"Four Seasons Hotel Baku" — Bakı şəhərində yerləşən, Four Seasons şəbəkəsinə daxil olan hotel. Neftçilər prospekti, 1 ünvanında, İçərişəhərin yanında yerləşir.

2006-cı ilə qədər hotel binasının yerində "Tibb İşçiləri Evi" kimi tanınan, 1860-cı illərdə Karl Hippius tərəfindən tikilmiş və inqilabdan əvvəl Qubernator evi kimi tanınan bina mövcud idi. 2009-cu ildə sökülən Tibb İşçiləri Evinin yerində Paşa İnşaat yeni hotelin tikintisinə başlayıb. Layihənin icraçısı ingilis ReardonSmith şirkətidir. Hotel binasının tikintisi 4 il davam edib, açılışı 2012-ci il sentyabrın 3-də ölkə prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub.

Hoteldə 27-si lüks olan 171 otaq mövcuddur. Həmçinin 2 prezident otağı — Heather və Lyman mövcuddur. Hoteldə həmçinin işgüzar görüşlər üçün "Şur", "Cahargah", "Bayatı-Şiraz", "Hümayun" və "Şüştər" muğamlarının adını daşıyan 5 iclas otağı var. Hoteldə İtalyan mətbəxi olan Zafferano restoranı, çay üçün Piazza Lounge, Bentley Bar mövcuddur. Banketlər üçün iki böyük zal var: "Segah" və "Rast". Ən böyük zal 500 nəfər üçün nəzərdə tutulmuş Segah zalıdır. Rast zalı isə 350 nəfər üçün nəzərdə tutulub.

Hoteldə təxminən 350 nəfər çalışır. Hoteldə otaq qiymətləri 800 manatdan başlayır. Ən bahalısı 19000 manat olan prezident otağıdır.

İstinadlar

Kateqoriya:Bakı hotelləri Kateqoriya:3 sentyabrda yarananlar Kateqoriya:2012-ci ildə tikilmiş hotellər