IV Afonso (; ) — VII Portuqaliya kralı. Onun dövründə Portuqaliya daxili sabitliyi qorunmuş, xarici siyasətdə isə əsasən Kastiliya ilə münasibətlər ön planda olmuşdur.

1291-ci ildə Lissabonda dünyaya gəldi. Atası I Diniz vəfat etdikdən sonra 1325-ci ildə taxta keçmişdir. Gənc yaşlarından hərbi və siyasi təcrübə toplamış, atası dövründə idarəçilik işlərinə cəlb olunmuşdur.

12 sentyabr 1309-cu ildə Kastiliya kralı IV Sançonun qızı Beatrisa ilə evləndi. Cütlüyün bu nigahdan 7 övladı dünyaya gəldi. Özündən öncəki krallardan fərqli olaraq nigahdan kənar övladı yox idi. Mariya, Kastiliya kraliçası Afonso (1315-1317) Denis (1317) I Pedro, Portuqaliya kralı İzabella (1324-1326) Con (1326-1327) Elyanora, Araqon kraliçası

IV Afonso idarəçilikdə ata mirasını davam etdirmiş, ölkədə siyasi sabitliyi qorumağa çalışmışdır. Onun dövründə iqtisadi inkişaf davam etmiş, kənd təsərrüfatı və ticarət sahəsində müəyyən irəliləyişlər olmuşdur. Daxili işlərdə daha çox güvənlik və nizama önəm vermişdir.

IV Afonso dövrünün ən önəmli xarici məsələsi Kastiliya ilə münasibətlər olmuşdur. Kastiliya ilə bir neçə dəfə müharibə və diplomatik gərginlik yaşanmışdır. IV Afonso 28 may 1357-ci ildə vəfat etmiş və Lissabon yaxınlığında dəfn olunmuşdur.

Mənbə

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Portuqaliya kralları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri