Samirə Elxan qızı Səfərəliyeva — Azərbaycan jurnalisti, televiziya aparıcısı.

Samirə Səfərəliyeva 3 iyun tarixində Bakı şəhərində anadan olub. Valideynləri Səfərəliyev Elxan Nuruş oğlu və Səfərəliyeva Xədicə Həzi qızı Laçın rayonunda anadan olduqlarından uşaqlığı elə bu rayonda keçib.

Şəxsi həyatı Ailəlidir. Ruslan (2003) və Mədinə (2011) adında iki övladı var.

Fəaliyyəti 1981-ci ildə Nizami rayonundakı 129 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. 1991-ci ildə orta məktəbi bitirib, sənədlərini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə verib. Lakin daxil ola bilməyib. Müxtəlif qəzetlərdə ştatdankənar müxbir kimi fəaliyyətə başlayıb. İlk yazısı isə Laçın rayonunda nəşr edilən “Laçın” qəzetində çıxıb.

1993-cü ildə Qərb Universitetinin "Ümumbəşər siyasəti və iqtisadiyyatı" fakultəsinə daxil olub. Axşam şöbəsində oxuduğu üçün günortalar qəzet və jurnallarda jurnalistik fəaliyyətini davam etdirib. 1998-ci ildə ANS ÇM radiosunda dj kimi fəaliyyətə başlayıb. Bir müddət işləyəndən sonra ”Xəbərçi” verilişinə aparıcı keçirilib. 2000-ci ilədək burada müxbir, aparıcı, redaktor assistenti, aparıcı-redaktor işləyib. Daha sonra isə ANS-in “Salam Azərbaycan” səhər kanalında aparıcı redaktor, daha sonra isə şef redaktor vəzifələrində çalışıb.

2007-ci ildə ANS PRESS Nəşriyyat Evində www.anspress.ws saytında Azərbaycan bölməsinin redaktoru kimi fəaliyyət göstərib. 1 il sonraANS TV Bədii Publisistik Verilişlər Departamentində, Baş Prodüsserin müavini vəzifəsinə keçirilib. 2009-cu ildə Daha sonra yenidən ANS PRESS Nəşriyyat Evində www.anspress.ws saytının həm Azərbaycan həm də Rus bölməsinin şef redaktoru kimi fəaliyyət göstərib. |18|12|2021}}

2010-cu ildə Bədii Publisistik Verilişlər Departamentinin Baş Redaktoru vəzifəsinə təyin edilib. 2016-cı ilin fevral ayına kimi bu vəzifədə çalışıbhttps://news.milli.az/society/402586.html .

2019-cu il oktyabrın 1-dən REAL TV-də Baş direktorun layihələr üzrə müavini vəzifəsinə təyin olunub.

Keçdiyi kurslar S. Səfərəliyeva Asiya Dialoqu İctimai Birliyinin vasitəsilə 1 ay ərzində Türkiyənin CNN Türk telekanalında jurnalist kimi staj keçərək sertifikat almışdır. Daha sonra isə 1 həftə ərzində Ankara və İstanbulda TRT və Habertürk kanallarında staj keçib. Rusiyanın Sankt Peterburq şəhərində "Школа журналистики" məktəbində kurs keçib."Laçın yurdu" jurnalı, № 2(4), 2011, Bakı, "Nurlar", 2012.

Mükafatları 22 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Samirə Səfərəliyeva kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

"Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

İstinadlar

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan qadın jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:"Laçın" döş nişanı ilə təltif edilənlər

https://www.youtube.com/watch?v=V84uKA5UVk8

https://www.youtube.com/watch?v=0bLcNqsbCeA&t=132s

https://www.youtube.com/watch?v=1FIoV4_IL9k&t=2s

https://www.youtube.com/watch?v=ljunzPjOWe4