Lənkəran Beynəlxalq Hava Limanı Azərbaycanın cənub-şərqində yerləşən Lənkəran şəhərinin beynəlxalq hava limanıdır. Lənkəran Hava Limanının yenidən qurulmasına 2005-ci ildə başlanmış və 2008-ci ildə isə başa çatdırılmışdır. Lənkəran aeroportunun yenidən qurulması üzrə işlərin dəyəri 51,1 mln. dollar təşkil edib.Azərbaycanın Lənkəran və Zaqatala aeroportları sentyabrın sonunadək istifadəyə veriləcək – AZAL QSC-nin rəhbəri Həmin ildə Lənkəran Hava Limanı beynəlxalq hava limanı statusunu qazanmışdır.
Tarixi 1930-cu ildən Lənkəran-Bakı istiqaməti ilə iki qanadlı təyyarə uçuş həyata keçirirdi. İlk vaxtlar aeroport Lənkəran Dövlət Universitetinin indiki 1 nömrəli tədris korpusunun olduğu binanın önündə yerləşirdi. 40 hektardan çox ərazidə yerləşən və 1978-ci ildən istifadə edilən indiki Lənkəran aeroportu isə istismara yararsız olduğu üçün 2008-ci ildə yenidən qurulmuşdur. Tikinti işlərini Türkiyənin Zema şirkəti həyata keçirib. Dağ tərəfdən qrunt sularının qarşısını almaq üçün 5271 metr uzunluğunda kanal çəkilmişdir.
Texniki göstəriciləri Hava limanının uçuş-enmə zolağının uzunluğu 3300 metr, eni 60 metrdir, sahəsi 325 hektardırLənkəran: Ensiklopedik Məlumat II Nəşr. Örtüyün materialı isə asfaltdandır. Zolağın istiqamətləri 15/33.
Hava yolları Bakıdan Lənkərana hava reysləri AN tipli təyyarələrlə həyata keçirilir. 2009-cu il dekabr ayından Moskvaya, 2010-cu il iyul ayından Sankt-Peterburqa, 2012-ci il iyulun 3-dən Yekaterinburqa, 2014-cü ildən İstanbula birbaşa hava reysləri açılmışdır.
Aviaşirkət Reyslər AZAL Bakı — Heydər Əliyev adına Beynəlxalq Hava Limanı;Ural hava yolları Moskva — Domodedovo; Sankt-Peterburq — Pulkovo; Yekaterinburq — Koltsovo Utair Moskva — Vnukovo; Surqut — SurqutAnkara hava yolları Novosibirsk — Tolmaçevo; 7 iyun 2015-ci ildən etibarən.
Statistika + Təqvim ilinə görə trafik. Rəsmi ACI Statistikası Sərnişinlər Əvvəlki ilə nəzərən dəyişiklik Təyyarə əməliyyatları Əvvəlki ilə nəzərən dəyişiklik Karqo(tonla) Əvvəlki ilə nəzərən dəyişiklik201353,435 - 556 - 10 -201447,889 10.38% 442 20.50% 15 50.00% Mənbə: Beynəlxalq Hava Limanları Şurası. Dünya Hava Limanları Trafiki Hesabatları(İl 2013Airport Council International 's 2013 World Airport Traffic Report və 2014Airport Council International 's 2014 World Airport Traffic Report)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan hava limanları