Rüfət Oleq oğlu Dadaşov (29 sentyabr 1991, Bakı, Azərbaycan) — Almaniyanın "Şalke" klubunun heyətində oynayan azərbaycanlı futbolçu, 2013-cü ildən Azərbaycan milli futbol komandasının üzvü. Milləti ləzgi. Qardaşı Renat Dadaşov da peşəkar futbolçudur.
Karyerası Rüfət Dadaşov 1991-ci ildə Bakı şəhərində anadan olub. 6 yaşında valideynləri ilə birlikdə Almaniyaya köçüb. Burada futbolla məşğul olmağa başlayıb. Əvvəlcə "Wehen Wiesbaden" klubunun, ardından "Maynts" klubunun futbol akademiyasında, sonra "SV Gonsenheim" klubunun aşağı yaş qrupları üzrə komandasında oynayıb. Bundan sonra Almaniyanın köklü klublarından olan "Kaiserslautern"in əvəzedici komandasına keçib. 3-5 dekabr 2012-ci ildə Bakıda futbol üzrə Azərbaycan milli komandasının seleksiya məşqlərinə dəvət alıb. Transfer dəyəri 250 min avrodur.
Mənbə Kaiserslautern profile Transfermarkt profile Yığmamızın yeni "almanı" Rüfət Dadaşovun intervyusu
İstinadlar
Kateqoriya:Azərbaycan ləzgiləri Kateqoriya:Ləzgiəsilli azərbaycanlılar Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Şalke 04 FK futbolçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:USL Çempionşip futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Mayns 05 FK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Proyssen Münster FK futbolçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular