Ho Gaya Hai Tujhko To Pyar Sajna" musiqisinə görə

National mükafatı İlin Ən Yaxşı Filmi

Star Screen mükafatları Ən Yaxşı Film — Yaş Çopra Ən Yaxşı Rejissor — Aditya Çopra Ən Yaxşı Aktyor — Şahrux Xan

İstinadlar

Xarici keçidlər Dilwale Dulhania Le Jayenge Yash Raj Films səhifəsi Dilwale Dulhania Le Jayenge IMDB səhifəsi Dilwale Dulhania Le Jayenge Rotten Tomatoes səhifəsi Dilwale Dulhania Le Jayenge TCM səhifəsi Dilwale Dulhania Le Jayenge AllMovie səhifəsi Dilwale Dulhania Le Jayenge Bollywood Hungama səhifəsi Dilwale Dulhania Le Jayenge University of Iowa article səhifəsi Dilwale Dulhania Le Jayenge YRF Enchanted Journey səhifəsi

Kateqoriya:Hindistan filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:1995-ci ilin filmləri Kateqoriya:Hindcə filmlər Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:Hindistanın romantik dram filmləri Kateqoriya:Hindistan haqqında filmlər Kateqoriya:Avropa haqqında filmlər Kateqoriya:Hindistanın musiqili filmləri Kateqoriya:Hindistanın musiqili dram filmləri Kateqoriya:London haqqında filmlər Kateqoriya:Hindistanın romantik komediya-dram filmləri Kateqoriya:Digər dillərdə yenidən çəkilmiş hind filmləri Kateqoriya:Jatin-Lalitin bəstəkarı olduğu filmlər Kateqoriya:Mumbayda çəkilmiş filmlər Kateqoriya:Yaş Çopranın filmləri Kateqoriya:Pyeslərə adaptasiya edilmiş filmlər Kateqoriya:Dəmiryol nəqliyyatı haqqında filmlər Kateqoriya:Ata-qız münasibətlərindən bəhs edən filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:1990-cı illərin hind dilli filmləri Kateqoriya:Komediya filmləri