"Tam məxfi" — serialı 2004-cü ildə Planet Parni iz Baku studiyası tərəfindən çəkilmişdir.

Serialda məşhur KVN-çilər Tahir İmanov, Cabir İmanov, Elçin Həmidov, 2000 ilin KVN çempionları Azər Axundov, Böyükağa Əliyev, Atilay Mirzoyev, yumoristlər Rafael İsgəndərov, Coşqun Rəhimov, müğənni Aygün Kazımova, Elariz Məmmədoğlu, Cavan Zeynallı, Eyyub Yaqubov, İradə İbrahimova və s. iştirak etmişlər.

Məzmun Maddi vəziyyətləri fərqli olan iki gəncin saf məhəbbəti haqqındadır. Filmdə həmçinin, Bakıda özlərini kübar sayaraq yalnız rus dilində danışan və əksinə rusdilli olmasına baxmayaraq bacarmasa da azərbaycanca danışmağa səy göstərənlər əks etdirilir. Serial 21 seriadan ibarətdir. İlk plana görə 79 seriya olmalı idi. Lakin "Məhəllə 2: Moskvada" filminin çəkilişləri üçün Planet Parni iz Baku serialı 21 ci seriada qurtarmaq qərarına gəldilər. Filmin ilk 16 seriyasındaki hadisələr, yavaş-yavaş, tələsmədən baş verir. Lakin artıq 17-ci seriyada böyük bir sıçrayışla hadisələr bir neçə ay sonraya ötürülür.

Filmin heyəti

Film üzərində işləyənlər İdeyanın müəllifi: Naira Əsgərova Ssenari müəllifi: Tahir İmanov, Müşfiq Abbasov, Məmməd Kazımov Quruluşçu rejissor: Samir Fərzəlibəyov, Sülü Çöl-Qalalı Quruluşçu operator: Tarıverdi Tarıverdiyev, Musa Vəliyev Operator: Samir Əhmədov Montaj: Mahir Rəhimov Səs operatoru: Emin Nəsirli Kompüter qrafikası: Samir Fərzəlibəyov İşıq ustası: Xəqani Abdullayev Mətni oxuyan: Cabir İmanov Yaradıcılıq birliyinin rəhbəri: Ramiz Fətəliyev Prodüser: Azər Quliyev Layihənin rəhbəri: Tahir İmanov

Rollarda Aygün Kazımova — Aybəniz Abdullayeva; nazir işləyir, iki övladı var: Aynur və Mətləb. Ərindən boşanıb. Ciddi xarakteri var. Tahirə Rzayeva — Aynur; Aybənizin qızıdır. Yaxınları ona Ayka deyir. O da, həmçinin Azərbaycan Dövlət Neft Akademiyasına 700 balla daxil olub. Tərxan Səlimzadə — Mətləb; Aybənizin oğludur. 7-ci sinifdə oxuyur. Avaranın biridir. Yemək yeməyi çox xoşlayır. Ad günü sentyabr ayındadır. Elçin Həmidov — Mübariz; Aybəniz xanım işləyən nazirlikdə işləyir. Çox təmiz adamdı, hələ bir dəfə belə olsun rüşvət götürmüyüb. Öz işinə çox məsuliyyətlə yanaşır. Həyat yoldaşı vəfat edib. Elmira Şabanova — nənə (Bəyim xanım); Cavidin nənəsidir. Bəy nəslindəndir. Azər Axundov — Cavid; Mübarizin oğludur. Azərbaycan Dövlət Neft Akademiyasına yenicə daxil olub. İmtahanda 700 bal toplayıb. Coşqun Rəhimov — Əli (Alik); Aybənizin katibidir. Serialın mənfi qəhrəmanıdır. Ayka ilə pula görə evlənmək istəyir. Rafael İsgəndərov — Məmməd (bufetçik Mamed); rektorun arvadının qohumudur. Universitetdə hər kəs ilə əlaqəsi var. Nahidə Orucova — Səbinənin anası; söz-baz, qeybətçil qadın. Ülviyyə Əhmədova — Səbinə; Aykanın sinif yoldaşıdır. Gözəl, amma çox qeybətçildir. Leyla Hüseynova — Mələk; Aykanın qrup yoldaşıdır. Dərin biliyə malikdir. Böyükağa Əliyev — Famil; Cavidin qrup yoldaşıdır. Bakılıdır. Maşını var. Atilay Mirzəyev — Kamil; Cavidin qrup yoldaşıdır. Kənddən gəlib. Familin gülüş obyektinə çevrilib. Rövşən Kərimduxt — naməlum adam; nazirin qəbuluna düşmək istəyən, amma heç cürə bunu bacarmayan biri. Fərzalı Panayev — Mətləbin dostu Cavan Zeynallı — Cavan Tahir İmanov — Samir (Səma); parixmaxerdi. Əsl adı Samirdi. Hamı ona Səma deyir. İlqarə Kazımova — İlqarə Kübra Əliyeva — Kamilin anası Elariz Məmmədoğlu — Elariz Cabir İmanov — mətni oxuyan (İsrafil); Mətni oxuyan, və lazım olan vaxtları müdaxilə edən biri. ???? — Zuza; Sabinanı qeybətçil rəfiqəsi. ???? — Sara xanım; Sabinanın mamasının qeybətçil rəfiqəsi. ???? — İntiqam; İsrafilin qohumu.

Həmçinin bax

Ailəm (film, 2006) Qonşular (film, 2006)

İstinadlar

Xarici keçidlər YouTube-da — izlə

Kateqoriya:2004-cü ilin Azərbaycan filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Məhəbbət filmləri