Silinməyən izlər... — görkəmli kinorejissor, Azərbaycanın xalq artisti Tofiq Tağızadənin həyat və yaradıcılığından bəhs edən çoxseriyalı sənədli televiziya filmi.
Məzmun Sənədli serial kinomuzda və teatrda silinməyən izlər qoyan sənətkarlardan bəhs edir.
Seriyalar Silinməyən izlər... Ələsgər Ələkbərov Silinməyən izlər... Tofiq Tağızadə Silinməyən izlər... Yusif Vəliyev
Film haqqında "Görüş", "Uzaq sahillərdə", "Əsl dost", "Əmək və qızılgül", "Matteo Falkone", "Arşın mal alan", "Arşın mal alan", "Mən ki gözəl deyildim", "Yeddi oğul istərəm...", "Dədə Qorqud", "Bağ mövsümü", "O dünyadan salam", "Bəxt üzüyü", "Anlamaq istəyirəm", "Qaladan tapılan mücrü", "Qızıl qaz", "Ac həriflər", "Babamızın babasının babası" filmlərindəki kadrlardan istifadə edilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Müəllif: Sevda Ağazadə Rejissor: Elvin Vəlimətov Operatorlar: Rüfət Sarabi, Əliağa Rzayev Montaj: Araz Əjdərov, Rəşad Rəhimov Qrafika: Təkin Əfəndiyev Videomateriallar: Fuad Əhmədov Rejissor assistenti: Cavid Babayev İnzibatçı: Etibar Almazov Redaktor: Səyavuş Məmmədov
Filmdə iştirak edənlər İranə Tağızadə (əməkdar incəsənət xadimi) Oqtay Mirqasımov (xalq artisti) Elçin (xalq yazıçısı) Mayis Ağabəyov (xalq rəssamı) Xuraman Qasımova (xalq artisti) Arman Tağızadə (Tofiq Tağızadənin nəvəsi)
Mənbə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:2011-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Sənədli televiziya filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Tofiq Tağızadə haqqında filmlər