International Baccalaureate Organization (IBO və ya IB; digər rəsmi dillərdə: və ya BI; və ya OBI) — 1968-ci ilində əsası qoyulmuş, Cenevrə qərargahı ilə, beynəlxalq təhsil vəqfi."IB headquarters ." International Baccalaureate. Retrieved on 25 September 2009. IB sistemində 3-19 yaş arasında şagirdlər üçün dörd təhsil proqramı var.
Proqramlar Diplom Proqramı
Diplom Proqramı (; abbr. IBDP) 16-19 yaşlı şagirdlər üçün iki illik təhsil proqramıdır. Bu günümüzdə IBDP ingilis, fransız və ispan dillərdə tədris edilir. Əvvəldən bütün fənlər ancaq ingilis və fransız dillərdə aparılırdılar. 1983-cü ildən bəri Diplom Proqramın fənləri ispan dilində də mövcuddular.
Əsas tələblər
IB Diplomu almaq üçün bir namizəd imtanlardan keçməkdən başqa üç əsas tələbələri də yerinə yetirməlidir:
Extended essay (abbr. EE; ). Namizədlər EE üçün təsdiq olan fənlərin siyahısından birinəSchools' Guide to IBDP, p. 5. 4000 söz qədər geniş tədqiqat esse yazmalıdılar. Nəmizəd özü keçmədiyi fənndən mövzuya da yaza bilər, amma bu tələb olunmur.Schools' Guide to IBDP, p. 9. EE fənlərarası mövzuya yazılmamalıdır.Schools' Guide to IBDP, p. 6. Theory of knowledge (abbr. TOK; ). Bu kursda şagirdlər biliyin fitrətin və məhdudluqların haqqında (yəni epistemologiyanın əsasları) öyrənirlər və biliyin mənası və etibarlılığı müəyyənləşdirməkdə (yəni tənqidi fikirləşmədə) təcrübə alırlar. Kurs 100 saatlıq instuksiyadan, 1200–1600 söz arasında essedən (IB tərəfindən verilən 10 mövzudan ibarət olan siyahıdan yazmaq üçün bir mövzu seçilməlidir) və namizədin seçdiyi mövzuya təqdimatdan ibarətdir. Creativity, action, service (abbr. CAS; )
Orta İllər Proqramı
Orta İllər Proqramı (; abbr. MYP) 11-16 yaşlı şagirdlər üçün beş illik təhsil proqramıdır.
İbtidai İllər Proqramı
İbtidai İllər Proqramı (; abbr. PYP) 3-12 yaşlı şagirdlər üçün təhsil proqramıdır.(cite web url:http://www.ibo.org/facts/fastfacts/ (access date: 7-11-2013))
Mənsəb Sertifikatı
IB Mənsəb Sertifikatı (; abbr. IBCC) 16-19 yaşlı mənsəbnən bağlı öyrənmə istəyən şagirdlər üçün təhsil proqramıdır.
Təşkilat IB qeyri kommersiya təhsil fondudur. Onun fond ofisi İsveçrənin Cenevrə şəhərindədir. Qiymətləndirmə mərkəzi Uelsın paytaxtı olan Kardiff şəhərində yerləşir, kurikulum mərkəzi isə 2011-ci ildə Niderlandın Haaqa şəhərinə köçürülüb. Bundan əlavə, üç qlobal mərkəz açılıb: ABŞ-nin Meriland ştatının Betesta şəhərində, Sinqapurda, və Niderlandın Haaqa şəhərində.
Təşkilat üç regional mərkəzlərə bölünür: Haaqadan idarə olunan IB Afrika, Avropa və Şərq (; abbr. IBAEM); Betesta və Argentinanın paytaxtı olan, Buenos Ayres şəhərindən idarə olunan IB Amerikalar (; abbr. IBA); və Sinqapurdan idarə olunan IB Asiya və Sakit Okean (; abbr. IBAP).
IB-nin UNESCO-da qeyri-hökumət təşkilatın kimi konsultativ statusu və bundan əlavə Avropa Şurası və OIF ilə əməkdaşlıq əlaqələri var.
İdarəçiliyi
IB idarəçiliyi IB İdarəçilər Şurasından və altı komitədən (keçmə və inkişaf, təftiş, təhsil, maliyyət, insan resursları və idarəçiliyi) ibarətdir. İdarəçilər Şurası təşkilatın Baş Direktorunu təyin edir, strateji istiqamətini müəyyənləşdirir, missiya bəyanatını qəbul edir, siyasətini aparır, IB-nin maliyyəni nəzarət edir və IB Diplom Proqramın imtahanları və tələbələrin digər çalışmaların muxtarlığını və bütövlüyü təmin edir.
İdarəçilər Şurası 15-25 üzvdən ibarət ola bilər. Üzvlər şura tərəfindən idarəçi komitəsinin tövsiyə etdiyi və Baş Şura, Regional Şuralar və İdarəçilər Şurası təqdim etdiyi nəmizədlərdən seçilirlər. Cinsi, mədəni və coğrafi müxtəlifliyi təşvigi üçün ancaq üç ex officio vəzifə mövcuddur: Baş Direktor (səs vermir), İmtahan Şurasının sədri və Baş Şuranın sədri.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Təhsil Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Cenevrədə yerləşən təşkilatlar