İbrahim Köçkün (; d. 1937, Kiçik Qaraqoyunlu, Göyçə mahalı – ö. 9 aprel 2016, Mehdiabad, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006).
Həyatı İbrahim Köçkün 1937-ci ildə Göyçə mahalının Kiçik Qaraqoyunlu kəndində anadan olub. 1966-cı ildə Gəncə Pedaqoji İnstitutunu, sonra isə M.F.Axundov adına Xarici Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini bitirib.
2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Qızıl Qələm” fəxri media mükafatı laureatıdır.
9 aprel 2016-cı ildə Mehdiabad qəsəbəsində vəfat etmişdir.
Kitabları "Göyçəsiz göyçəli necə yaşasın?" "Sirli-sehrli dünya" "Göyçə, səndən kimlər keçib" "Mirzə Bəylər nəfəsliyəm" "Həkimin dünya dərdi" "Bir Hüseyn Arif vardı" "Qalan Göyçəm" "Mənim Göyçə Taleyim" "Göyçə həsrəti", Bakı, "AKE NPM", 2015.
İstinadlar
Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Mehdiabadda dəfn olunanlar