Şaziliyyə () — Əbül-Həsən əş-Şazəli (v. 1258) tərəfindən əsası qoyulmuş sufi yönümlü islam təriqəti.
Silsiləsi Şaziliyyə təriqəti, silsilə etibarilə Cüneydi olmaqla yanaşı, ruhani təlim və tərbiyəyə əhəmiyyət verən bir təriqətdir. Belə ki, Əbül-Həsən əş-Şazəli müridlərinə Allah üçün fani varlıqdan uzaq durmağı, hər saat, hər yer və hər şərtdə zikri tövsiyə edər, riyazət və xəlvətdə (gizlində), ibadət və cəm şəklində zikrə çox rəğbət göstərməzlərdi. Təriqət mənsublarına öz həyatlarında da təriqətin ruhunu və vəzifələrini yerinə yetirmələri xatırladılırdı.
Əbül-Həsən əş-Şazəli 1258-ci ildə vəfat etdiyi zaman o, davamçısı olaraq yerinə Əbül-Abbas əl-Mursini təyin etmişdir.
Coğrafiyası Şaziliyyə Misir və Şimali Afrikada ən məşhur təriqətlərdən biridir. Şaziliyyə təriqətinin ən məşhur olduğu bölgələr Əlcəzair, Tunis, Mərakeş, Misir və bəzi Afrika ölkələridir. Bu təriqət, Türkiyəyə Osmanlı imperiyasının son zamanlarında Şeyx Zafir tərəfindən gətirilmişdir. Belə ki, II Əbdülhəmidin bu şəxsə bağlı olduğu rəvayət olunur.
Müasir dövrdə Son zamanlarda Şaziliyyə təriqətinə mənsub olanlar Avropada da böyük bir nüfuz qazanmışlar. Bu gün Misirdə ən çox yayılan təriqət, Şaziliyyə təriqətidir.
Tanınmış simaları
Əbül-Həsən əş-Şazəli.
Əbül-Abbas əl-Mursi.
İbn Ətaullah əl-İsgəndəri.
İstinadlar
Kateqoriya:İslam təriqətləri Kateqoriya:Sünnilik Kateqoriya:İslam terminləri