Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi — Azərbaycan Gəncə şəhərində elmi tədqiqat müəssisəsi.
Tarixi Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elmi Mərkəzi Akademiyanın Rəyasət Heyətinin 06 oktyabr 1981-si il tarixli (Protokol ı35) qərarı ilə Qərb bölgəsində elmi tədqiqatların koordinasiyası məqsədilə yaradılmışdır. Mərkəzə Fuad Əliyev 1983-cü ildən 2012-ci ilədək rəhbərlik etmişdir.
Gəncə şəhərində elmi tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla, fundamental və tətbiqi araşdırmaların lazımi səviyyədə aparılması, eləcə də bölgənin tarixi, arxeologiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaradılması məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2012-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.
Tərkibindəki qurumlar Humanitar Tədqiqatlar İnstitutu; Diyarşünaslıq İnstitutu; Nizami Gəncəvi Mərkəzi; Bioresurslar İnstitutu; Nəbatat Bağı; Ekologiya və Təbii Ehtiyatlar İnstitutu; Aqrar Problemlər İnstitutu
Həmçinin bax Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:19 dekabrda yarananlar Kateqoriya:2012-ci ildə Azərbaycanda yarananlar