Ramiz Həsənoğlu (tam adı: Mirzəyev Ramiz Həsənağa oğlu; ) — Azərbaycan teatr, kino və televiziya rejissoru, "Azərbaycantelefilm"in direktoru (2019), Azərbaycan Respublikasının xalq artisti (2006), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989).
Həyatı Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. 2 yaşlı R. Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçür. 1956-cı ildə Bakıya gəlirlər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir.
Sənət yolu Anarın pyesləri əsasında "Mən, sən, o və telefon", "Dindirir əsr bizi", "Ötən ilin son gecəsi" teletamaşalarını ekranlaşdırır. Bu dövrdə sənət uğurları ilə yanaşı, təhsilini də davam etdirir. 1973-cü ildə müsabiqə yolu ilə qəbul olunduğu Sankt-Peterburq Dövlət Teatrı, Musiqi və Kinematoqrafiya Akademiyasını 1978-ci ildə uğurla başa vurur.
R. Həsənoğlu Hamlet Xanızadənin, Həsən Əblucun, Yaşar Nurinin rol aldıqları "Qatarda" televiziya tamaşasından sonra daha artıq populyarlıq qazanır. Onun quruluş verdiyi teletamaşalar sırasında ən uğurlu alınanlardan biri də Hüseyn Cavidin eyniadlı əsəri əsasında ekranlaşdırdığı "Topal Teymur"dur. "Günahsız Abdulla" və ilk Azərbaycan telemüzikli "Ordan-burdan" ona daha geniş şöhrət gətirir. Məşhur, bənzərsiz "Ac həriflər" televiziya tamaşası Ramiz Həsənoğlunun yaradıcılığından qırmızı xətt kimi keçir. Tamaşa "Humay" mükafatına layiq görülmüşdür.
R. Həsənoğlu 200-dən artıq müxtəlif səpkili bədii, sənədli, musiqili proqramlara quruluş verib. O, eyni zamanda Musiqili Komediya Teatrında "Məzəli əhvalat" və Milli Akademik Dram Teatrında "Brüsseldən məktublar" (H. Həsənov),"Generalın son əmri"(V. Səmədoğlu) tamaşalarına da quruluş vermişdir. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Ailə" bədii filmi 2000-ci ildə Moskvada keçirilən Avrasiya festivalının baş mükafatına layiq görülmüşdür. 2007-ci ildə Anarın ssenarisi əsasında "Cavid ömrü" bədii, tammetrajlı film çəkmişdir.
1993-cü ildən bu günə kimi Azərbaycan televiziyasında "Sabah" eksperimental yaradıcılıq emalatxanasına rəhbərlik edir. 2019-cu ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru təyin edilib.
Azərbaycan Kinematoqrafçılar Birliyi İdarə Heyətinin və Azərbaycan Kinorejissorlar Gildiyası bürosunun üzvüdür.
Ətayə Əliyevanın oğludur Həsənağa Mirzəyevin oğludur. Rejissor Rauf Süleymanın qardaşıdır.
2026-cı ildə rejissorun 80 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Film Fondunda yaradıcılıq gecəsi keçirilmişdir.
Mükafatları 4 may 1989-cu ildə Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir. 4 noyabr 2006-cı ildə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı verilmişdir. 2015-ci ildə "Milli televiziyanın inkişafında verdiyi töhfələrə görə" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür. 4 iyun 2020-ci ildə "Vaqif Səmədoğlu" medalı ilə təltif edilmişdir.
Filmoqrafiya Filmin adı İl Rejissor Ssenari müəllifi Prodüser Bədii rəhbər Filmdə iştirak edən Filmin növü Onuncu planet 1968 Gülər 1968 Firuzə (film, 1969) 1969 Tanatos mehmanxanası (film, 1969) 1969 Bir parça həyat 1969 Parlaq tale 1972Sənədli film Günəşlə görüşənlər 1973 Son gecə 1974 Gecə müsahibi 1975 Oğulla görüş 1975 Günəşin bacısı 1975 Bizim müasir qadınlar 1976Qısametrajlı sənədli televiziya filmi Dindirir əsr bizi 1976 Səməd Vurğun 1976Sənədli film Ötən ilin son gecəsi 1978Televiziya tamaşası Müsabiqə 1978 Bir payız axşamı 1978 Üç eskiz 1978Sənədli film Yollar görüşəndə… 1979Qısametrajlı musiqili televiziya tamaşası Sumqayıt 1979Sənədli film Qatarda 1981Tammetrajlı musiqili film Ömrün yolları 1982Tammetrajlı televiziya tamaşası Kökdən düşmüş piano 1982Tammetrajlı televiziya tamaşası Evləri köndələn yar 1982Tammetrajlı film-tamaşa Topal Teymur 1983 Günahsız Abdulla 1984Tammetrajlı televiziya tamaşası Ordan-burdan 1987 Yaşıl eynəkli adam 1987 Anarla üz-üzə 1989qısametrajlı sənədli televiziya filmi Qonşu qonşu olsa… 1989Tammetrajlı televiziya film-tamaşası Kamança 1993 Ac həriflər 1993Tammetrajlı bədii televiziya filmi Altı nömrəli palata 1994tammetrajlı televiziya tamaşası Anamın kitabı 1994 Ağ dünya 1995 Bala – başa bəla! 1995Tammetrajlı televiziya film-tamaşası Qayalarda qalan səs 1995Tammetrajlı film-tamaşa Ömürdən uzun gecə 1996Tammetrajlı bədii televiziya filmi Yarımştat 1996Tammetrajlı bədii televiziya film-tamaşası Fatehlərin divanı 1997Çoxseriyalı bədii televiziya filmi Min birinci söz 1997Qısametrajlı sənədli-bədii televiziya filmi Yurd yeri 1997Tammetrajlı bədii televiziya filmi Ailə 1998tammetrajlı bədii film Nigarançılıq 1998Tammetrajlı televiziya film-tamaşası Xoşbəxt adam 1999Sənədli film Yaşıl eynəkli adam-2 1999Tammetrajlı bədii televiziya filmi Dirsə xanın oğlu Buğacın boyu 2000Tammetrajlı bədii televiziya filmi Nekroloq 2001Tammetrajlı bədii televiziya filmi Salur Qazanın evi talandığı boy 2001Tammetrajlı bədii televiziya filmi Ömür ağacı 2002Sənədli film Yaşıl eynəkli adam-3 2002Tammetrajlı bədii televiziya filmi Dəvətnamə 2003Tammetrajlı bədii televiziya filmi Yumurta 2003Tammetrajlı televiziya film-tamaşası Bəylik dərsi 2007Tammetrajlı bədii televiziya filmi Cavid ömrü 2007Tammetrajlı bədii film Anarın anları 2008tammetrajlı sənədli televiziya filmi Evləri göydələn yar 2010Tammetrajlı bədii televiziya filmi Mürafiə vəkillərinin hekayəti 2011Tammetrajlı televiziya tamaşası Sübhün səfiri 2012Tammetrajlı bədii film Yaşadan, yaşayan Yaşar 2012Tammetrajlı sənədli televiziya filmi Səni axtarırıq… 2013Qısametrajlı sənədli televiziya filmi Doğma yurdun təranələrivideofilm-konsert Səni tərənnüm edirəm, Azərbaycanvideofilm Üç çinar yarpağısənədli-bədii videofilm Son gecə 2019Tammetrajlı bədii televiziya filmi Sonuncu 2020Tammetrajlı bədii televiziya filmi
İstinadlar
Mənbə Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Xarici keçidlər "Şəxsi əşyalar" verilişinin qonağı xalq artisti Ramiz Həsənoğludur — Vasif Ayanın müəllif layihəsi, YouTube Telman Mehdixalı. Taleləri lent yaddaşında yaşadan sənətkar. Ramiz Həsənoğlu və "Sübhün səfiri" filminin çəkilişləri. Müəllif: Adil Qulamov
Kateqoriya:Azərbaycan telerejissorları Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan kinoprodüserləri Kateqoriya:Azərbaycan SSR əməkdar incəsənət xadimləri Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:İrəvanda doğulanlar Kateqoriya:Vaqif Səmədoğlu medalı ilə təltif olunanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ rejissorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Azərbaycan kinooperatorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:XX əsr Azərbaycan aktyorları