Məzmun Xlorellanın nə olduğunu yəqin ki, çoxları bilmir. Halbuki bu yaşıl yosunlar kənd təsərrüfatı istehsalının intensivləşdirilməsində mühüm rol oynaya bilər. Xlorellada çoxlu zülallar və digər qidalı maddələr vardır. Bunlardan iri buynuzlu mal-qaranın, quşların və balıqların yemlərinə əlavə kimi istifadə olunur.

Elmi-kütləvi film yosunların xüsusiyyətini, onların xalq təsərrüfatı üçün əhəmiyyətini öyrənmək məqsədilə yaradılmışdır.

Filmin çəkilişləri xlorelladan geniş istifadə olunan yerlərdə — Şəki bölgəsində, Özbəkistanda və Moskvada aparılmışdır.

Film haqqında Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Cəlal Əliyev, Vaqif Hümmətoğlu Operator: Sərdar Vəliyev Səs operatoru: Şamil Kərimov

Sponsor Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258; 377.

Kateqoriya:1979-cu ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Şəkidə çəkilən filmlər