Çennai (, ) — 1996-cı ilə qədər Mədrəs. Hindistanın cənubunda, Tamilnad Ştatının inzibati mərkəzi. Ölkənin dördüncü böyük şəhəri (Mumbay, Dehli və Kəlkütədən sonra), şəhər aqlomerasiyasının ölçülərinə görə isə dünyada 41-ci yerdə durur. Əsası 1639-cu ildə, Koromandel sahilində qoyulub. Toponimika Şəhərin köhnə adı olan Mədrəs, Mədrəspatnam kəndinin , adından, Ost-İndia kompaniyası tərəfindən qoyulub. Daha bir yaşayış məntəqəsi olan Çennapatnam, Mədrəspatnamdan cənubda yerləşirdi. İki yaşayıç məntəqələri birləşəndən sonra, britaniyalılar şəhərin adını Mədrəs () qoymağa gərar alırlar. 1996-cı ildə Bharata canata parti-nin yönətməsi ilə Hindistanda hakim millətçi partiya üzvləri, Mədrəs sözünün portuqal köklü olduğunu bəyan edərək, şəhərin adını dəyişib Çennai qoyurlar. thumb|250px|left|Müqəddəs Corc katedralı

Tarix

Çennainin ətrafları I əsrdə Pallava, Çola, Pandya, Vicayanaqar tamil krallıqlarına məxsus olmuşdu. esab edilir ki, müqəddəs apostol Foma b.ə. 52-70-ci illərdə burada missionerlik etmişdir. XVI əsdə buraya yelkən alan portuqallar burada San Tome portu tikmişlər. Sonralar bu bölqə hollandlılara keçmiş. Nəhayət, 1639-cu ildə, britan Ost-İnd kompaniyası Sent Corc (Saint George) fortunun əsasını qoymuşlar. Bu fort sonradan Çennainin özəyini təşkil edir. 1746-cı ildə şəhər Bertrant François de Bourdonnais-nin başçılığı ilə işğal edilmiş, 1749-cu ildə isə Aachen müqaviləsinə əsasən yenidən İngiltərəyə qaytarılmışdır.

Çennai britaniyanın hakimiyyəti altında böyük bir şəhərə və hərbi bazaya çevrilir. XIX əsrdə şəhər dəmiryolu ilə Kəlkütə və Bombeylə birləşir. irinci dünya müharibəsi dövründə şəhər Emden alman kreyseri ilə atlilleriya atəşinə məruz qalır. Hindistan öz suverenliyini qazandıqdan sonra, Çennai Tamilnad ştatının mərkəzinə çevrilir. 1965-1967-ci illərdə Çennaidə hindi dilinin güclə tətbiqinə protest olaraq üsyan təşkil edilmişdi.

1989-cu ildə Çennai, Azad Tamil-İlamın Pələngləri (ATİP) adlı terroristlərin hədəfinə keçmiş, onların şəhər Aeroportunda 1984-cü ildə törətdikləri partlayış nəticəsində Hindistanın Baş Naziri, Raciv Gandi öldürülmüşdü. Şəhər, 2004-cü ildə baş verən sunami nəticəsində ciddi zərər almışdı.

İqlimi

+ İqlim cədvəliWMO: World Weather Information Service Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İllik Orta hesablaMüsbət temperatur (°C) 29,5 31.5 33.8 35.8 38.1 37.3 35.5 34.8 34.2 32.2 29.9 29.0 33.5 Orta hesablaMənfi temperatur (°C) 20.9 21.8 23.7 26.2 27.6 27.2 26.2 24,5 25.3 24.5 23.0 21.6 24.5 Orta hesablaYağıntı (mm) 25.0 26.4 28.5 30.7 32.5 32.1 30.6 30.0 29.6 28.2 26.4 25.1 28.8 Orta hesablaYağışlı gün 30 5 11 19 34 80 108 135 153 296 382 173 1427

Əhali Bütün Hindistanda kimi, Çennaidə də qeyri-təbii əhali artımı nəzərə çarpır (948 qadının 1000 kişiyə). Savadlılıq 80% (59% orta Hindistan göstəricisi). Şəhər əhalisinin 25% gecəqondularda məskunlaşıb. Əhal əsasən tamillərdən ibarətdir. Tamil dilindən başqa ingils dilidə geniş yayılmışdır.

İl Əhali 1800 100.000 1820 140.000 1835 235.000 1850 330.000 1865 427.800 1872 397.552 1881 405.848 1891 452.500 1901 509.300 1911 518.700 İl Əhali 1921 526.900 1931 647.300 1941 777.500 1951 1.416.100 1961 1.729.100 1971 2.470.300 1981 3.276.622 1991 3.841.396 2001 4.216.268 2011 4.681.087

Şəkilləri

Qardaşlaşmış şəhərlər Sister cities Şəhər Ölkə Bölgə/Region İldən etibarən İstinad 25px Volqoqrad 25px Volqoqrad vilayəti 1966 </center> 25px Denver 25px| Kolorado 1984 </center> San-Antonio 25px| Texas 2008 </center> Kuala Lumpur 25px| Federal ərazi 2010 </center>

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Hindistan şəhərləri Kateqoriya:Hindistanın milyon nəfərdən çox əhalisi olan şəhərləri