Lənkəran rayonu — Azərbaycan Respublikasında inzibati — ərazi vahidi. İnzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır.Lənkəran Rayon İcra Hakimiyyəti :Ümumi məlumat Rayonun ərazisi 153.940 hektardır. Onun 66700 hektarını quru sahə təşkil edir. Rayonda 2 şəhər, 8 qəsəbə və 83 kənd vardır. Bakıdan rayon mərkəzinədək olan məsafə 268 km-dir.
Tarixi 110px|thumb|left|Lənkəran ərazisindən aşkarlanmış, e.ə. I minilliyə aid keçi tutan adam təsvir edilmiş qızıl fiqur. Milli Azərbaycan Tarixi Muzeyi. XVIII əsrdə Talış xanlığı yaradıldı. Qara xanın hakimiyyəti dövründə xanlığın paytaxtı Astaradan Lənkərana köçürüldü. Şəhər genişlənməyə başladı. Xanlığın iqtisadi, siyasi və mədəni həyatı inkişaf etdi, dəmirçilik, misgərlik, zərgərlik məmulatlarının istehsalı genişləndi. Lənkəran uzun müddət Talış xanlığının paytaxtı kimi qalmış və Azərbaycanın İranla, Orta Asiya, Hindistan və Rusiya ilə ticarətində mühüm rol oynamışdır. Şəhərdə yaşayış binaları ilə əhatə olunmuş 9 bazar var idi. 1795-ci ildə İran şahı aba Məhəmməd şah Qacarın ordusu Lənkəranı qarət edəndən sonra cənuba çəkildi. 1813-cü il yanvarın 1-dək Talış xanlığı Rusiya tərəfindən işğal edilmişdir. Sonradan Gülüstan müqaviləsinə əsasən Talış xanlığı Rusiyaya birləşdirildi. Lənkəran rayonu 1930-cu ildə təşkil edilmişdir. Lənkəran rayonu populyar turist marşrutlarının mərkəzində yerləşir. Onun bir hissəsi Xəzər dənizinin sahili boyunca yerləşmişdir. Bu sahil xəttinin əsas xüsusiyyətlərindən biri də qeyri-adi müalicəvi xassələrə malik olan qara qumdur. Rayonun Haftoni zonası öz tarixi obyektləri və "Lənkəran" müalicə zonası ilə məşhurdur və burada istirahət edənlərin Haftoni meşələrində yerləşən müalicəvi qaynaqlardan İstisu suyunun əsasında dolğun müalicə kursu keçmək imkanı var. Nərimanabad zonası Sara yarımadasının ərazisində yerləşmişdir. Onu bir tərəfdən Xəzərin suları yuyur, digər tərəfdən isə Qızılağac qoruğunun meşəlik zonası örtür. 1956-cı ilədək bura xüsusiləşdirilmiş ada olmuşdur, lakin sonradan materikdə onunla Liman şəhəri arasında Saranın statusunu əhəmiyyətli dərəcədə dəyişmiş torpaq bənd qurulmuşdur. Bu gün bu yerlər sıx şəkildə meşə ilə örtülmüş və ekoturizm həvəskarlarınınböyük marağına səbəb olmuşdur.
Lənkəran Azərbaycanın cox qədim yaşayış məskənlərindən biridir. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ tünc dövründən, yəni eramızdan əvvəl III–II minilliklərdə insanların yaşadığını təsdiq etmişdir. Əlverişli iqtisadi-coğrafi mövqeyi, füsunkar təbiəti, geniş əlaqələri, Qərblə Şərqi birləşdirən əsas karvan yollarının üstündə və Xəzər dənizi sahillərində yerləşməsi onun inkişafını xeyli sürətləndirmişdir.
1747-ci ildən Lənkəran Talış xanlığının mərkəzi şəhərinə cevrilmişdir. Münbit torpaqları, bol suyu və mülayim iqlimi olan Lənkəranda əhalinin ən qədim məşğuliyyəti əkinçilik, maldarlıq, bağcılıq, balıqçılıq, ipəkçilik və arıçılıq olmuşdur. Lənkəranda dəmirçilik, misgərlik, dulusçuluq və başqa sənətlər geniş yayılmış, xanlığın iqtisadi inkişafında ticarət mühüm rol oynamış, İran, Türkiyə, Rusiya, Orta Asiya dövlətləri ilə, Çin, Pakistan, Hindistan ilə ticarət əlaqələri yaradılmışdır.
Lənkəranda tarixi görməli yerlər çoxdur və onların arasında Lənkəran qalası, dəqiq desək, onun salamat qalmış fraqmentləri xüsusi diqqət cəlb edir. Qala XVIII əsrdə inşa edilmiş və Talış xanlığında vacib müdafiə istehkamlarından biri kimi tanınmışdır. Onun divarları öz iri formaları və möhkəm çıxıntı sıraları ilə böyük təəssürat oyadır. Qala, orta əsrlər üçün ənənəvi olan, lazım gəldikdə isə, su ilə doldurulan xəndəklə əhatə olunmuşdur. Tikilinin əsas obyektləri hücum edənlərin nişan alınaraq atəşə tutulduğu şimal və cənub qüllələridir. Qala ərazisində həmçinin şəhər bazarı olmuşdur və onun yerində yüz illər öncə bütün regionda zəvvarlar üçün ən çox ziyarət olunan yerlərdən biri olmuş iki məscid ucaldılmışdır.
Relyefi Azərbaycanın ən gözəl guşələrindən biri olan Lənkəran respublikanın cənub-şərqində əlverişli fiziki coğrafi şəraitdə yerləşir. Lənkəran Azərbaycan Respublikası daxilində mövcud olan beş təbii coğrafi vilayətdən biridir. Lənkəranın ərazisi 38o24–39o24 şimal və 47o58 şərq coğrafi en dairəsində yerləşir, şimaldan Kür-Araz ovalığı, şərq və cənub-şərqdə Xəzər dənizi ilə hüdudlanmışdır. İnzibati baxımdan Lənkəran rayonu Astara, Masallı, Lerik inzibati rayonları ilə əhatə olunmuşdur. Relyefinə görə ərazisi əsasən düzənlik və müəyyən qədər dağlıq hissədən ibarət olmaqla cənuba doğru getdikcə ensizləşir. Ərazisi dağətəyi sahədə 200 metr hündürlükdə, Xəzər dənizi sahilində okean səviyyəsindən 28 metr aşağıda yerləşir.
Coğrafiya Lənkəran rayonu Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında yerləşir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Burada 29 min hektar sahə meşələrlə örtülmüşdür. Bu diyar bütün il boyu yaşıllığa bürünmüşdür. Lənkəran rayonun zəngin flora və faunası var. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdur. Dəmirağacı, azat, ipək akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şumşadı, haqlı olaraq, Lənkəran florasının inciləri sayılır. Lənkəranda bitən əsas meşə ağacı enliyarpaqlı palıddır. Bu ağac nadir ağacların üçüncü nəslinə mənsubdur. Onun hündürlüyü 40–45 metr olur. Daha bir nadir bitki növü olan dəmirağacının xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, bu ağacın yarpaqları qış fəslində tökülmür, onlar quruyaraq ağaclarda qalırlar. Meşələrdə çoxlu cır meyvə ağacları, dərman bitkiləri və kollar bitir. Lənkəranın dəniz sahillərində gözəl qumlu çimərliklər salınmışdır.
Rayonda çaylar şəbəkəsi kifayət qədər sıxdır. Rayon mərkəzindən 10–25 km radiusda Lənkəran, Veravul, Boladi və Qumbaşı çayları axır. Əsasən yağış suları hesabına dolan çayların çoxu xəzər dənizinə tökülür. Bahar və payız fəsillərində bu çaylar coşub, daşır. Çayların suyundan suvarma məqsədilə istifadə etmək üçün burada Xanbulançay dəryaçası tikimişdir.
Lənkəran torpağı isti su bulaqları ilə zəngindir. Lənkəran şəhərindən 12 km qərbdə Talış dağlarının ətəklərində, İbadi meşəsinin yaxınlığında Meşə bulağı, Lənkəran-Masallı şossesinin 13-cü kilometrində Havzova bulağı, Lənkəran-Lerik şossesinin 15-ci kilometrində İbadi və Sumax dağlarının ətəyində İbadi bulağı var. Rəvayətə görə ağır xəstəliyə tutulmuş İbadulla adlı bir şəxs bu yerdə məskan salmış və şəfa tapmışdır.
Lənkəran rayonunun ərazisində iki qoruq var: Hirkan və Qızılağac qoruqları. Bu qoruqlarda qırqovul, qu quşu, kəklik, ağ qartal və digər quş növləri yaşayırlar. Ümumiyyətlə, burada 270 növ quş var. Hirkan qoruğunda isə nəsli kəsilməkdə olan qədim ağac növlərinə daha çox rast gəlmək olar.
İnzibati bölgüsü İri yaşayış məntəqələri — Rayonda 2 şəhər, 8 şəhər tipli qəsəbə, 83 kənd vardır. # Bələdiyyələrin adı Hər bələdiyyə üzrə əhalinin sayı1Lənkəran şəhər bələdiyyəsi493002Liman şəhər bələdiyyəsi121003Boladı kənd bələdiyyəsi79404Gərmətük kənd bələdiyyəsi55565Girdəni kənd bələdiyyəsi46886Nərimanabad qəsəbə bələdiyyəsi44527Mamusta kənd bələdiyyəsi44028Vilvan kənd bələdiyyəsi43729Osaküçə kənd bələdiyyəsi433210Şağlaser kənd bələdiyyəsi414811Şağlaküçə kənd bələdiyyəsi387312Sütəmurdov kənd bələdiyyəsi377013Veravul kənd bələdiyyəsi345314Separadi kənd bələdiyyəsi317315Göyşaban kənd bələdiyyəsi303816İstisu kənd bələdiyyəsi303817Kərgəlan kənd bələdiyyəsi300118Şıxakəran kənd bələdiyyəsi290619Aşağı Nüvədi kənd bələdiyyəsi276120Haftoni kənd bələdiyyəsi268521Viyən kənd bələdiyyəsi260322Zövlə kənd bələdiyyəsi247423Digah kənd bələdiyyəsi234724Xolmili kənd bələdiyyəsi233625Balıqçılar qəsəbə bələdiyyəsi230226Şiləvar kənd bələdiyyəsi228527Cil kənd bələdiyyəsi227928Bürcəli kənd bələdiyyəsi210429Yuxarı Nüvədi kənd bələdiyyəsi208430Havzova kənd bələdiyyəsi202731Gəgiran kənd bələdiyyəsi192532Biləsər kənd bələdiyyəsi188433Xarxatan kənd bələdiyyəsi185634Ürgə kənd bələdiyyəsi181735Hirkan qəsəbə bələdiyyəsi178136Şovu kənd bələdiyyəsi167437Ləj kənd bələdiyyəsi159638Səpnəkəran kənd bələdiyyəsi148139Bala Şürük kənd bələdiyyəsi147640Rvo kənd bələdiyyəsi146241Kənarmeşə kənd bələdiyyəsi141342Daşdalıqcar kənd bələdiyyəsi140043Darquba kənd bələdiyyəsi136544Tükəvilə kənd bələdiyyəsi134445Xanbulan kənd bələdiyyəsi130346Şürük kənd bələdiyyəsi130247Siyavar kənd bələdiyyəsi124048Küvənil kənd bələdiyyəsi120549Türkəkəran kənd bələdiyyəsi117050Parakənd kənd bələdiyyəsi114951Lüvəsər kənd bələdiyyəsi 112152Bəliton kənd bələdiyyəsi109653Seyidəkəran kənd bələdiyyəsi102654Tütəpeştə kənd bələdiyyəsi94055Daştatük kənd bələdiyyəsi87856Qurumba kənd bələdiyyəsi83757Günəhir kənd bələdiyyəsi84558Dıryan kənd bələdiyyəsi75859Moğonojoba kənd bələdiyyəsi63760Vel kənd bələdiyyəsi66261Tşado kənd bələdiyyəsi58562Türkəncil kənd bələdiyyəsi55163Narbağı kənd bələdiyyəsi48764Əşlə kənd bələdiyyəsi31765Köhnə Gəgir kənd bələdiyyəsi27466Cəmi196686
Mətbuat "Cənub" Televiziya Şirkəti "Lənkəran" qəzeti
Əhalisi 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən əhalisi 213.2Lənkəran Rayon İcra Hakimiyyəti :Əhali nəfərdir (106.204 nəfəri kişilər, 106.711 nəfəri qadınlar) . Rayon əhalisinin 40%-i şəhərlərdə, 60%-i isə kəndlərdə yaşayır . Bilavasitə Lənkəran şəhərinin əhalisi 52.581 nəfərdir.
İlkin hesablamalara görə 2017-ci il aprel ayının əvvəlinə Lənkəran rayonunun əhalisinin sayı 225549 nəfər olmuş və cari ilin üç ayı ərzində 340 nəfər və yaxud 0,2 faiz artmışdır. Əhalinin 39,0 faizi şəhər yerlərində, 61,0 faizi isə kənd yerlərində yaşayır. Rayon əhalisinin ümumi sayından 50,2 faizi kişi, 49,8 faizi qadınlardır.
Əhalinin ümumi sayından 23,3 faizi 0–14 yaşda olan uşaq və yeniyetmələrdən,69,0 faizi əmək qabiliyyətli yaşda, 7,7 faizi isə əmək qabiliyyətli yaşdan yuxarı olanlardır.
Lənkəran rayonu üzrə demoqrafik göstəricilər aşağıdakı kimi olmuşdur: 2017 yanvar-mart
min nəfərlə2016 min nəfərlə2017 yanvar-mart əhalinin hər 1000 nəfərinə2016 əhalinin hər 1000 nəfərinəÜmumi artım3404236,07,6Təbii artım3264145,87,4Doğulanlar72175812,813,6Ölənlər3953447,06,2Miqrasiya saldosu+14+9+0,2+0,2Nikahlar2522794,55,0Boşanmalar52600,91,1 2017-ci ilin birinci rübü ərzində rayonda 721 körpə dünyaya gəlmiş və 395 ölüm halları qeydə alınmışdır.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 13,6-dan 12,8-ə qədər azalmış, ölənlərin sayı isə 6,2-dən 7,0-a qədər artmışdır.
Cari ilin yanvar-mart ayları ərzində rayonda 252 nikah və 52 boşanma halları qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,0-dan 4,5-ə qədər, boşanmaların sayı 1,1-dən 0,9-a qədər azalmışdır. 2017-ci ilin birinci rübündə pasport xidmətləri tərəfindən 44 nəfər rayona gələn və 30 nəfər rayondan gedən qeydə alınmışdır. Miqrasiya saldosu müsbət 14 nəfər təşkil etmişdir.
Etnik tərkib
Azərbaycan Dövlət Statistika Komitəsi tərəfindən 2009-cu ildə həyata keçirilmiş siyahıya almasına əsasən: Etnikqrup 17–23 yanvar, 1939-cu il sa.Ethno-Caucasus, Этнодемография Кавказа: Ленкаранский район (перепись 1939 года) 13–22 aprel, 2009-cu il sa.Azərbaycan Dövlət Statistika Komitəsi: Lənkəran rayonu Population statistics of Eastern Europe : Ethnic composition of Azerbaijan by 2009 census Sayı % Sayı % Cəmi 58 847 100.00 % 221 726 100.00 % talışlar 31 487 53.5 % 136 109 61.38 % azərbaycanlılar 18 880 32.1 % 84 721 38.21 % ruslar 7 293 12.4 % 419 0.0019 % türklər … … 354 0.0016 % ukraynalılar 397 0.67 % 18 0.00008 % kürdlər 5 0.01 % 14 0.00006 % tatarlar … … 13 0.00005 % ləzgilər 35 0.06 % 10 0.00003 % ermənilər 241 0.41 % … … almanlar 173 0.29 % … … yəhudilər 86 0.15 % … … gürcülər 9 0.02 % … … avarlar 2 0.00 % … … digərləri 239 0.41 % 68 0.0003 % Bölgədə yaşayan ruslar XIX əsrin əvvəllərində Rusiya imperiyası tərəfindən köçürülmüş, sonradan onlardan bir çoxu Rusiyaya, eləcə də digər MDB ölkələrinə köç etmişlər.
İqtisadiyyat