Sabir Abdulla () — özbək yazıçısı, şairi.Azərbaycan Sovet Ensiklopediyası. I cild, Bakı, 1976.

Həyatı və fəaliyyəti Abdulla Sabir (Sabircan Abdullayevin təxəllüsü) 18 sentyabr 1905-ci ildə Kokandda anadan olmuşdur.Azərbaycan Sovet Ensiklopediyası. I cild, Bakı, 1976.

Onun "Bahar" (1931), "Sevinc" (1933), "Dostluq" (1937), "Gülşən" (1939), "Həyat nəğmələri (1962), "Divan" (1970) şeir və hekayə toplularında zəhmət adamlarının həyatından söhbət açılır.

Abdulla Sabir "Mövlana Müqimi" (1965)romanının, "Bağban qızı" (1930), "Ayxan" (1935), "Qurban Ömərov" (1941) pyeslərinin, "Tahir və Zöhrə" (1943), "Muqimi" (1954), "Alpamış" (1959) musiqili dramlarının müəllifidir.

Abdulla Sabirə Özbəkistan ədəbiyyatında göstərdiyi xidmətlərinə görə 1944-cü ildə Özbəkistanın əməkdar incəsənət xadimi, 1965-ci ildə Özbəkistanın xalq şairi fəxri adları verilmişdir. O, 3 ordenlə təltif edilmişdir.

Abdulla Sabir 1972-ci ildə Daşkənddə vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Özbəkistan şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Çiğatay qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri