Əbu Bəkr Əhməd ibn Hüseyn əl-Beyhəqi (; ) — mühəddis və şafei fəqihi. "Sünəni-Beyhəqi" adlı əsərin müəllifi.
Bioqrafiyası Məşhur hədis və fiqh alimlərindən olan Beyhəqi, Beyhəq qəsəbəsinin Hüsrəvcird kəndində 994-cü ilin sentyabr ayında (hicri 384) doğulub. Adı Əhməd ibn Hüseyn plan Beyhəqi, Nişapurun Beyhəq qəsəbəsindən olduğu üçün Beyhəqi nisbəsi ilə məşhurlaşmışdır.
Kiçik yaşda elm öyrənməyə başlayan Beyhəqi zəkasının itiliyi, yaddaşının qüvvəti, öyrənmək arzusu və ixlası ilə müəllimlərinin diqqətini öz üzərinə çəkmişdir. Beyhəqi Xorasan, Bağdad, Kufə və Məkkə kimi elm mərkəzlərindəki alimlərindən dərslər almışdır. Yüzdən atıq müəllimdən hədis əzbərləmişdir. Əbül-Fəth Nasir ibn Məhəmməd Üməridən fiqh elmini, Hakimidən hədis elmini, İbni Fürəkdən kəlam elmini, Əbu Əli Rudbaridən təsəvvüfü öyrənmişdir. Böyük alim olaraq yetişən Beyhəqiyə "elmin minarəsi" deyilmişdir. Beyhəqi bir çox alim yetişdirdi. Bunlara Şeyxülislam Əbu İsmayıl əl-Ənsarini, Zahir ibn Tahiri, Əbu Abdullah əl-Fəravini, oğlu İsmayıl ibn Əhmədi misal göstərmək olar.
Kəlam elmində Əhli-Sünnə etiqadına böyük xidmətlər etmişdir. Müxtəlif elmlərdə xüsusilə hədis, fiqh, kəlam elminə aid yüzlərlə əsər yazmışdır. Xorasanda hədis elmində onun icazəsi olmadan, o icazət (diplom) vermədən kimsə hədis danışa bilməzdi. Şafii fiqhi öyrətməsi üçün Nişapura çağırılmışdır. Hər nə qədər məmləkətinə qayıtmaq istəsə də 9 aprel 1066-cı il tarixində (hicri 10 Cəmazil-əvvəl 458) vəfat etmişdir. Cənazəsi yaxın olan Beyhəq qəsəbəsinə aparılmışdır.
Mənbələrə görə elm və fəzilətdə yüksək bir şeyx olan Beyhəqi, mütəmadi oxuyar, araşdırar, təsnif edər, əsərlərini tələbələrinə oxudar, elmlə məşğul olar, kasıblığa səbir edər, halından heç şikayət etməzdi. Az yeyər, az içərdi. Qırx dörd yaşından sonra vəfatına qədər otuz il bayram günləri istisna olmaqla davamlı oruc tutmuşdur.
Əsərləri Beyhəqi əsərlərini mühəddislərə xas şəkildə hər bir hədisin sənədi zikr edərək yazmışdır. Beyhəqinin yazdığı əsərləri aşağıdakı kimi sadalamaq olar: Əs-Sünənül-Kübra. Hədis kitabı olub, on cilddir. Bu kitabda səhabələr, tabiinin adları, sənəd və ravilər haqqında məlumatlar olan bir fihrist vardır. Şuabul-iman. Əs-Sünənüs-Suğra. İki cilddən ibarətdir. Kitabül-Əsma vəs-Sifət. İki cilddir. Dəlailün-Nübüvvə. Üç cilddir. Mənaqibüş-Şafii. Şafei məzhəbi ilə bağlı yazılmış əsərdir. Arifətüs-Sünən vəl-Əsar. Ət-Tərqi vət-Tərhib. Kitabüz-Zöhdil-Kəbir. Əxlaqla bağlı yazılmış kitabdır. Əl-Bəsu vən-Nüşur. Fədailüs-Səhabə. Ə-Məhdal iləs-Sünənil-Kübra. Əl-Məbsut. Əl-Ədəb. Əl-Etiqad alə məzhəbis-Sələfi Əhlis-Sünnət vəl-Cəmaat. Əhkamül-Quran.
İstinadlar
Xarici keçidlər Beyhəki
Kateqoriya:İslam alimləri Kateqoriya:Beyhəkilər Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Sünni imamları