Azərbaycan Kinematoqrafçılar İttifaqı — Azərbaycan kinematoqrafçılarının sovet dövründə təsis edilmiş ictimai birliyi.
Tarixi 11 yanvar 1963-cü ildə təsis edilmişdir. Təşkilatın 1981-ci il V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov AKİ-nin birinci katibi seçilmişdir.
İttifaq MDB və Baltik ölkələri Kino İttifaqları Konfederasiyasınn təsisçilərindən və üzvüdür.
1981-ci il V qurultayında kinodramaturq Rüstəm İbrahimbəyov Azərbaycan Kİ-nin birinci katibi seçilmişdir. 1996-cı ildə MDB və Baltikanı Kinematoqrafçılar Birliyi Konfederasiyasının iştirakı ilə, Azərbaycan Kinematoqrafçılar ittifaqı Azərbaycanda dünya kinosunun 100 illiyinə həsr olunmuş ilk Beynəlxalq Bakı festivalı - "Şərq-Qərb" keçirildi və nəticədə bu cür tədbirlər ənənəvi hal aldı.Mükərrəmoğlu, M. “Bakıda "Şərq-Qərb" Beynəlxalq Kinofestivalı keçiriləcək” //Xalq.- 2002.- 5 oktyabr.Mükərrəmoğlu, M. “"Şərq-Qərb" Beynəlxalq Kinofestivalı öz işinə başladı” //Xalq.- 2002.- 12 oktyabr.Mükərrəmoğlu, M.; Salmanov, R. “Bakıda "Şərq-Qərb" kinofestivalı keçirilir” //Xalq.- 2002.- 13 oktyabr.Mükərrəmoğlu, M.; Salmanov, R. “"Şərq-Qərb" Kinofestivalının gündəliyi” [Dünən Kinematoqrafçılar İttifaqında Nikolay Şengelayanın xatirə gecəsi keçirildi] //Xalq.- 2002.- 15 oktyabr.Mükərrəmoğlu, M. “"Şərq-Qərb" kinofestivalı başa çatdı” [Rəşid Behbudov adına Mahnı Teatrında festivalın bağlanışına həsr olunmuş mərasim keçirildi] //Xalq.- 2002.- 20 oktyabr.
18 dekabr 2000-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev tərəfindən avqustun 2-nin kinematoqrafçılar günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalandı. Hər cümə günü kino pərəstişkarları üçün dünya və milli kinematoqrafının Qızıl Fondunu təşkil edən filmlərin nümayişləri keçirilir, həmçinin yeni çəkilmiş filmlər də göstərilir.
AKİ beynəlxalq əlaqələrin inkişafı üçün çalışır. 2005-ci ildə səfirliklər və Mədəniyyət Nazirliyi ilə birgə tədbirlər keçirilmişdi. Belə tədbirlərin arasında İsrail filmləri festivalı və Holokost günü; İran kino günləri; “Yeni Rus kinosu” günləri; “Yeni Macar kinosu” günləri, Hind və Türk filmləri festivalı yer almışdı. Tamaşaçıların nəzərinə müxtəlif janrlarda, müxtəlif stil və ənənələrin filmləri çatdırılmışdır.
İttifaqın təsis etdiyi Bakı Kino Məktəbində onlarla gənc peşəkar təhsil almaq şansı qazanıb.
Təşkilat Milli Kino Günü illik mükafat təsis edib. Mükafatın qalibləri sırasında Anar, Fuad Poladov, Fəxrəddin Manafov, Əsəd Əsədov, Tahir Əliyev, Firəngiz Qurbanova kimi peşəkarlar var.
Şəki şəhərində İttifaqın Yaradıcılıq Evi fəaliyyət göstərir.
2023-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi haqqında qərar qəbul edilib. Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar tərəfindən birləşmədən sonra qurumun Azərbaycan Kinematoqrafçılar Birliyi adlandırılması təklif edilib. 2024-cü ilin martında 2 ittifaq rəsmən birləşib, birləşmiş təşkilatın adı Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq saxlanılıb, sədri isə Rasim Balayev seçilib. 11 sentyabr 2026-cı ildə Xalq artisti Şəfiqə Məmmədova səs çoxluğu ilə AKİ-nin sədri seçilib.
Fəaliyyətlə bağlı problemlər 2012-ci ildə İttifaq qanunsuz olaraq, Hökumət Evindəki ofisindən çıxarılıb.
İttifaqın Mingəçevirdə yerləşən Yaradıcılıq Evinin sökülməsi ilə bağlı 2013-cü ildən İttifaq Azenko ASC–yə qarşı məhkəmə iddiası qaldırıb.
Kinematoqrafçılar İttifaqı 2020-ci ildə "Ölkə kinematoqrafçılarının birliyinin sarsıdıldığını" bəyan edib.
Rəhbərlik Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri: Şəfiqə Məmmədova, aktrisa, Azərbaycanın Xalq artisti İdarə heyəti: Anar, Aydın Kazımzadə, Oqtay Mirqasımov, Əbdül Mahmudov, Şəfiqə Məmmədova, Firəngiz Qurbanova, Rafiq Qəmbərov, Cahangir Mehdiyev, Fəxrəddin Manafov, Vaqif Mustafayev, Həmidə Ömərova, Eldar Mansurov, Akif Əli, Cəmil Quliyev, Ceyran Mahmudova, Şamil Əliyev, Zəfər Murtuzov, Elxan Cəfərov, Mayya İsgəndərova, Mehriban Zəki, Rövşən İsax, Azər Aydəmir, Əmir Pəhləvan, Baba Vəziroğlu, Sevda Sultanova, Arzu Qulamov, Kamran Qasımov.
İstinadlar
Mənbə
Xarici keçidlər
, ,
Kinematoqrafçılar İttifaqı Kateqoriya:11 yanvarda yarananlar Kateqoriya:1963-cü ildə Azərbaycanda yarananlar