Çatem (, ) — arxipelaq Yeni Zelandiyadan təqribən 680 km. qərbdə yerləşir.
Adalarda 45 dəqiqədə xüsusi saat qurşağı istifadə edilir.
1832-ci ildən arxipelaq Yeni Zelandiyanın ərazisi elan edilmişdir. Arxipelaq xüsusi orqan olan birbaşa idarəsindədir və xüsusi ərazi vahidi statusuna malikdir.
Coğrafiyası Arxipelaqın tərkibinə 10 ada daxildir. Onlardan yalnız ikisi daha böyükdür: Çatem (43°53′ c. e. 176°31′ q. u.) və Pit (44°18′ c. e. 176°13′ q. u.).
Yalnız bu iki adada yaşayış vardır. Arxipelaqın ümumi sahəsi — 966 km²-dir.
Arxipelaq tərkibi Əsas adalarının adları, işğal ardıcıllığı üzrə: İngiliscə adı Morioricə adı Maoricə adıAzərbacanca Chatham Island Rekohu Wharekauri Çatem adası Pitt Island Rangiaotea Rangiauria Pit adası South East Island Rangatira Rangatira Cənub Şərq adası The Fort naməlum Mangere Island Fort adası Little Mangere Island naməlum Tapuenuku Kiçik Magere adası Star Keys/Motuhope Motuhope MotuhopeStar Keys The Sisters/Rangitatahi Rangitatahi Rangitatahi Sisters Forty-Fours/Motuhara Motchuhar Motuhara Foti-Fous
İqlimi
Arxipelaqın iqlimi quru və küləklidir. Qışda orta temperatur təxminən 6 °S təşkil edir, yayda isə — təqribən 14°S təşkil edir. Yağıntının illik miqdarı 900 mm olur. Səfər üçün ən yaxşı vaxt — sentyabrdan martadəkdir.
Əhalisi Hesab edilir ki, adalar bizim eramızın 1000-ci ilində məskunlaşıb.
Adanın əhalisi 609 nəfərdən çoxdur,Ethnic groups, birthplace and languages spoken , QuickStats About Chatham Islands Territory, 2006 Census. Wellington: Statistics New Zealand. Retrieved 19 January 2010. (2006-cı il), onlardan 240-ı avropalıların nəslindəndir, 369-u — Maorilər və Moirorilərdən (arxipelaqın yerli sakinləri) ibarətdirlər.
Arxipelaqın inzibati mərkəzi — Uaitanqi qəsəbəsidir. Burada təqribi olaraq 200 insan yaşayır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Yeni Zelandiya adaları Kateqoriya:Sakit okeanın arxipelaqları Kateqoriya:Okeaniya arxipelaqları Kateqoriya:Subantarktik adalar