Eagles — 1971-ci ildə ABŞ-nin Los-Anceles şəhərində yaranmış rok-qrupu. Hitparadlarda birinci pilləyə qədər yüksəlmiş yeddi sinql, 6 Qremmi mükafatı, 5 "Amerikan Musiqi mükafatı" qazanmaqla 70-ci illərin musiqi tarixində dərin iz buraxmışdır. Qrupunun buraxdığı "Hotel California" albomu Rolling Stone jurnalının tərtib etdiyi "Bütün zamanların ən böyük 500 albomu" siyahısında 37-ci, 2004-cü ildəki "Bütün zamanların ən böyük 100 müğənnisi" siyahısında isə 75-ci yeri tutmuşdur.

Tarixi Eagles qrupu 1971-ci ildə Los-Anceles şəhərində Qlenn Frey, Don Hendli, Berni Ledon və Rendi Maysner tərəfindən əsası qoyulmuşdur. Həmin il qrup Asylum Records səsyazma şirkəti ilə ilk müqaviləsini imzaladı. 1972-ci ilin fevralında İngiltərədə ilk debüt albomu , qrupun adı ilə eyni olan "Eagles"-ı satışa çıxardılar. Albomun ilk sinqlı "Take It Easy" ABŞ-də ən məşhur və nüfuzlu musiqi hit-paradı "Billboard Hot 100"-da 12-ci pilləyə kimi yüksəldi.

Fasilə illəri (1980–1994) 1980-ci ildə qrupun fəaliyyati müəyyən səbəblərə görə dayandırıldı və üzvlər solo karyera qurmağa başladılar.

Yenidən birləşmə 1994-cü ilin aprel ayında qrup yenidən birləşəndən sonra solist Frey canlı konsert zamanı demişdir:

"Qrup dağılmamışdır, sadəcə olacaq 14 illik fasilə etdik."

Statistika cədvəli

Diskoqrafiya

Studiya albomları Eagles (1972) Desperado (1973) On the Border (1974) One of These Nights (1975) Hotel California (1976) The Long Run]] (1979) Hell Freezes Over (1994) The Long Road Out Of Eden (2007)

Konsert albomları Eagles Live (1980) Hell Freezes Over (1994)

Seçmələr Their Greatest Hits (1971–1975) (1976) The Eagles Greatest Hits, Vol. 2 (1982) The Best Best of the Eagles (1985) The Very Best of the Eagles (1994) (1994) Selected Works: 1972–1999 (2000) The Very Best of the Eagles (2001) (2001) The Very Best of the Eagles (2003) (2003) Eagles Box Set'' (2005)

İstinadlar

Xarici keçidlər Eagles Qrupun rəsmi veb saytı Don Hendli rəsmi veb sayt Timoti Şmit rəsmi veb sayt Co Uolş rəsmi veb sayt Don Felder rəsmi veb sayt

Kateqoriya:ABŞ musiqi qrupları Kateqoriya:1971-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Polydor Records artistləri