Estoniya Avroviziya Mahnı Müsabiqəsinə 1994-cü ildə qoşulmuş və ümumilikdə 25 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1993-cü ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Estoniya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. 1994-cü ildə ilk dəfə müsabiqəyə qoşulan Estoniya göstərdiyi zəif nəticə səbəbindən 1995-ci ildə müsabiqədən bir illik kənarlaşdırılmışdır. Ölkə 1996-cı ildən bəri hər il Avroviziyada iştirak etmişdir. İştirak etdiyi illər ərzində Estoniya yalnız bir dəfə 2001-ci ildə Tanel Padar, Deyv Benton və 2XL qrupunun birlikdə ifa etdiyi "Everybody" mahnısı ilə müsabiqədə qələbə qazanmışdır.

Təmsilçilər

İlDilMüğənniMahnıFinalYarım-finalYerXalYerXal 1994 Estonca Silvi Vrait "Nagu merelaine" 24 2Yarımfinal olmayıb 1996 Estonca Maarya-Liis İlus və İvo Linna "Kaelakee hääl" 5 94 5 106 1997 Estonca Maarya-Liis İlus "Keelatud maa" 8 82Yarımfinal olmayıb 1998 Estonca Koyt Toome "Mere lapsed" 12 36 1999 İngiliscə Evelin Samuel və Kamille "Diamond of Night" 6 90 2000 İngiliscə İnes "Once in a Lifetime" 4 98 2001 İngiliscə Tanel Padar, Deyv Benton və 2XL "Everybody" 1 198 2002 İngiliscə Sahlene "Runaway" 3 111 2003 İngiliscə Ruffus "Eighties Coming Back" 21 14 2004 Vıroca Neiokõsõ "Tii"Finala keçməyib 11 57 2005 İngiliscə Suntribe "Let's Get Loud" 20 31 2006 İngiliscə Sandra Oksenrid "Through My Window" 18 28 2007 İngiliscə Qerli Padar "Partners in Crime" 22 33 2008 Serbcə, Almanca, Fincə Kreisiraadio "Leto svet" 18 8 2009 Estonca Urban Symphony "Rändajad" 6 1293115 2010 İngiliscə Malcolm Lincoln və Manpower 4 "Siren"Finala keçməyib 14 39 2011 İngiliscə Qetter Yaani "Rockefeller Street" 24 44 9 60 2012 Estonca Ott Lepland "Kuula" 6 120 4 100 2013 Estonca Birqit "Et Uus Saaks Alguse" 20 19 10 52 2014 İngiliscə Tanya "Amazing"Finala keçməyib 12 36 2015 İngiliscə Elina Born və Stiq Rasta "Goodbye to Yesterday" 7 1063105 2016 İngiliscə Yüri Putsmann "Play"Finala keçməyib 18 24 2017 İngiliscə Koyt Toome və Laura "Verona" 14 85 2018 İtalyanca Elina Neçayeva "La Forza" 8 245 5 201 2019 İngiliscə Viktor Kron "Storm" 20 76 4 198

Səsvermə tarixçəsi Estoniyanın ən çox xal verdiyi ölkələr Sıra Ölkə Xal 1 163 2 161 3 88 4 85 5 67

Estoniyanın ən çox xal aldığı ölkələr Sıra Ölkə Xal 1 87 2 72 3 71 4 65 5 56

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Ev sahibliyi İlŞəhərEv sahibiAparıcılar 2002 Tallin Saku Suurhall Anneli Peebo və Marko Matvere

Qalereya

Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi

Kateqoriya:Ölkələr Avroviziya Mahnı Müsabiqəsində