Məzmun Filmdə Azərbaycan milli sirk ənənələrini müvəffəqiyyətlə davam etdirən respublikanın xalq artisti Xosrov Abdullayevdən, onun maraqlı yaradıcılıq yolundan, yaratdığı yeni illüzion revyusundan, sirk truppasının SSRİ-də, habelə müxtəlif xarici ölkələrdəki çıxışlarından, tanınmış jonqlyorun bənzərsiz proqramından söhbət açılır. Filmdə həmçinin Azərbaycan milli sirk kollektivinin təşəkkül tapması haqqında danışan kino və foto arxiv sənədlərindən də istifadə edilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Rəfael Şik Operator: Şərif Şərifov Səs operatoru: Kamal Seyidov

Kateqoriya:1978-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər