İradə Tuncay () — Azərbaycan yazıçısı, publisist, Ədalət qəzetinin baş redaktoru. Azərbaycan Respublikasının Əməkdar Jurnalisti.

Həyatı İradə Tuncay 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib.

1982-ci ildən Azərbaycan Dövlət Televiziyasının gənclik və ədəbi-dram baş redaksiyasında redaktor, 2002-ci ildən “Space” televiziyasında şöbə müdiri vəzifələrində çalışıb. “Space” televiziyasında bir neçə filmin ssenari müəllifi və rejissoru olub.

2006-cı ildən “Ədalət”qəzetinin baş redaktorudur.

”Mətbuatın inkişafında yardıma görə” və “Media açarı” mükafatlarına layiq görülüb.2015-c il 15 iyul ölkə başçısının imzaladığı sərəncam əsasında Əməkdar Jurnalist fəxri adına layiq görülüb. 2018-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

Ailəsi Tanınmış şair Məmməd Arazın qızı, yazıçı-jurnalist, millət vəkili Aqil Abbasın həyat yoldaşıdır.

2 övladı var.

Kitabları "Yol" romanı. B.: “Təhsil”, 2012.-128 səh

İstinadlar

Xarici keçidlər İradə Tuncay:- “İnsanlar onları əzənlərə sitayiş edirlər”