Azərbaycan 2008 Yay Olimpiya Oyunlarında — 2008-ci ilin 8–24 avqust tarixlərində Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası olimpiadada 44 idmançı ilə 10 idman növündə təmsil olundu.
Azərbaycan Milli Olimpiya Komandası olimpiadanı 6 medalla (1 qızıl, 1 gümüş və 4 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçu Elnur Məmmədli final görüşündə qələbə qazanaraq olimpiadanın qalibi oldu. Yunan-roma güləşçisi Rövşən Bayramov olimpiadanın həlledici görüşündə məğlub olaraq gümüş medala sahib oldu. Cüdoçu Mövlud Mirəliyev, bojsçu Şahin İmranov həmçinin qadın güləşçi Mariya Stadnik və sərbəst güləşçi Xetaq Qazyumov isə olimpiadanı bürünc medalla başa vurdu.
XXIX Yay Olimpiya Oyunlarında 1 qızıl, 1 gümüş və 4 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 40-cı pillədə, medalların sayına görə isə 35-ci pillədə qərarlaşdı.
Azərbaycan Prezidenti İlham Əliyevin 30 iyul 2008-ci il tarixli Sərəncamına əsasən XXIX Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 400 min ₼ (onun məşqçisinə 200 min ₼), gümüş medal qazanan idmançıya 200 min ₼ (onun məşqçisinə 100 min ₼), bürünc medal qazanan idmançıya 100 min ₼ (onun məşqçisinə isə 50 min ₼) məbləğində pul mükafatı müəyyən edildi. Həmçinin olimpiadadan sonra 1 nəfər "Şöhrət" ordeni, 13 nəfər "Tərəqqi" medalı, 4 nəfər isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.
Medalçıların siyahısı Azərbaycan Milli Olimpiya Komandası XXIX Yay Olimpiya Oyunlarını 7 medalla (1 qızıl, 1 gümüş və 4 bürünc) başa vurdu.
Cüdoçu Elnur Məmmədli final görüşündə qələbə qazanaraq Olimpiya Oyunlarının qalibi oldu. Rövşən Bayramov həlledici görüşdə məğlub olaraq olimpiadanı gümüş medalla başa vurdu. Cüdoçu Mövlud Mirəliyev, qadın Mariya Stadnik, sərbəst güləşçi Xetaq Qazyumov və boksçu Şahin İmranov isə olimpiadanın bürünc medallarına sahib oldu.
MedalMedalçıİdman növüYarışTarix25x25pxElnur MəmmədliCüdoKişilər, −73 Kq.11 avqust25x25pxRövşən BayramovGüləşYunan-roma güləşi, 55 Kq.12 avqust25x25pxMövlud MirəliyevCüdoKişilər, −100 Kq.14 avqust25x25pxMariya StadnikGüləşQadın güləşi, 48 Kq.16 avqust25x25pxXetaq QazyumovGüləşSərbəst güləş, 96 Kq.21 avqust25x25pxŞahin İmranovBoksKişilər, 57 Kq.22 avqust
İdman növləri üzrə medal sıralanması #İdman növü18x18px18x18px18x18px1.Cüdo1012.Güləş0123.Boks001
Komandanın yolasalma mərasimi 2008-ci il iyulun 30-da XXIX Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan Milli Olimpiya Komandasının rəsmi yolasalma mərasimi baş tutdu. Azərbaycan Prezidentinin Administrasiyasında baş tutan mərasimə Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, gənclər və idman naziri Azad Rəhimov qatıldı.
Mərasimin əvvəlində Azərbaycanın Dövlət himni səsləndirildi. Sonra dövlət başçısı İlham Əliyev nitqlə çıxış etdi. İlham Əliyev idmançılara qələbələr və uğurlar arzuladı.
Daha sonra gənclər və idman naziri Azad Rəhimov nitqlə çıxış etdi və Azərbaycanın son üç Olimpiya Oyunlarında qazandığı nəticələr barədə qısa məlumat verdi.
Ardınca isə Rəşad Əhmədov çıxış etdi və idmançılara yaradılan şəraitə görə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentinə minnətdarlığını bildirdi. Tədbirin sonunda isə 2004-cü il Afina Olimpiadasının qalibi, 2007-ci Dünya Çempionatının qızıl medalçısı yunan-roma güləşçisi Fərid Mansurov idmançılar adından olimpiya andının mətnini oxudu. Fərid Mansurov Azərbaycanın bayrağının qaldırılması, dövlət himnimizin səsləndirilməsi naminə sona qədər əzmlə mübarizə aparacağımıza and içdi. Sonda idmançılar Azərbaycanın dövlət bayrağını öpdülər.
Komandanın heyəti thumb|345x345px|alt=|Azərbaycan Milli Olimpiya Komandası və onun bayraqdarı Fərid Mansurov olimpiadanın açılış mərasimində Azərbaycan XXIX Yay Olimpiya Oyunlarında 10 idman növü üzrə 44 idmançı ilə təmsil olundu. Bu Azərbaycanın Olimpiya Oyunlarında idmançı sayının artım tempinin davamı idi — Azərbaycanı 1996-cı il Atlanta Olimpiadasında 23 idmançı, 2000-ci il Sidney Olimpiadasında 31 idmançı, 2004-cü il Afina Olimpiadasında isə 37 idmançı təmsil eləmişdi.
Komandanın heyətində 37 idmançıdan 14 nəfəri qadın idi. Bundan əvvəl Azərbaycanı 1996-cı il olimpiadasında üç qadın, 2000 və 2004-cü illər olimpiadalarında isə altı qadın idmançı təmsil edirdi.
Azərbaycan 2004-cü ildə Olimpiya Oyunlarında qılıncoynatma turnirində təmsil olunsa da, bu səfər heç bir idmançı bu idman növü üzrə vəsiqə qazana bilmədi. Əvəzində Azərbaycan Olimpiya Oyunlarında birinci dəfə atçılıq turnirlərində təmsil olundu.
Komandanın heyətində 44 idmançıdan 35 nəfəri Olimpiya Oyunlarının debütantı idi. Olimpiada təcrübəsi olan 9 idmançıdan 2 nəfəri isə bundan əvvəl turnirdə medallara da sahib olmuşdu — Olimpiadanın qalibləri Zemfira Meftahətdinova (atıcılıq) və Fərid Mansurov (yunan-roma güləşi).
Komandanın ən yaşı üzvü 45 yaşlı stend atıcısı Zemfira Meftahətdinova, ən gənc üzvü isə 18 yaşlı üzgüçü Oksana Hətəmxanova idi.
XXIX Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan Milli Olimpiya Komandasının bayrağdarı 2004-cü il Afina Olimpiadasının qalibi olan yunan-roma güləşçisi Fərid Mansurov oldu. Bağlanış mərasimində isə Azərbaycan bayrağını olimpiadanı bürünc medalla başa vuran Şahin İmranov apardı.
Azərbaycan Milli Olimpiya Komandasının heyəti
Prezidentin Çin səfəri thumb|320x320px|alt=|Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşən zaman Azərbaycan Prezidenti İlham Əliyev XXIX Yay Olimpiya Oyunlarını açılış mərasiminə qatılmaq üçün avqustun 7-də Çinə rəsmi səfərə yollandı.
Olimpiya Oyunlarının avqustun 8-də baş tutan açılış mərasimini Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva birbaşa stadiondan canlı izlədi.
Avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev Olimpiya Kəndində Azərbaycan Milli Olimpiya Komandasının üzvləri ilə görüşdü. Sonra Prezident İlham Əliyev gənclər və idman naziri Azad Rəhimovun və nümayəndə heyətinin şef-demisionu İlham Mədətovun müşayiəti ilə Azərbaycan idmançılarının qaldıqları binaya gəldi, onlar üçün yaradılmış şəraitlə tanış oldu.
Daha sonra Prezident İlham Əliyev nümayəndə heyətimizin yaşadığı binanın qarşısında həyətdə idmançılarımız və onların məşqçiləri söhbət etdi.
Avqustun 10-da isə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan günü" mərasiminə qatıldı və nitqlə çıxış etdi.
Nəticələri Ağır atletika
DNF — bitirmədi DSQ — uzaqlaşdırıldı
XXIX Yay Olimpiya Oyunlarında ağır atletlərin turnirləri 8–20 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə beş atlet təmsil etdi.
Avqustun 11-də −62 Kq. turnirində çıxış edən Sərdar Həsənov mübarizə apardı. Birdən qaldırma turnirində Sərdar Həsənov birinci cəhdində 128 kiloqramlıq ştanq sifariş versə də, onun öhdəsindən gələ bilmədi. Sərdar Həsənovun növbəti cəhdidə uğursuz oldu. Üçüncü cəhdində isə Sərdar Həsənov 128 kiloqramlıq ştanqın öhdəsindən gələ bildi və birdən qaldırma mərhələsini 128-lıq nəticə ilə başa vurdu. Təkanla qaldırma turnirində isə Sərdar Həsənov birinci cəhdində 152 kiloqramlıq ştanq sifariş versə də, onun öhdəsindən gələ bilmədi. Sərdar Həsənovun növbəti cəhdidə uğursuz oldu. Üçüncü cəhdində Sərdar Həsənov mütləq ştanqı qaldırmalı idi. Amma Sərdar Həsənovun bu cəhdidə uğursuz oldu və o, təkanla qaldırma mərhələsini nəticəsiz başa vurdu. Bununla belə 2016-cı ilin iyulunda Sərdar Həsənovun qanında dopinq tapıldığına görə onun nəticələri ləğv edildi.
Avqustun 12-də −69 Kq. turnirində çıxış edən Əfqan Bayramov və Turan Mirzəyev mübarizə apardı. Əfqan Bayramov birdən qaldırma turnirində birinci cəhdində 137 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Növbəti cəhdində 142 kiloqramlıq ştanqı qaldırmağı bacaran Əfqan Bayramov üçüncü cəhdində 145 kiloqramlıq ştanqın öhdəsindən gəldi və turniri 145-lıq nəticə ilə başa vurdu. Təkanla qaldırma turnirində isə Əfqan Bayramov birinci cəhdində 175 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Növbəti cəhdində Əfqan Bayramov 187 kiloqramlıq ştanq sifariş versə də, onun öhdəsindən gələ bilmədi. Əfqan Bayramov əgər sonuncu cəhdində 187 kiloqramlıq ştanqa qaldırmağı bacarsaydı, olimpiadanı medalla başa vuracaqdı. Amma Əfqan Bayramov üçüncü cəhində də 187 kiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi və mərhələni 175-lıq nəticə ilə başa vurdu. Ümumi nəticədə isə Əfqan Bayramov olimpiadanı 320 (145+175) nəticə ilə altıncı pillədə başa vurdu.
Həmin turnirdə çıxış edən digər Azərbaycan ağır atleti Turan Mirzəyev isə birdən qaldırma mərhələsində birinci cəhdində 142 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Növbəti cəhdində 146 kiloqramlıq ştanqı qaldırmağı bacaran Turan Mirzəyev üçüncü cəhdində 149 kiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi və turniri 146-lıq nəticə ilə başa vurdu. Təkanla qaldırma turnirində isə Turan Mirzəyev birinci cəhdində 181 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Növbəti cəhdində Turan Mirzəyev 183 kiloqramlıq ştanq sifariş versə də, onun öhdəsindən gələ bilmədi. Turan Mirzəyev əgər sonuncu cəhdində 187 kiloqramlıq ştanqa qaldırmağı bacarsaydı, olimpiadanı medalla başa vuracaqdı. Amma Turan Mirzəyev üçüncü cəhində 187 kiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi və mərhələni 181-lıq nəticə ilə başa vurdu. Ümumi nəticədə isə Turan Mirzəyev olimpiadanı 327 (146+181) nəticə ilə altıncı pillədə başa vurdu.
Avqustun 15-də 85 Kq. turnirində çıxış edən İntiqam Zairov mübarizə apardı. İntiqam Zairov birdən qaldırma turnirində birinci cəhdində 160 kiloqramlıq ştanqın öhdəsindən gəldi. İntiqam Zairov növbəti cəhdində 166 kiloqramlıq ştanqı qaldırmağı bacarmasa da, üçüncü cəhdində onun öhdəsindən gəldi və turniri 166-lıq nəticə ilə başa vurdu. Təkanla qaldırma turnirində isə İntiqam Zairov birinci cəhdində 195 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Növbəti cəhdində İntiqam Zairov 199 kiloqramlıq ştanq sifariş versə də, onun öhdəsindən gələ bilmədi. İntiqam Zairov üçüncü cəhində də 199 kiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi və mərhələni 195-lıq nəticə ilə başa vurdu. Ümumi nəticədə isə İntiqam Zairov olimpiadanı 361 (166+195) nəticə ilə altıncı pillədə başa vurdu.
Avqustun 17-də 94 Kq. turnirində çıxış edən Nizami Paşayev mübarizə apardı. Dünya və Avropa Çempionatlarının qalibi olan Nizami Paşayev Azərbaycan yığmasının əsas medal ümidi idi. Nizami Paşayev birdən qaldırma mərhələsində birinci cəhdində 180 kiloqramlıq ştanq sifariş versə də, onun öhdəsindən gələ bilmədi. Növbəti cəhdidə uğursuz olan Nizami Paşayev üçüncü cəhdində 181 kiloqramlıq ştanq sifariş verdi. Həmin ştanqı qaldırmağı bacaran Nizami Paşayev birdən qaldırma mərhələsini 181-lıq nəticə ilə başa vurdu. Təkanla qaldırma turnirində isə Nizami Paşayev birinci cəhdində 215 kiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi. Növbəti cəhdidə uğursuz olan Nizami Paşayev sonuncu cəhdində onu qaldırmağı bacardı və təkanla qaldırma turnirini 215-lıq nəticə ilə başa vurdu. Ümumi nəticədə isə Nizami Paşayev 396 (181+215) nəticə göstərdi və olimpiadanı beşinci pillədə başa vurdu.
Olimpiada da beş idmançı ilə mübarizə aparan ağır atletlərdən ibarət Azərbaycan yığması həm turniri medalsız başa vurdu, həm də Azərbaycanın Olimpiya Oyunları tarixində birinci dəfə dopinq qalmaqalına səbəb oldular.
İdmançıYarışBirdən qaldırmaTəjanla qaldırmaÜmumiYerNəticəNəticəSərdar Həsənov -62 Kq.128128128128152152152DNFDNFDSQƏfqan Bayramov −69 Kq.1371421451451751871871753206Turan Mirzəyev1421461491461811831871813274İntiqam Zairov -85 Kq.160166166166195199199195361DSQNizami Paşayev -94 Kq.180180181181215215215215396DSQ
Atçılıq
Q — növbəti mərhələyə adladı DSQ — uzaqlaşdırıldı