Vüqar Vaqif oğlu Camalzadə () — bəstəkar, Azərbaycanın əməkdar artisti (2015).
Həyatı Vüqar Camalzadə 1974-cü il oktyabr 9-da Bakıda dünyaya gəlmişdir. Ailəlidir və 2 övladı var. 3 saylı orta ixtisas məktəbinə daxil olmuşdur. 1983-cü ildə, 23 saylı 7 illik musiqi məktəbinin piano sinfinə daxil olub. 1991-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının energetika fakültəsinə daxil olub və 1996-cı ildə bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinə (müəllim proefessor İsmayıl Hacıbəyov). 2004-cü ildə Musiqi Akademiyasının magistr dərəcəsini qazanıb. Azərbaycan Musiqi Akademisyasında bakalavr dərəcəsi üçün -diplom işi böyük sinfonik orkestr üçün 3 hissəli simfoniya. Magistr dərəcəsinin — diplom işi kamança və sinfonik orkestr üçün 2 hissəli konsert. Əsərləri: F-no üçün 8 Prelüd (1995); Simfonik mənzərə (1995); Simfonik variasiyalar (1996); Klarnet və f-no üçün 3 hissədən ibarət Sonatina (1997); Violonçel və f-no üçün 3 hissəli Sonata (1997); BSO üçün proqram simfonik musiqi (1999); Kamança və orkestr üçün konsert (2001); Onun ürəyi — nağıl müzikl (2011); Sehirli quş Naranın nağılı -müzikl (2013); Dədə Qorqud baleti (2019); eləcə də bir çox tamaşa, film və seriallar üçün musiqilər.
Azərbaycan Milli Konservatoriyasının dosentidir.
30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti
Əsərləri
Filmoqrafiya Adam ol! 2 (film, 2006) (tammetrajlı bədii film)-musiqi tərtibatçısı, rol: Vüqar Atama deyərəm (film, 2006) Çətin yol (film, 2006) Dəvətnamə (film, 2003) Əlamət (film, 2006) Əziz dost (film, 2006) Hesab (film, 2006) İstanbul tətili (film, 2007) Koma 0,1 saniyədə (film, 2007) Qonşular (film, 2006) Mən evə qayıdıram (film, 2014) Məşədi İbad-94 (film, 2005) Məzə (film, 2006) Milçək (film, 2006) Nümunəvi şagird (film, 2006) Peşə (film, 2006) Rüşvət (film, 2006) Vərdiş (film, 2006) Aramızda qalsın (film, 2011-2013) (bədii serial) Qayınana (film, 2011) Bakı, mən səni sevirəm (film, 2015) Mən evə qayıdıram (film, 2013) Bəxt üzüyü 2 (film, 2017) Köhnə çamadanlar (film, 2022)
Teatr tamaşalarına musiqi
Kukla teatrı üçün "7 nar çubuğu"-2019 "Don ki Xot Abşeronskiy"- 2019 "Məlikməmmədin nağılı"-2018 "Tıqtıq və Taqtakın nağılı"-2014 "Qırmızı Papağın nağılı"-2016 "Turpun nağılı"- 2017
Milli dram teatrı üçün "Qatarın altına atılmış qadın" tamaşasının musiqisi-2012
Heydər Əliyev Fondu üçün Uşaqların himni-2008 "Qış nağılı" tamaşası-2012
Fəlsəfə elmləri doktoru mövzusu "Azərbaycan bəstəkarlarının əsərlərində mərasim mövzusu"
Kitabları "Estrada-caz ansambl və orkestrləri üçün aranjiman"
Diskoqrafiya "One day"-Narkomaniyaya qarşı proje-2014 Roya Ayxanla bigə 11 mahnı-2009 "Vüqar Camalzadənin mahnıları"-2002 "Klassiklərim"-2000 "Lirika"-1997
Proyektlər 2002–2011 illər "Yeni ulduz" musiqi yarışması 2008 Azərbaycan ve Fransalı musiqiçilərlə birgə çalışma 2012 “Eurovision" mahnı yarışmasının musiqi rəhbəri 2013-Fransanın Kann şəhərində Azərbaycan günləri üçün Simfonik popuri 2015 "The Voice" beynəlxalq proyektinin musiqi rəhbəri 2019–2020 "The Voice Kids" beynəlxalq musiqi yarışmasının musiqi rəhbəri 2020 Sosial müdafiə nazirliyinin "Bərabərik" əlil və populyar müğənni layihəsinin musiqi rəhbəri
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycan film bəstəkarları Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları