Bidzina Qriqoryeviç İvanişvili (; ) — Gürcüstan siyasi və dövlət xadimi, 25 oktyabr 2012-ci ildən 20 noyabr 2013-cü ilədək Gürcüstan Respublikasının Baş Naziri.

Həyatı İvanişvili 1956-cı ildə Gürcüstanın Saçxer rayonunun Çorvila kəndində anadan olub. Gürcüstan Dövlət Universitetinin mühəndis-iqtisadiyyat fakültəsini bitirib. Moskvada aspirantura təhsili alıb. Gürcüstanın "Kartu" bankının sahibidir. 2012-ci ilə qədər Rusiyada bank və apteklər şəbəkəsinin sahibi olub. "Unikor" qrupunun sahibi, iqtisad elmləri namizədiСправка Борис Иванишвили в рейтинге Forbes 2010 года.Статья Борис Иванишвили в справочнике Ведомости.Статья ИВАНИШВИЛИ Борис Григорьевич в справочнике Коммерсантъ..

2011-ci ildən siyasətlə məşğuldurSaakaşvili İvanişvilini baş nazir postuna namizəd irəli sürdü . Gürcüstanda 1 oktyabr 2012-ci il parlament seçkilərində onun rəhbərlik etdiyi Gürcüstan arzusu-Demokratik Gürcüstan seçki bloku deputat yerlərinin yarıdan çoxunu qazana bildi.

Həm Rusiya, həm də Fransa vətəndaşlığı olan İvanişvilini "Forbes" jurnalı 2012-ci ildə Gürcüstanın ən varlı adamı elan edib. Üç oğlu və bir qızı var. Həyat yoldaşı və uşaqları Fransa vətəndaşlarıdırİvanişviliyə Gürcüstan vətəndaşlığı verildi .

Gürcüstan baş naziri ola bilmək üçün, İvanişvili 2012-ci ilin oktyabr ayında Rusiya və Fransa vətəndaşlığından çıxdı və təkrar Gürcüstan vətəndaşlığı verildi.

İstinadlar

Xarici keçidlər

Bidzina İvanişvili Facebook Lentapediyada tərcümeyi-halı

Kateqoriya:Gürcüstan baş nazirləri Kateqoriya:Rusiya iş adamları Kateqoriya:Gürcüstan sahibkarları