Alternativ enerji — təbiətin çirklənməsinin qarşısını almaq məqsədilə işlənən enerji çeşidlərinin xüsusiləşmiş adı. Alternativ bitkilər daha çox gələcəyə yönələn təbii sahədir. Ətraf mühiti çirklənməkdən (torpaq, su, hava) qorumaq üçün alternativ quru bitki mənbələrindən istifadə olunması məqsədəuyğundur. İnkişafdan geri qalmış ölkələr alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə ətraf mühiti çirklənmədən qorumağa cəhd göstərirlər. Son illər Azərbaycan müstəqil dövlət kimi xarici ölkələrin təcrübəsindən istifadə edərək alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə, həm qiymətli yanacağa (neft, qaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çağırır. Elektrik enerji istehsalında EES və GES-dan istifadənin ətraf mühit üçün həm müsbət, həm də mənfi tərəfləri vardır. Bu stansiyalardan xüsusilə SES-ı yerləşdikləri ərazilərin torpaqlarını, sularını, atmosferini daha çox çirkləndirdiyi üçün , alternativ enerjidən istifadəni çoxaltmamalıyıq.

Bərpaolunan enerji növləri

Külək enerjisi

thumb|right|Külək Yel dəyirmanı.jpg Bu enerjidən insanlar qədim zamanlardan yel dəyirmanlarında dən üyütmək üçün istifadə edirdilər. İlk dəfə dəyirmanlar Çində və Misirdə quraşdırılmışdır. Azərbaycanda orta əsrlərdən başlayaraq yel dəyirmanlarından düzən rayonlarda xüsusilə, Abşeronda geniş istifadə edlirdi. Yer kürəsində küləyin illik enerjisi (175–219) 10/12 kVt/saat, yaratdığı güc isə (20–35) 10/9 kVt kimi qiymətləndirilir. Azərbaycanın külək enerji ehtiyatı 800 MVt-a yaxındır ki, bu da ildə 2,4 mld. kVt/saat elektrik enerjisi istehsal etməyə imkan verir.N. Ə. Paşayev, H. H. Əyyubov, Z. N. Eminov Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası" Bakı-2010 s.221

Külək enerjisi bərpaolunan enerji olaraq, son vaxtlar çox yayılmışdır. 2010-cu ildə dünyanın 80 ölkəsində onların ümumi gücü 200 kVt olmuşdur. Örnək üçün 2011-ci ildə Danimarkada külək mühərriklərinin araçılığı ilə ölkənin elektrik enerjisinin 28%, Portuqaliyada 19%, İrlandiyada 14%, İspaniyada 16 %, Almaniyada 8% istehsal olunmuşdur.

Böyük külək mühərrikləri ölkələrin ümumi elektrik xəttinə qoşulmuşdur, kiçikləri isə ayrı-ayrı bölgələri təmin edir. Yer altından çıxarılan yanacaqdan fərqli olaraq, külək enerjisi tükənmir, hər yerdə işlənilə bilər və ekoloji cəhətdən təmizdir. Ancaq külək elektrik stansiyalarının qurulması bir sıra texniki və iqtisadi xarakterli çətinliklərlə bağlıdır.

Külək Xəzər sahili boyu ensiz zolaqdan, Böyük və Kiçik Qafqaz dağları arasındakı hava dəhlizindən Azərbaycan ərazisinə daxil olduğundan bu ərazilərdə küləyin tez-tez güçlənməsi müşahidə olunur.

Xəzər dənizinə doğru enzis zolaqla uzanan Abşeron yarımadasınada və Abşeron dəniz akvatoriyasında bu effekt maksimuma çatır. Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalara görə burada il ərzində küləyin orta sürəti Yer səthindən 80 metr hündürlükdə 7,0–8,5 m/s təşkil edir ki, bu da beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (İRENA) təsnifatına görə "yüksək dərəcədə əlverişli" enerji potensialı sinfinə aid edilir.Azərbaycan Respublikasının Alternativ və Bərpa olunan Enerji mənbələri üzrə Dövlət Agentliyi. Bakı 2017. s.4–39

Günəş enerjisi

Yer atmosferinin yuxarı sərhəddində il ərzində 5,6 x10/24C günəş enerjisi düşür. Bu enerjinin 40%/ni (Yer albedosu) geri qayıtsa da, yer səthi tərəfindən Günəş energetikası hər-hansı çeşid enerjinin günəşdən alınmasıdır. Günəş enerjisi alınması üçün tükənməz mənbədir və ekoloji cəhətdən təmizdir. Onun əsasında qurulmuş energetika perspektivli sahədir. Ehtimallara görə, 2100-cü ildə günəş ən başlıca enerji mənbəyinə çeviriləcəkdir. Bir çox ölkələrdə o, dövlət dəstəyini almış və surətlə inkişaf edir. Bu ölkələrin təcrübəsi göstərir ki, gələcəkdə günəs enerjisi əsasında güclər ənənəvi energetikanın rəqibi olacaqdır.

Azərbaycan ərazisində günəşli saatların illik miqdarının 2400–2900 saat/il/m, yer səthinə düşən günəş enerjisinin miqdarının isə 1500–2000 kvt./saat təşkil etməsi regionun Abşeron, Naxçıvan və Kür-Araz kimi bölgələrində günəş enerjisindən istifadəyə geniş imkanlar yaradır. Bu məqsədlə Bakı və şəhərətrafı qəsəbələrdə inzibati və sosial təyinatlı binaların, küçələrin, parkların işıqlandırma sistemlərində, eləcə də Qobustan, Salyan, Biləsuvar və s. rayonlarda günəş PV modullarının istifadəsi ilə içməli suyu təmizləməklə, yerli əhalini təmiz su ilə təchiz etmək məqsədilə 5 MVT gücündə günəş panellərinin quraşdırılması layihələrinin icrasına başlanılmışdır.Regionların sosial-iqtisadi inkişafı,2009–2013 ARDSK, Bakı 2013

Yerə düşən günəş enerjisinin miqdarı bütün neft, qaz, kömür və başqa şeylərdən alınmış enerjilərin hamısından dəfələrlə çoxdur. Günəş enerjisinin cəmi 0, 0125%-nin işlənməsi yerdə olan bütün enerji ehtiyaclarını ödəyə bilər. Daha 0,5%-ı isə gələcək üçün də yetırli olar. Bu potensial o qədər yüksəkdir ki, hər dəqiqə yerə düşən günəş enerjisi bütün bəşəriyyətin bir illik enerji ehtiyaclarını ödəyə bilər.

Günəş şüalarını insan ehtiyacı üçün enerjiyə çevirən qurğular fotoelektrik və termodinamik olurlar. Fotoelektrik qurğular günəs enerjisini elektrik enerjisinə fotoelektrik çeviricilərin araçılığı ilə birbaşa çevirirlər. Onlara "günəş batareyaları" deyilir və onlar dünyada ən çox yayılmışdır. Termodimamik qurğular isə günəş enerjisini öncə istiliyə çevirir. Sonra bu istilik ayrıca istilik qurğusunun araşılığı ilə mexaniki enerjiyə, sonra isə generatorda elektrik enerjisinə çevirilir.

Müxtəlif ərazilər üzrə termal suların temperaturu 30–1100C arasımda dəyişir. Ölkə üzrə ən prespektivli ərazilər Kür çökəkliyi, Qusar dağətəyi zonası və Abşeron yarımadası hesab edilir. Bu ərazilərdə müvafiq olaraq 480,70,65 MVt gücündədir. Demək olar ki, ölkə üzrə termal suların potensialı 245,6 min m³ /gün və ya 800 MVt həcmində qiymətləndirilir.

Hidroenergetika Bunlar da su enerjisinin təbii yolla istifadəsidir. Bunlar dəniz sularının artmasının, dalğaların enerjisini insan tələbatını ödəyən enerjiyə çevirilməsi yolu ilə alınır.

Azərbaycan çaylarının ümumi hidroenerji potensialının 40 mvt/saat, kiçik SES-lərin nəzəri enerji potensialının isə 28 nlrd.kvt./saat olduğu müəyyən edilmişdir. İlkin hesablamalara görə, çayların üzərində tikilməsi mümkün olan 280-ə yaxın kiçik SES-in ümumi istehsal gücü 700 MVT, illik enerji istehsalı isə 3,2–3,5 mlrd.kvt/saat təşkil edir. Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında axan kiçik dağ çayları üzərində, eləcə də su təsərrafatı obyektlərində (su anbarları, irriqasiya kanallarl və s. yaxın gələcəkdə iqtisadi səmərəliliyinə görə 36 SES-in tikilməsi daha məqsədəuyğun sayılır.Z. M. Məmmədova "Coğrafiya və təbii resuslar" Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərlər.s.79–81

Dəniz sularının artmasından istifadə edən elektrik stansiyaları. Bu dəniz suyunun artmalarını istifadə edən su elektrik stansiyaların özəl növüdür. Dolayı yolla onlar yerin fırlanmasının enerjisini istifadə edirlər. Bu kimi elektrik stansiyaları dəniz qırağlarında qururlar, çünki orada günəşin və ayın cazibə gücləri sutkada iki dəfə suyun səviyyəsini dəyişirlər. Sahildə suyun artması və geri çəkilmıəsi 18 metrə qədər çata bilər.

Enerjinin alınması üçün çay ağızları bəndlə kəsirlər. Orada həm elektrik generator, həm də nasos rejimində işləyən su aqreqatları quraşdırılır. Nasos rejimi su artmaları ilə geri çəkilmələri arasında olan zaman işlədilmə su üçün suyu su anbarlarına doldurur. Belə olarsa, bu kimi stansiyaları hidroakkumulyasiya elektrik stansiyası adlandırırlar. Okean dalğalarının enerjisi – okean üzərində dalğalarla yayılan enerjidir. Suların şirinləşdirilməsi, elektrik enerjisinin istehsalı, suların anbarlara vurulması kimi faydalı işlərin görülməsi üçün istifadə oluna bilər.

Dalğaların gücünü kVt/m ilə ölçülür. Su və külək enerjisinə nisbətən, dalğaların enerjisi daha da güclü olur. Belə ki, dəniz və okeanların dalğalanması adi vaxtlarda 15 kVt/m olur. Dalğalar 2 m hündürlüyə qalxanda, güc 80 kVt/m çatır. Deməli, okean enerjisinin istifadəsində enerji çatışmazlığı ola bilməz. Bunun yalnız bir hissəsi elektrik və başqa enerjilərin alınması üçün istifadə edilə bilər.

Dalğaların enerjisinin mənbəyi küləklərdə və günəşdədir. Bütün okeanların gücündən alınmış enerji günəşdən alınandan çox deyil, ancaq dalğa ilə işləyən enerji generatorların gücü başqa enerji mühərriklərindən çoxdur. Bənzər təbiətlərinə baxmayaraq, dalğaların enerjisi suların artması enerjisindən fərqlidir. Hazırda dalğaların enerjisinin istifadə edilməsi geniş yayılmamışdır.

Azərbaycandakı çayların tam hidroenerji potensialının 40 mlrd.kVt. saat, texniki cəhətdən əlverişli potensialın isə 16 mlrd.kVt saat-ə kiçik Su elektrik stansiyalarının payına düşür. thumb|right|Elektrik stansiyalarının ümumi gücündə İES və SES-lərim payı.jpg

Geotermal energetika Azərbaycanda Abşeron yarımadası, Kür çökəkliyinin geniş əraziləri, Böyük Qafqaz və Kiçik Qafqaz, Talış dağları, Xəzərsahili-Quba zonaları proqnozlaşdırılmış ehtiyatı 245,6 min m²/sutka təşkil edən geotermal sularla çox zəngindir. Geotermal su ehtiyatları Kiçik Qafqazın Tərtər və Arpaçay hövzələrində (temperatur 62–80 °C, sutkalıq debit 800–900 min m³/sutka) Naxçıvan MR-in Darıdağ rayonunda (tenperatur 41–52 °C, sutkalıq debit 1080–2850 m/sutka): Cənub bölgəsinin Lənkəran, Masallı, Astara rayonlarında (tenperatur 35–50 °C) sunkalıq debit 2260–23625 m/sunka), Böyük Qafqazın Abşeron, Qax, Qəbələ, Quba, Xaçmaz rayonlarında (temperatur 50–95 °C, 100–135 °C sutkalıq debit 400–500 min m/sutka hətta 2470 n/sutka) və Kür çökəkliyi vilayətində (tenperatur 45–120 °C, sutkalıq debit 1000–2000 min3/sunka) daha zəngindir.Геология Азербайджана, Том . VI Полезные ископаемые. Ваку, 2005 Yerin dibində olan enerjinin geotermal stansiyalarının araçılığı ilə istifadə edilməsi ilə elektrik və başqa çeşid enerjilərin alınmasıdır. Vulkanların püskürdüyü yerlərdə dövr edən suyun hərarəti qaynama temperaturundan yüksək olur və yerin üzünə qeyzerlər şəklində çıxır. Yeraltı isti sulara isə xüsusi qurğuların yerin dibinə salınması ilə çatmaq olar. Bu tipli qurğular dünyanın bir çox ölkələrində işləməkdədir.

Müxtəlif ərazilər üzrə termal suların temperaturu 30–110 °C arasımda dəyişir. Ölkə üzrə ən prekpertivli ərazilər Kür şökəkliyi, Qusar dağətəyi zonası və Abşeron yarımadası hesab edilir. Bu ərazilərdə müvafiq olaraq 480,70,65 MVt gücündədir. Demək olar ki, ölkə üzrə termal suların potensialı 245,6 min m³ /gün və ya 800 MVt həcmində qiymətləndirilir.

Bioyanacaq Alternativ yanacağın bir növü olaraq, bitki ya da heyvan məhsullarından istehsal edilir. Bioyanacağın daha yayılmış növləri bioetanol, biodizel və bioqazdır.

Bioetanol əsasən qarğıdalı və şəkər qamışından düzəldilir. Braziliya, ABŞ, İsveçdə daha çox yayılmışdır. İşlədilməsi təmiz halında olmur, onu benzinlə qarışdırırlar. E-10 və E-85 adlanan çeşidləri vardır. E-10 çeşidində yanacaq qarışığında bioetanolun payı 10%, benzinin – 90% olur. Onu işlətmək üçün avtomobilə özəl mühərrik gərək deyil. Elə benzinlə işləyən hər bir avtomobil onunla işləyə bilər. E-85 çeşidi üçün isə özəl mühərrik gərəkdir.

Biodizel bitki yağlarının emal edilməsindən sonra əmələ gələr yanacaqdır. Bu bitkilər daha çox raps, soya, qarğıdalıdir. O da bioetanol kimi təmiz halda deyil, dizel yanacağı ilə qarışaraq istifadə edilir. Bu nisbət çesidli ola bilər, örnək üçün, B-20 markasının tərkibində 20% biodizel və 80% adi dizel vardır. Bu yanacaqla işləyən avtomobillər üçün özəl mühərrikin quraşdırmaq gərəkli deyil. Onlar adi dizel yanacağı üçün nəzərdə tutulmuş mühərriklə işləyirlər.

Bioetanol və biodizelin mənfi cəhətləri. Bioyanacağın ikinci nəsli Bioetanollla biodizeli istifadə etməklə avtomobildən ayrılan qazlar ekoloji tələblərə daha uyğun olur. Ancaq onların enerji səmərəliliyi adi benzin və dizeldən aşağı olur. Buna görə də mühərrikin gücü azalır, yanacağın işlənməsi isə artır. Bundan başqa bioyanacağın bu çeşidlərindən istifadə edilməsi ərzaq problemi yarada bilər, çünki kənd təsərrüfatı mallara yeyinti üçün deyil, avtoyanacaq kimi işlənilir.