Oqtay Mirəsədulla oğlu Mirqasımov () — Azərbaycan kinorejissoru,Məhərrəmova T. "Mən insan ömrünün sonsuzluğunu göstərmək istəyirəm": Oqtay Mirqasımov: "Məmurluğum rejissor kimi həyatımdan illərimi aldı": [Kinorejissor] //Kaspi.- 2008.- 2–4 avqust.- S. 11. ssenarist, Azərbaycan Respublikasının xalq artisti (2000), "Şərəf" ordenli (2018). "İstiqlal" ordenli (2023).

Həyatı Oqtay Mirqasımov 12 iyun 1943-cı ildə Bakı şəhərində anadan olub. 1963–1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alır, Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdır.Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın xalq artistidir. 1992–2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 7 iyun 2018-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir. 2 avqust 2018-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb.

12 iyun 2023-cü ildə "İstiqlal" ordeni ilə təltif edilib.

AMEA-nın ilk prezidenti, tibb elmləri doktoru Mir Əsədulla Mirqasımovun oğludur. Xalq rəssamı, heykəltaraş Mirələsgər Mirqasımovun qardaşıdır. AMEA-nını müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Rüfət Mir-Qasımovun qardaşıdır. Aktrisa Ayan Mirqasımovanın atasıdır.

Filmoqrafiya 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129) 777 №-li sexdə (film, 1979) (qısametrajlı bədii süjet-Mozalan № 47) Ağır illər… Xoş xatirələr (sənədli film, 2014)Abdullayeva, S. "Ağır illər…xoş xatirələr" nümayiş etdirilib: [ssenari müəllifi və rejissoru, Xalq artisti Oktay Mirqasımovun eyniadlı filminin Nizami Kino Mərkəzində təqdimatı haqqında] // 525-ci qəzet.- 2015.- 7 aprel.- S.7. Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-ssenari müəllifi, quruluşçu rejissor Arzularını çəkən rəssam (film, 2007) Azərbaycan haqqında etüd (film, 1969) Azərbaycan kinosu-80 (film, 1996) Bakı haqqında 10 dəqiqə (film, 1970) Bir dəfə (film, 1990) Biz qayıdacağıq (veriliş, 2007) (II) Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968) Cəfər Cabbarlı (film, 1969) Cəza (film, 1986) Cin mikrorayonda (film, 1985) Daha bir fənd (film, 1978) Dama dama... (film, 1986) Dantenin yubileyi (film, 1978) De ki, məni sevirsən! (film, 1977) Dəniz (film, 1965) Dostluq səfəri (film, 1977) Əgər bir yerdəyiksə (film, 1975) Əhməd haradadır? (film, 1983) Əmək və qızılgül (film, 1962) Fənd (film, 1978) Gecə söhbəti (film, 1971) Gecəniz xeyrə qalsın (film, 1977) Gedərgəlməz (film, 1984) Gənclər festivalı (film, 1969) Gümüşü furqon (film, 1982) Günah (film, 1989) Günaydın, mələyim! (film, 2008) Günlərin bir günü... (film, 1981) Halallıq (film, 2019) Hörmətli alim yoldaşlar (film, 1971) Xəzinə (film, 1970) İşgüzar adamlar (film, 1977) Kallıq (film, 1981) Kədərimiz... Vüqarımız... Kinorejissor Arif Babayev (film, 2000) Qaladan tapılan mücrü (film, 1982) Qara Qarayev-60 (film, 1978) Qaşqayın son proqnozu (film, 2007) Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013) Qobustan (film, 1967) Qorunmağa möhtac qoruq (film, 1983) Leylək gözləyir (film, 1977) Məğlubedilməzlər (film, 1983) Mən kitabımı başlayıram (film, 2006) Müqavilə (film, 1978) "Müstəntiq və məntiq" (film, 1971) Nəriman Nərimanov (film, 1972) Nəzarətin reydi "Mozalan"ın qeydi (film, 1977) Ovsunçu (film, 2002) Öpürəm (film, 1988) Rəşid Behbudov (film, 1975) Silinməyən izlər... (film, 2011) Şeytan göz qabağında (film, 1987) Şəhidlik zirvəsi (film, 2001) Tatarıstanda Azərbaycan günləri (film, 1969) Vətəndaş, həkim, alim (film, 1984) Yeddi qoyun nağılı (film, 1983) Yenidənqurmanın işığında... (film, 1988) Qaşqayın son proqnozu (sənədli film, 2007)

İstinadlar

Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814. Наталия Бабинцева. Общий дом. Журнал "Баку". Ноябрь — Декабрь 2011. Aydın Dadaşov. "Bizim kino". Oqtay Mirqasımovun "Şeytan göz qabağında" filmi haqqında. 23.01.2016

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan kinoprodüserləri Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:"Humay" mükafatı laureatları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:"Şərəf" ordeni (Azərbaycan) ilə təltif edilənlər Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:Azərbaycan Milli Kino Mükafatı laureatları Kateqoriya:Mirqasımovlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:SSRİ kinorejissorları