Anatoli Qurban oğlu Məsimov — Həvəskarlar arasında bodibildinq üzrə Dünya, Avropa, Azərbaycan və Rusiya çempionu.

Həyatı Anatoli Qurban oğlu Məsimov 17 yanvar 1974–cü ildə Borçalıda Bolnisi rayon Abdallı kəndində anadan olub.

1991-ci ildən etibarən Rusiya FR-nın Krasnoyarsk şəhərində yaşayır.

2001-ci ildə Myanma Birliyi Respublikasının Yanqun şəhərində həvəskarlar arasında keçirilən bodibildinq üzrə dünya birinciliyində 65 kq çəkiyədək kateqoriyasında 4-cü yerə layiq görülmüşdür.

17–20 may 2002-ci il tarixində Belorusiyanın paytaxtı Minsk şəhərində həvəskarlar arasında keçirilən bodibildinq üzrə Avropa birinciliyində 65 kq çəkiyədək kateqoriyasında 3-cü yerə layiq görülmüşdür.Чемпионат Европы 2002. 17 - 20 мая 2002, Минск."Результаты"

7–9 may 2005-ci il tarixində Rumıniyada həvəskarlar arasında keçirilən bodibildinq üzrə Avropa birinciliyinin gümüş mükafatçı olmuşdur.Администрация Губернатора Красноярского края: Домой с медалями вернулись представители красноярского бодибилдинга – Наталья Батова и Анатолий Масимов Azərbaycan konfuçularına çinli mütəxəssis dərs keçəcək.

3 qat Azərbaycan çempionu və bir çox beynəlxalq turnirlərin qalibidir.

Hal–hazırda "Krasnoyarsk Bodibildinq və Fitnes Federasiyası"nın prezidenti olaraq fəaliyyət göstərir və Krasnoyarsk şəhərində yaşayır.Федерация бодибилдинга и фитнеса Красноярского края: Состав федерации

İstinadlar

Xarici keçidlər Anatolu Masimov — musclememory.com Anatolu Masimov — www.bodybuildingfitness.org Kateqoriya:Borçalıda doğulanlar