ƏrsəncanFiziki-coğrafi məlumatları GeoNames və ya Ərsincan () — İranın cənubunda, Fars ostanında şəhər. Ərsəncan şəhristanının inzibati mərkəzidir.

Coğrafiyası Şəhər Fars ostanının şərq hissəsində, cənub-şərqi Zaqrosun dağlıq ərazisində, dəniz səviyyəsindən 1638 metr hündürlükdə, ostanın inzibati mərkəzi olan Şirazdan təxminən 80 kilometr şimal-şərqdə, ölkənin paytaxtı Tehrandan 660 kilometr cənub-şərqdə yerləşir.

Şəhərətrafı ərazilərdə dənli bitkilər, meyvələr və xaşxaş becərilir.Encyclopædia Iranica Xalçaçılıq inkişaf edib.

Əhalisi 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17642 nəfər və 4397 ailədən ibarət idi; milli tərkibinə görə şəhərdə farsdilli tayfa olan baserilər üstünlük təşkil edir. Əhalinin əksəriyyəti şiə müsəlmanlardır.

İstinadlar

Kateqoriya:Fars ostanının şəhərləri