Böyük bəy Mahmud bəy oğlu Mahmudbəyov () — cərrah, tibb elmləri doktoru, professor.
Həyatı Böyük bəy Mahmud bəy oğlu Mahmudbəyov 27 sentyabr 1902-ci ildə Şamaxıda anadan olmuşdur. O, İkinci Dünya müharibəsi iştirakçısı, tibb xidməti polkovnikidir.
Böyük bəy Mahmudbəyov Azərbaycan Dövlət Tibb İnstitutunun (Azərbaycan Tibb Universiteti) Tibb cərrahlıq kafedrasında işləmiş, 1947-1958-ci illərdə professor, 1958-1977-ci illərdə kafedra müdiri vəzifələrində çalışmışdır. 1977-ci ildən həyatının sonuna kimi həmin kafedranın məsləhətçisi idi.
Böyük bəy Mahmudbəyov 1957-ci ildə Azərbaycanın əməkdar elm xadimi adını almışdır.
Elmi fəaliyyəti Böyük bəy Mahmudbəyov 1936-cı ildə namizədlik, 1939-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, namizədlik dissertasiyasını akademik Mir Əsədulla Mirqasımovun rəhbərliyi altında müdafiə etmişdir.
Böyük bəy Mahmudbəyovun elmi fəaliyyəti əsasən irinli cərrahi xəstəliklərə, hərbi səhra cərrahlığına, qaraciyər və öd yolları patologiyasına aiddir.
O, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən Müharibəsi ordeni və medallarla təltif edilmişdir.
Əsas elmi əsərləri Опыт консервативного лечения острых гнойных гонитов. Баку. Азернешр. 1938. Амебиаз печени. Баку. Азернешр. 1955. Düz bağırsağın cərrahi xəstəlikləri. (İ.M.Məmmədov, H.A.Sultanovla birgə). Bakı, 1979
Mənbə http://www.amu.edu.az/az/cafedra/2600 Azərbaycan Sovet Ensiklopediyası. VI cild, Bakı, 1982. Akademik Böyükkişi Ağayev. Azərbaycanda cərrahiyyənin inkişaf tarixi. "Azərbaycan" qəzeti, 20 avqust, 2010-cu il.
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan həkimləri Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Şamaxıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər