Ayvaz Dursun oğlu Həsənov () — Gürcüstan SSR dövlət və partiya xadimi, Gürcüstan SSR Ali Sovetinin deputatı.

Həyatı Ayvaz Həsənov 1929-cu ildə mayın 2-də Marneuli rayonunun Meçidli Gorarxı kəndində doğulub. Ayvaz Dursun oğlu ali təhsil aldıqdan sonra, ilk dəfə vəzifə başında əmək fəaliyyətinə Qullar kəndindəki Atçılıq sovxozunda müdir kimi başlamışdır. O, 1958-ci ildən 1975-ci ilə qədər Qarayazı, Qaçağan, Marneuli, Alget kimi böyük təsərrüfatlara rəhbərlik etmişdir.

1975-ci ildə Ayvaz Həsənov Gürcüstan SSR Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin olundu. 1981-ci ildə bu vəzifədən azad edilmişdir. 1989-cu ildə Ayvaz Həsənov Marneuli Rayonu İcraiyyə Komitəsinin sədri təyin etmişdir.

O, bir neçə dəfə Qurultay nümayəndəsi və Ali Sovetə deputat da seçilmişdir

Haqqında deyilənlər

Mənbə

Ayvaz Həsənovun şəxsiyyəti gürcü və Azərbaycan xalqlarının dostluq etalonu idi Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:Gürcüstan SSR siyasətçiləri Kateqoriya:Gürcüstan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Marneuli Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri