Rauf Cəmil oğlu Nərimanbəyli (16 may 1929, Bakı — 2023) Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008), Bakı Musiqi Akademiyasının professoru.

Həyatı Rauf Cəmil oğlu Nərimanbəyli 1929-cu ildə Bakıda anadan olmuşdur. 1954-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyası) fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ildən dosent, 1994-cü ildən professor adı almışdır. Pedaqoji fəaliyyətinə kamera-ansamblı sinfində konsertmeyster kimi başlamışdır. 1961-ci ildən kafedranın müəllimidir.

1967–1971-ci illərdə konservatoriyada ifaçılıq fakültəsinin dekanı vəzifəsində çalışmışdır.

1976-cı ildən 1993-cü ilədək kamera ansamblı kafedrasının müdiri, 1993–1999-cu illərdə orkestr şöbəsinin dekanı olmuşdur.

1990-2016 illərdə kamera-ansamblı kafedrasının müdiri olmuşdur.

Məzunlarının sayı 250-yə yaxındır. Onlardan çoxu respublika, şəhər ali təhsil ocaqları arasında keçirilən müsabiqə və festivalların qalibləridirlər. Əksəriyyəti BMA, musiqi məktəblərində, tədris ocaqlarında fəaliyyət göstərir, bəziləri isə öz fəaliyyətini respublikadan kənarda davam etdirirlər.

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Professorlar