Camel - 1971-ci ildə Londonda, gitarist, vokalist Andrew Latimer tərəfindən qurulan ingilis proqressiv rok qrupudur.

Qrupun tarixi Camel, 1971-ci ildə İngiltərədə yaranmış proqressiv rok qrupudur. Qrupun ilk üzvləri arasında pianoda Peter Bardens, qrupun qurucusu, gitaristi, bəstəkarı, flütçüsü, vokalisti, Andrew Latimer, bas gitarist Doug Ferguson ilə zərb alətlərində Andy Ward vardı. Qrup, The Brew adını dəyişdirərək sonradan Camel adını aldı.

Camel ilk albomu olan "Camel" (1973) çıxardığı zaman artıq yeni bir axının qabaqcıllarından biri oldu. Qrup əsl uğurunu isə "Mirage" albomu ilə qazandı. Ancaq Camel'ı Camel edən, proqressiv musiqi və duyğunu bir-birinə qataraq musiqi icra etməsi oldu.

Qrup, quruluşundan bu yana bir çox üzv dəyişdirdi və 1981-ci ildə Andy Ward'ın narkotik səbəbiylə bagetlerini buraxmağa qərar verməsiylə dağıldı. Bir müddət turnelərdə olan və qonaq musiqiçilərlə çalışan Andrew Latimer, qrupu 1990-cı ildə yenidən bir araya gətirdi. O ildən bu zamana qədər 4 albom çıxaran qrup 2003-cü ildə dünya turnesine çıxdı və bunun «vidalaşma dövrü» olaraq açıqlanmasıyla pərəstişkarlarını kədərləndirdi.

Qrup, tarixi boyunca bir çox mübahisələr ilə qarşı-qarşıya gəldi. Xüsusilə 1979-ci il tarixli «I Can See Your House from Here» adlı albomlarının çarmıxa gərilmiş, kosmosdan dünyaya baxmaqda olan astronavt mövzulu təsir edici albom üzü bunun səbəblərindən biriydi. Camel'ın «Mirage» albomun bu gün ən çox xatırlanan və dinlənilən Camel albomu olub «Lady Fantasy» kimi əfsanəvi bir əsərə də sahibdir. Lakin yenə bu albom içərisində olan «Nimrodel» adlı mahnı favoritlər arasındakı yerini qoruyur.

Mahnılarındakı pianino və gitara soloları ilə indiki vaxtda da bir çox musiqiçiyə ilham qaynağı olan qrup, klassik rok alətlərinin xaricində fleyta saksofon kimi alətlər da istifadə edərək musiqisinə müxtəliflik qatdı. Xüsusilə «The Snow Goose» adlı romandan ilhamlanaraq hazırlanmış "The Snow Goose" albomunda fleytanın yeri açıq bir şəkildə görünür.

Həmçinin Opeth qrupunun qurucusu, vokalist və gitaristi Mikael Åkerfeldt, Camel'dan çox təsirləndiyini bir çox reportajında ​​dilə gətirmişdir. Lamentations adlı DVD'sində də «Ending Credits» mahnısına başlamadan əvvəl «Bu mahnı tamamilə Camel'dan götürülmüşdür» şəklində bir anons etmişdir. Qrup, Mikael Akerfeldt'la yanaşı Dan Swanö kimi bir çox İsveçli musiqiçinin də ilham qaynağıdır.

Diskoqrafiya Studiya albomları 1973 – Camel 1974 – Mirage 1975 – The Snow Goose 1976 – Moonmadness 1977 – Rain Dances 1978 – Breathless 1979 – I Can See Your House from Here 1981 – Nude 1982 – The Single Factor 1984 – Stationary Traveller 1991 – Dust and Dreams 1996 – Harbour of Tears 1999 – Rajaz 2002 – A Nod and a Wink

Konsert albomları 1974 – Greasy Truckers Live at Dingwalls Dance Hall 1978 – A Live Record (canlı, 1974, 1975, 1977) 1984 – Pressure Points: Live in Concert (canlı, 11 may 1984, Hammersmith Odeon, London, Böyük Britaniya) 1992 – On the Road 1972 1993 – Never Let Go (canlı, 5 sentyabr 1992, Enschede, NL) 1994 – On the Road 1982 (canlı, Dutch radio, 13 iyun 1982, Congresgebouw, Den Haag, Hollandiya) 1997 – On the Road 1981 (canlı, BBC radio, 2 aprel 1981, Hammersmith Odeon, London, Böyük Britaniya) 1998 – Coming of Age (canlı, 13 mart 1997, Billboard, Los-Anceles, ABŞ) 2000 – Gods of Light '73-'75 2001 – The Paris Collection

Yığma albomlar 1981 – Chameleon - The Best Of Camel 1985 – The Collection 1986 – A Compact Compilation 1991 – Landscapes 1993 – Echoes: The Retrospective 1997 – Camel – Master Series 2001 – Lunar Sea 2010 – Rainbow's End: An Anthology 1973-1985

Sinqılları 1973 – "Never Let Go" 1975 – "Flight of the Snow Goose" 1975 – "The Snow Goose" 1976 – "Another Night" 1977 – "Highways of the Sun" 1978 – "Breathless (Sin Respiracion)" 1979 – "Your Love is Stranger Then Mine" 1979 – "Remote Romance" 1981 – "Lies" 1982 – "No Easy Answer" 1982 – "Selva" 1984 – "Long Goodbyes" 1984 – "Cloak And Dagger Man" 1984 – "Berlin Occidental" (West Berlin)

Kateqoriya:Britaniya musiqi qrupları Kateqoriya:1971-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Britaniya rok-qrupları