Olomouts (; ) — Çexiyanın Olomouts diyarındə şəhər.

Olomouts şəhəri Çexiyanın şərqində, Moraviya tarixi bölgəsinin mərkəzində, Morava () çayının hər iki sahilində yerləşir. Şəhərin əhalisi yüz minə yaxındır. Bundan başqa, Olomoutsda yerləşən Palatski Universitetində on mindən artıq tələbə təhsil alır.

Görməli yerləri Memarlıq abidələrinin sayına görə Olomouts Praqadan sonra Çexiyanın "irs xəzinəsi" hesab edilir.

Şəhərin ən tanınan abidələrindən biri Şəhər Ratuşası sayılır (XV əsr). Binanın hündürlüyü 75 metrdir. Binanı astronomik saat kurantları bəzəyir. Qotik üslubdakı Müqəddəs İeronim kapellası hal-hazırda muzey kimi fəaliyyət göstərir. thumb|left|180px|Müqəddəs Vatslav kafedralı Olomouts Moraviyanın dini mərkəzi hesab edilir. Şəhərin ən möhtəşəm kilsəsi - Vatslav kilsəsidir. Kilsə çex qotik üslubunda inşa edilmiş və hündürlüyünə görə (100,65 m) Çexiyanın ikinci ən böyük dini tikilisidir. Kilsənin yaxınlığında Prjimıslov sarayı yerləşir. Sarayda saxlanılan artefaktların sayına görə Prjimıslov Luvrla bir sıradadır.

Dominikan ordeninə məxsus Mixail kilsəsi öz barok naxışları ilə insanı heyran edir. Şəhərin qüruru - onun fəvvarələridir. Bir çox fəvvarələr barokko üslubunda hazırlanıb. Beş fəvvarə Roma tanrılarına ithaf edilib: Zevs, Neptun, Triton, Herakl və Yuli Sezara. Sonuncu, əfsanəyə görə, şəhərin əsasını qoyub.

Qardaşlaşmış şəhərlər

, Antoni , Florensiya , Gəncə , Lüsern , Nördlingen , Ovensboro , Peç , Subotisa , Tampere , Veenendaal

Məşhur sakinləri Qreqor Mendel — genetikanın banisi.

Qalereya

Həmçinin bax Olomouts döyüşü Olomouts pendiri Nerjedin

İstinadlar

Kateqoriya:Çexiya şəhərləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri