Cəlil Məmmədquluzadənin Ev Muzeyi – Böyük publisist, dramaturq və ədib Cəlil Məmmədquluzadənin doğulduğu, uşaqlıq və gəncliyinin ilk illərinin 13 yaşına qədər keçirdiyi evdə yaradılmış ev muzeyi.
Tarixi thumb|200px|right|Cəlil Məmmədquluzadənin 100 illiyi münasibətilə buraxılmış SSRİ poçt markası (1966). Muzey Cəlil Məmmədquluzadənin Naxçıvan şəhəri, S. A. Ağamalı küçəsində yerləşən evində, Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli sərəncamı ilə yaradılmışdır. Muzeyin açılışı 13 oktyabr 1999-cu ildə baş tutmuş və açılış mərasimində şəxsən iştirak edən H. Əliyev nitq söyləmişdir.
Ekspozisiya Muzey iki ekspozisya zalı və bir foyedən ibarətdir. Muzeydə böyük ədibin həyat və yaradıcılığına dair ekspozisiya nümayiş etdirilməkdədir. Burada Cəlil Məmmədquluzadənin dövrünə məxsus məişət əşyaları, ilk və yeganə qız övladı-Münəvvər xanıma məxsus pianosu, şəxsi kitabxanası, ədibin böyük tədqiqatçılarından olan İsa Həbibbəylinin Polşa, İran, Fransada olan ədibin davamçıları ilə çəkdirdiyi fotolardan ibarət vitirin, "Molla Nəsrəddin" jurnalının orginal bir neçə nüsxəsi, Ədibin Qori Müəllimlər Seminariyasından olan Qiymət cədvəli, oğlu Midhətə ünvanlandığı məktub, "Kişmiş oyunu" pyesi əl yazmasının foto nüsxəsi və digər şəxsi sənədlərin nüsxələri, həmçinin Ulu öndər Heydər Əliyev muzeyin açılış mərasimi ilə bağlı foto şəkillərimuzeyin eksponatları arasındadır.
Cəlil Məmmədquluzadənin ev-muzeyinin binası Cəlil Məmmədquluzadənin ev-muzeyinin binası şərq memarlıq üslubunda tikilmiş XIX əsrə aid olan yaşayış evidir. Bina XIX əsrin ortalarında çiy kərpicdən tikilmiş və sonralar bişmiş kərpiclə üzlənilmişdir. Onun ümumi sahəsi 100 m², divarların qalınlığı isə 78 sm-dir. Bina iki mərtəbəlidir. İkinci mərtəbə muzey kimi fəalliyyət göstərir. İkinci mərtəbədə 2 otaq, 1 vestübül və 1 açıq balkon yerləşir. Otaqlara giriş və eyvana çıxış mərkəzdəki vestübüldəndir. Birinci mərtəbə açıq balkonun altında yerləşir və 2 otaq, 1 vestübüldən ibarətdir. İnzibati idarə otaqları funksiyasın yerinə yetirir. Otaqlardan biri fond kimi fəaliyyət göstərir. Birinci mərtəbəyə və həyətə balkondan açılmış kərpic pilləkənlər vasitəsilə enilir. Hər iki mərtəbədəki otaqlarda məişət əşyaları qoymaq üçün çoxlu sayda taxçalar var. Bina ikinci mərtəbədə, girişdən sağdakı otağın divarında yerləşdirilmiş buxarı vasitəsilə isidilirmiş.[National Academy of Sciences of Azerbaijan. Nakhchivan Branch. The Encyclopaedia of Nakhchivan Monuments / Vasif Talibov. — Nakhchivan, 2008. — 521 s.]
İstinadlar
Xarici keçidlər Heydər Əliyevin Muzeyin açılışında söylədiyi nitqin mətni Cəlil Məmmədquluzadənin ev muzeyi Naxçıvanda ev muzeyi Cəlil Məmmədquluzadənin Ev Muzeyinin Əsasnaməsi Cəlil Məmmədquluzadənin Ev Muzeyi — Naxçıvan Mədəniyyət Nazirliyi
Kateqoriya:Cəlil Məmmədquluzadə Kateqoriya:Naxçıvan muzeyləri Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:Azərbaycandakı bioqrafik muzeylər Kateqoriya:Naxçıvanın görməli yerləri Kateqoriya:Azərbaycandakı ev-muzeylər Kateqoriya:1998-ci ildə yaradılmış muzeylər Kateqoriya:1998-ci ildə Azərbaycanda yarananlar