Fərman İsmayıl oğlu Kərimzadə (Kərimov) () — azərbaycanlı yazıçı-nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi.

Həyatı Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistan SSR-in Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (1944–1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955–1960).

İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (1962–1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdirü, məsul katib işləmişdir (1962–1965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965–1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında kollegiya üzvü (1970–1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977–1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980–1981) işləmişdir.

F. Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilmişdir), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.

F. Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat etmişdir.

Kitabları Sonuncu eksponat. Bakı: 1961, Ömrümüz-günümüz. Bakı: 1963, Heykəl dilə gəlir. Bakı: 1965, Qarlı aşırım. Bakı: 1971, Xudafərin körpüsü. Bakı: 1982, Çaldıran döyüşü. Bakı: 1988, Təbriz namusu Qoca qartalın ölümü. Bakı: 1991.

Filmoqrafiya Arvadım mənim, uşaqlarım mənim (film, 1978) Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-əsər müəllifi, ssenari müəllifi Bizim küçənin oğlanları (film, 1973) Camışçılıq (film, 1966) Çətirimiz buludlardır (film, 1976) Daş dözür (film, 1973) Dərviş Parisi partladır (film, 1976) Dörd bazar günü (film, 1975) Mükafat, yoxsa… (film, 1980) Oxuyur Şövkət Ələkbərova (film, 1970) Şah və xidmətçi (film, 1976) Tütək səsi (film, 1975) Tütünün becərilməsi (film, 1967) Ver verim (film, 1974) Yağışlı havalarda (film, 1982)

İstinadlar

Mənbə Fərman Kərimzadə

Ədəbiyyat Onu KQB öldürdü – Tanınmış yazıçıdan maraqlı faktlar "Qarlı aşırım"dan "Axırıncı aşırım"a doğru Aydın Dadaşov. "Bizim kino". Kamil Rüstəmbəyovun "Axırıncı aşırım" filmi haqqında 75 yaşlı Fərman Kərimzadə unudulub… KQB atamın o əsərini evdən apardı – Kərimzadə Fərman Kərimzadənin 80 illik yubileyi keçirildi — FOTO Yazıçı Fərman Kərimzadənin həyat yoldaşı vəfat edib "Xudafərin körpüsü", “Çaldıran döyüşü”, "Qarlı aşırım"ı yazan, Qəmloya görə hədələnən Fərman Kərimzadənin ömür yolu... - FOTOLAR

Xarici keçidlər

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Ssenaristlər Kateqoriya:Azərbaycan film redaktorları Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Vedibasarda doğulanlar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:SSRİ rejissorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:SSRİ jurnalistləri Kateqoriya:Ermənistan azərbaycanlıları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Azərbaycan dilində yazan yazıçılar Kateqoriya:Jurnal redaktorları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan qəzet redaktorları