200px|thumb|right|İngilis alimləri Con Deniel (soldan) və Maykl Faradey (sağdan) Elektrokimyanın banisi hesab edilirlər Elektrokimya — elektrolitlərin elektrik cərəyanını keçirməsi proseslərini, hərəkətli ionları olan bərk və maye cisimlərin həcm, səth xassələrini tədqiq edən Fiziki kimyanın bölməsidir.Sur l'électrochimie Bu elm XIX əsrin əvvəlində ilk uzunmüddətli təsir edən sabit elektrik cərəyanı mənbəyi yaradılarkən meydana gəlmişdir. Lakin elektrokimyanın həqiqi nəzəri əsası XIX əsrin 80-ci illərində meydana gəlmiş elektrolitik dissosiasiya nəzəriyyəsi oldu. Cərəyanın kimyəvi mənbələrində elektrik hərəkət qüvvəsi (qısa adı: e.h.q.) maddələrin kimyəvi qarşılıqlı təsiri zamanı yaranır. Cərəyanın ilk kimyəvi mənbələri sərbəst halda bir sıra kimyəvi elementlərin (natrium, kalium, kalsium və s.) kəşfinə və alınmasına kömək etdi. Sonralar aydınlaşdı ki, elektrik cərəyanının köməyi ilə nəinki yalnız bəsit, həm də mürəkkəb maddələri kimyəvi reaksiyanın sürətini geniş intervalda dəyişməklə fasiləsiz almaq olar.
Tarixi
XVI əsr XVI əsrdə elektrikin yavaş-yavaş başa düşülməyə başlandığı əsr olmuşdur. Bu əsrdə, İngilis alimi Vilyam Gilbert 17 il boyunca maqnit və elektrik üzərinə çalışmış və bu işləri ona "Maqnetizmanın atası" ünvanını qazandırmışdır. Gilbert, maqnitlərin istehsalı və gücləndirilməsi üzərinə fərqli metodlar kəşf etmişdir.Gribbin, John Science. A History (1543–2001). — L.: Penguin Books, 2003. — 648 с. — ISBN 978-0-140-29741-6. 1663-cü ildə Alman fizikaçı Otto fon Qerike,Guericke, Otto. Experimenta nova (ut vocantur) Magdeburgica de vacuo spatio, 1672. sürtünmə qüvvəsi üzərində çalışaraq statik elektrik çıxaran ilk elektrik generatorunu inkişaf etdirdi.Борисов В. П. Изобретение вакуумного насоса и крушение догмы "боязни пустоты" (400 лет со дня рождения Отто фон Герике) // Вопросы естествознания и техники. — 2002. — № 4.
XVIII əsr 1700-cü illərin ortalarında, Fransız kimyaçı Şarl Fransua Düfe eyni yüklərin bir-birini ittiyi, zidd yüklərin bir-birini çəkdiyi iki növ fərqli statik elektrikin varlığını kəşf etdi.
Şarl Kulon yüklənmiş cisimlərin, həm də maqnitlərin qütblərinin qarşılıqlı təsirini öyrənmiş, sürtünmə qüvvələrini tədqiq etmişdir. 1785-ci ildə isə Şarl Kulon "Kulon qanununu" kəşf edir.Сивухин Д. В. Общий курс физики. — М.: Физматлит; Изд-во МФТИ, 2004. — Т. III. Электричество. — С. 17. — 656 с. — ISBN 5-9221-0227-3. İtalyan həkimi və anatomiya mütəxəssisi Luici Qalvani 1791-ci ildə yazdığı əsərində (; ) kimyəvi reaksiyalar və elektrik arasında bir körpü quraraq Elektrokimyanın yaradılışını etdi.
1800-cü ildə İngilis kimyaçıları Uilyam Nikolson və Yohan Ritter suyu elektroliz yoluyla hidrogen ve oksigenə ayırmağı bacardılar.
XIX əsr 200px|thumb|left|İtalyan fiziki Alessandro Volta ixtira etdiyi "Batareya"nı Fransız imperatoru Napoleon Bonaparta nümayiş etdirərkən 1810-cu ildə Uilyam Hid Uollaston, qalvanik pili daha da inkişaf etdirilmişdir. Hampri Devinin elektroliz üzerine etdiyi çalışmalar, bəsit elektrolitik hüceyrələrdə hazırlanan elektrikin yüklü maddələr arasındaki kimyəvi reaksiyanın ve kimyəvi bağlanmanın bir faktı olduğunu göstərdi.
1820-ci ildə Hans Ersted elektrik axımının maqnitik effektisini kəşf etdi. Andre Mari Amper Erstedin çalışmalarını təkrarladı və riyazi düsturunu kəşf etdi. 1821-ci ildə eston əsilli alman fiziki Tomas Yohann Sibek iki fərqli metalin yerlərində istilik fərqi olduğunda, elektrikləşdirilmiş bir potensial yarandığını göstərdi.
Alman alimi Georq OmBrian Scott Baigrie Electricity and magnetism: a historical perspective , Greenwood Publishing Group (2007) ISBN 0-313-33358-0 p. 73 1827-ci ildə nəşr etdiyi kitabı "Die galvanische Kette, mathematisch bearbeitet" (Latınca:Qalvanik dövrənin riyazi incələnməsi) günümüzdə öz adıyla bilinən "Om qanunu"nu açıqladı. Maykl FaradeyFaraday, Michael (1791–1867) , Wolfram Research gərçəkləşdirdiyi elektrokimya çalışmalarını 1832-ci ildə məşhur iki qanunu ilə açıqladı. 1836-cı ildə Con Deniel elektrik hazırlanarkən hidrogen çıxarmayan elementi kəşf edir.
1800-cü illər İngilis kimyaçıları Uilyam Nikolson və Yohann Ritter suyu elektroliz yolu ilə hidrogen və oksigenə etməyi bacardılar. Qısa müddət sonra Ritter, elektro-örtmə prosesini kəşf etdi və elektrolitik bir prosesdə örtülən metal ilə çıxarılan oksigen miqdarının elektrodlar arasındakı məsafəyə bağlı olduğunu müşahidə etdi.Charles Knight (ed.) Biography: or, Third division of "The English encyclopedia", Volume 2 , Bradbury, Evans & Co. (1867)
1810-cu ildə Uilyam Hid UollastonThe New Encyclopaedia Britannica: Micropædia, Vol. 10 (1991) ISBN 0-85229-529-4, p. 90 qalvanik batareyanı daha da inkişaf etdirdi. Hampri Devinin elektroliz üzərinə etdiyi işlər, sadə elektrolitik hüceyrələrdə çıxarılan elektrikin zidd yüklü maddələr arasındakı kimyəvi reaksiyanın və kimyəvi bağlanmanın bir nəticəsi olduğunu göstərdi.
Uilyam Qrov ilk yanacaq elementini 1839-cu ildə çıxardı. 1846-cı ildə Vilhelm Veber elektro-dinamometri icad edir. 1866-cı ildə Corc Leslanş indiki vaxtda bütün dünyada məşhur olaraq istifadə edilən Sink-karbon pilətəsinin ilk qabaqcılı qəbul edilə biləcək elementinin patentini (ixtiraçıya ixtirasına görə təqdim olunan sənəd) aldı.William Berkson Fields of force: the development of a world view from Faraday to Einstein , Routledge (1974) ISBN 0-7100-7626-6 pp. 34 ff
Svante Arrenius 1884-cü ildə nümayiş etdiyi "Recherches sur la conductibilité galvanique des électrolytes" (Latınca:Elektrolitlərin qalvanik keçiriciliyi üzərinə araşdırmalar) adlı əsərinin nəticələrinə görə, elektrolitləri su içində olduqdae, dəyişən dərəcələrdə və elektrik olaraq zidd yüklü ionlara ayrılırlar. 1886-cı ildə Pol Eru və Çarlz Martin Holl, Maykl Faradeyin təyin prinsiplərdən faydalanaraq alüminium sintezinə istiqamətli müvəffəqiyyətli bir metod inkişaf etdirdilər.
1894-cü ildə Fridrix Ostvald orqanik turşularının elektrik keçiriciliyi və elektrolitik parçalanması üzərinə etdiyi işlərini tamamladı. Valter Hermann Nernst 1888-ci ildə axını çıxaran kimyəvi reaksiyanın sərbəst enerjisinin necə hesablanacağını açıqlayan və indiki vaxtda Nernst tənliyi olaraq bilinən bərabərliyi meydana gətirdi. 1898-ci ildə Frits Haber, elektrolitik prosesləri Katot potensialı sabit olduqda müəyyən reduksiya məhsullarının meydana gələ biləcəyini göstərdi.
XX əsr 1902-ci il: "Elektrokimya Cəmiyyəti" yaradıldı. 1949-cu il: "Beynəlxalq Elektrokimya Cəmiyyəti" yaradıldı.William L. Masterton, Cecile N. Hurley Chemistry: Principles and Reactions , Cengage Learning (2008) ISBN 0-495-12671-3 p. 379 1959-cu il: Yaroslav Qeyerovskiy polyaroqrafiyanı ixtira etdiyinə görə Nobel mükafatı alır.The Nobel Prize in Chemistry 1948 Arne Tiselius , nobelprize.org
Elektrik cərəyanı
Elektrik cərəyanı – yüklü zərrəciklərin nizamlı (istiqamətlənmiş) hərəkətinə deyilir. Elektrik cərəyanının mövcud olması üçün zəruri şərtlər aşağıdakılardır: yüklü zərrəciklər elektrik sahəsi naqilin uclarında potensiallar fərqi Elektrik cərəyanının aşağıdakı təsirləri vardır: istilik təsiri (ifratkeçiricilərdə istilik ayrılmır); kimyəvi təsir (ancaq elektrolitlərdə müşahidə olunur); maqnit təsirləri (bütün naqillərdə müşahidə olunur). Elektrotlardan cərəyan keçirirlər. Bu zaman eletrolitdə baş verən hadisəni məhz kimyanın "Elektrokimya" bölməsi öyrənir.
Elektrolit
Elektrolitlər — həll etdikdə və ya əritdikdə elektrik cərəyanını keçirən maddələrdir. Ondakı gedən prosesləri "Elektrokimya" bölməsi öyrənir. Suda məhlulları və ya ərintiləri elektrik cərəyanını keçirməyən maddələr qeyri-elektrolitlər adlanır. Elektrik cərəyanı verildikdə müsbət və mənfi yüklərin hərəkəti baş verir, onlar özünü birinci növ keçirici olan hərəkət edən elektron qazına oxşadır.
Elektrolitlər yalnız məhlulda, onlardan bir neçəsi isə əritdikdə elektrik cərəyanını keçirir. Kristallik (bərk) halda onlar elektrik cərəyanını çox pis keçirir və ya heç keçirmir. Tipik elektrolitlərə misal olaraq natrium-xloridi göstərmək olar.
Elektrolitlərə turşular, əsaslar və duzlar aiddir. Suda həll edən zaman onlar ionlarına dissosiasiya edir. İonların əmələ gəlməsi qeyri-elektrolitlərlə müqayisədə elektrolitlərin xüsusi xassəyə malik olmasını göstərir.
Elektroliz
Elektroliz — elektrik cərəyanından keçdikdən sonra elektrodlarda ikinci reaksiyalardan yaranan həll olunmuş maddələrin ayrılmasını təmin edən fiziki-kimyəvi prosesdir. Elektrik mənbənin olmasını tələb edir. Elektroliz elektrolitdən elektrik cərəyanı keçən zaman elektrodlar üzərində maddə toplanmasına deyilir. Elektrolit elektrik cərəyanı keçirən duz, turşu və qələvi məhluluna deyilir. Elektrolitik dissosiasiya suda neytral molekulların parçalanması zamanı mənfi və müsbət ionların əmələ gəlməsinə deyilir.
Batareyalarda elektroliz
Quru Batareya
Civəli Batareya
Qurğuşun Batareyası
Yanacaq Batareyası
Faradeyin Elektroliz qanunları
Birinci qanun thumb|200px|right| Elektrolizin tədqiqi üçün elektrokimyəvi ilk mənbənin sxemetik təsviri (1) (2) (3) (4) (5)
(Faradeyin birinci qanunu)
İkinci qanun
Oksidləşmə-reduksiya
Oksidləşmə-reduksiya reaksiyaları — atomların oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalara deyilir. Oksidləşdiricidə elektron alınır, reduksiyaedicidə elektron itirilir. Atomlarda oksidləşmə dərəcəsinin dəyişməsi elektronların bir atomdan digərinə keçməsi nəticəsində baş verir. Oksidləşmə zamanı elementin oksidləşmə dərəcəsi artır. Oksidləşmə və reduksiya prosesləri vahid bir prosesin iki hissəsidir. Yəni reduksiya olmadan oksidləşmə və ya əksinə, oksidləşmə olmadan reduksiya gedə bilməz. Qarşılıqlı kimyəvi təsir zamanı elektron qəbul edən maddələr oksidləşdiricilər, əksinə, elektron verən maddələr isə reduksiyaedicilər adlanır.
Turş mühit
Nəhayət, bu reaksiya digər reaksiyadakı elektronlarla tutuşdurularaq yazılır:
Qələvi mühit
Nəhayət, bu reaksiya digər reaksiyadakı elektronlarla tutuşdurularaq yazılır:
Neytral mühit
Nəhayət, bu reaksiya digər reaksiyadakı elektronlarla tutuşdurularaq yazılır:
Elektrik xanası Elektrik xanası — Elektrolit dövrəsinə qoşulan 2 mənbə elektroddan ibarət olan elektrokimyəvi reaksiyaları təmin edən elektrokimyəvi mexanizmdir. Elektrolizdə istifadə olunur. İlk dəfə bu qurğu XVIII əsrdə Luici Qalvani və Alessandro Volta tərəfindən ixtira eidlmişdir. Qurğudan fiziki modelləşdirmədə istifadə edilir. Çox vaxtı bu qurğu ilə elektrod hadisələri öyrənilir. Elektrod 2 cür olur: Katod və Anod.
Elektrokimyəvi element thumb|right|200px|Elektrokimya tədqiqatlarında istifadə edilən qurğu Bir elektrokimyasal helement, özbaşına inkişaf edən bir oksidləşmə-reduksiya reaksiyasını ortaya çıxardığı enerjidən elektrik cərəyanı çıxara bilən bir cihazdır. Bu cür bir element Luici Qalvani və Alessandro Voltaya ithafen Qalvanik hüceyrə və ya Voltanik hüceyrə olaraq da bilinir. Hər iki elm adamı XVIII əsrin sonlarında kimyəvi reaksiyalar və elektrik cərəyanı ilə əlaqədar bir çox təcrübə etmişlər. Qalvanik elementdə Anod oksidləşdiricinin, Katod isə reduksiyaedicinin reallaşdığı elektrod olaraq təyin olunar.
Qalvanik elementdəki metallar fərqli yarı-hüceyrə reaksiyalara görə çözündüğü üçün fərqli həll olma sürətlərinə sahibdirlər və bu da hər metal ilə elektrolit arasında fərqli elektrod potensialı meydana gəlməsinə səbəb olar. Əgər iki metal arasında elektrik bir əlaqə (məsələn, bir tellə) əldə edilsə, metallar arasında elektrik axışı reallaşar.
Elektrodlar sink və mis olan və sırasıyla sink sulfat və mis sulfat məhlullarında bir elektrokimysal hüceyrə Daniel elementi olaraq bilinir.
Anod ayrılışında müsbət yüklərin yığılmasını öncələmək üçün, duz körpüsü adı verilən və bir elektrolit ilə doldurulmuş bir U-tübü tərs çevrilərək elementi yerləşdirilir. Beləcə, ionların axışı və elektrik cərəyanı istehsalı təmin edilmiş olur.