Rasim Mirqasım oğlu Ocaqov () — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982), Azərbaycan SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı (1981), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1980).
Həyatı Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib.
50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdır. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.
Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olmuşdur. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o qəhrəmanların ifaçılarını dəyişdi, ssenarini yenidən işlədi. Qatır Məmmədin obrazını isə aktyor Şahmar Ələkbərova tapşırdı. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə filmin uğurlu olduğu mətbuatda geniş qeyd edildi. Onun ikinci rejissor işi "Tütək səsi" filmi oldu. "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirdi. Bundan sonra çəkdiri "Ad günü"Nadir Bədəlov. "Bizim kino". Rasim Ocaqovun "Ad günü" filmi haqqında. 13.02.2016, "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. "Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır.
R.Ocaqov 2006-cı ildə Bakıda dünyasını dəyişib.
Mükafatları Azərbaycan SSR xalq artisti — 01.12.1982Respublika kino sənəti xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı — anl.az saytı Azərbaycanın və SSRİ-nin Dövlət mükafatları laureatı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
Xatirəsi 2013-cü il noyabrın 22-də Bakıda Azərbaycan kino sənətinin nümayəndəsi, kinorejissor, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun yaşadığı evdə barelyefinin açılışı mərasimi keçirilib. Barelyefin müəllifləri Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir.
2018-ci ildə Rasim Ocaqovun 85 illik yubileyi münasibətilə "Şəki, mən səni sevirəm" kino və foto müsabiqəsi təsis edilib.
Filmoqrafiya thumb|300px|right|Rasim Ocaqovun xatirə lövhəsi (Bakı) thumb|300px|right|Rasim Ocaqovun xatirə lövhəsi (Şəki)
Tammetrajlı bədii filmlər
Rejissor kimi Qatır Məmməd (film, 1974) Tütək səsi (film, 1975) Ad günü (film, 1977) (tammetrajlı bədii film) İstintaq (film, 1979) Bağlı qapı (film, 1981) Park (film, 1983) Özgə ömür (film, 1987) Ölsəm... bağışla (film, 1989) Qətldən yeddi gün sonra (film, 1991) Təhminə (film, 1993) Həm ziyarət, həm ticarət... (film, 1995) Otel otağı (film, 1998)
Operator kimi Bir məhəllədən iki nəfər (film, 1957) Onun böyük ürəyi (film, 1958) Əsl dost (film, 1959) Bizim küçə (film, 1961) Əmək və qızılgül (film, 1962) Sən niyə susursan? (film, 1966) Bir cənub şəhərində (film, 1969) Abşeron ritmləri (film, 1970) Ən vacib müsahibə (film, 1971) Skripkanın sərgüzəşti (film, 1972) Ömrün ilk saatı (film, 1973)
Bədii rəhbər kimi Əlavə iz (film, 1981) Süd dişinin ağrısı (film, 1987) Məhkumlar (film, 2006)
İkinci rejissor kimi Sən niyə susursan? (film, 1966)
İkinci operator kimi Uzaq sahillərdə (film, 1958)
Qısametrajlı bədii filmlər
Rejissor kimi Şosedə hadisə (film, 1960)
Operator kimi Şosedə hadisə (film, 1960) Matteo Falkone (film, 1960) Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
Sənədli filmlər
Rejissor kimi Bakı bu gün (film, 1958) Abidələr danışır (film, 1964) (qısametrajlı sənədli film) Dağıstan konserti (film, 1964) Çiçək yağışı (film, 1971)
Operator kimi Bakı bu gün (film, 1958) Məhəmməd Füzuli (film, 1958) Abidələr danışır (film, 1964) Dağıstan konserti (film, 1964) Azərbaycanın səhnə ustaları (film, 1965) Çiçək yağışı (film, 1971)
İştirak etdiyi filmlər Azərbaycan kinosu-80 (film, 1996) Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
Sənədli televiziya filmləri
Operator kimi Konsert proqramı (film, 1964) Məhəbbət haqqında əfsanə (film, 1967) Şur (film, 1967)
İştirak etdiyi film Özgə vaxtın doğma anları (film, 2002)
"Mozalan" süjetləri
Rejissor kimi Çay daşının göz yaşı... (film, 1971) Müşavirə (film, 1971) İcazə (film, 1972) Çardaş (film, 1973) Heyif siqnalından (film, 1978) Mən salim olum, cümlə cahan batsa da batsın... (film, 1980) Hami (film, 1981) Fövqəladə hadisə (film, 1982) Rəngli yuxu (film, 1982) Metamarfoza (film, 1983) Alayarımçıq (film, 1984) Bəhrə (film, 1984) Çıxış yolu (film, 1984) Xəbərdarlıq (film, 1984) Çexski unitaz (film, 1985) Gözdən uzaq... (film, 1985) Məsələ yerdə deyil... (film, 1985) Ögeylik (film, 1985) Arayış (film, 1986)
Operator kimi Çay daşının göz yaşı... (film, 1971) Arzu (film, 1972)
Ssenari müəllifi kimi Müşavirə (film, 1971) İcazə (film, 1972) Çardaş (film, 1973) Mən salim olum, cümlə cahan batsa da batsın... (film, 1980) Hami (film, 1981) Rəngli yuxu (film, 1982) İntizam (film, 1983) Metamarfoza (film, 1983) Alayarımçıq (film, 1984) Çexski unitaz (film, 1985) Məsələ yerdə deyil... (film, 1985) Mastika (film, 1986)
İstinadlar
Mənbə “"Uzaq sahillərdə" ekranda” [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust. “Bolqar jurnalı yazır...” //Ədəbiyyat və incəsənət.- 1964. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 304. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814-816.
Xarici keçidlər
Rasim Ocaqov Rasim Ocaqov Şəkidə anılıb
Həmçinin bax
Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ kinooperatorları Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan kinooperatorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər Kateqoriya:Şəkidə doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Azərbaycan yazıçıları