Pertev Naili Boratav (əsl adı Mustafa Pertev, ) — Türk etnoqrafı və folklor tədqiqatçısı.

Həyatı Bolqarıstanın Darıdərə kəndində 1907-ci ildə doğuldu. 1927-ci ildə İstanbul Oğlan Litseyini, 1930-cu ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsi Türk Dili və ədebiyatı bölümünü bitirdi. 1931–1932-ci illərdə Fuad Köprülünün asistenti oldu.

Pertev Naili Boratav görkəmli türk ictimaiyyətçi alimi Hilmi Ziya Ülkenin təsiri altında formalaşmışdı. O, bir şəxsiyyət kimi xalq ədəbiyyatı və folklor tədqiqatlarının qurucusu kimi türk mədəniyyət tarixinə keçə bilmişdir.

Pertev Nailinin topladığı arxiv mütəxəssislərin fikilərinə görə, ən önəmli və geniş əhatəli arxivlərdən sayılır. Burada toplanmış xalq nağılları, rəvayətlər, atalar sözləri, şeirlər, lətifələr, mahnılar, xalq teatr nümunələri, hətta etnobotanik xalq təbabəti (fitoterapiya) və astronomiyaya aid məlumatlar var.

Arxivdə "Əsli və Kərəm", "Koroğlu" dastanları ilə birlikdə, ümumiyyətlə, Türkiyənin müxtəlif bölgələrində, həmçinin hüdudlarımıza yaxın bölgələrdə (Qars, İqdır, Ərdahan, Ərzurum və s.) toplanmış yüzlərcə uşaq oyunu, minlərcə xalq nağılları, eyni zamanda bir çox diğər xalq dastanları yer almışdır.

1941-ci ildə Xalq hekayeleri və xalq hekayeciliği dissertasiyasıyla dosent oldu, 1948-ci ildə professorluğa yüksəldi. 1948-ci ildə başqanı olduğu Xalq ədəbiyyatı kürsüsü CHP iqtidarınca kommunizmi yaydığına görə qapatıldıqdan sonra xaricə getdi.

ABŞ, Almaniya və Fransada çalışdı. 1940-cı illərdə Behice Boranın Yurt və Dünya dərgisinin baş redaktoru oldu. Stanford Universiteti Türkiyə bölümünü qurdu. Parisdə ölümünə qədər CNRS (Centre National de la Recherche Scientifique)də çalışdı. 1998-ci ildə Parisdə öldü.

Əsərləri Gökoğlu Destanı, 1931, 2003 Folklor ve Edebiyat I, 1939, 1991 Bey Böyrek Hikayesine Ait Metinler, 1939 Halk Edebiyatı Dersleri, 1943, 2000 İzahlı Halk Şiiri antolojisi, 1946, 2000 Folklor ve Edebiyat II, 1954, 1991 Halk Hikayeleri ve Halk Hikayeciliği,1946, 2002 Typen Türkischer Volsmarchen, 1953 Zaman Zaman İçinde, 1958, 1992 Le Tekerleme, 1963, 2000 Az Gittik , Uz Gittik, 1969, 1992 100 Soruda Türk Folkloru, 1973, 2003 Nasreddin Hoca, 1996 Pertev Naili Boratav, 100 Soruda Türk Folkloru'', K Kitaplığı, İstanbul 2003

İstinadlar

Həmçinin bax Korkut Boratav

Xarici keçidlər

Kateqoriya:Türkiyə etnoqrafları Kateqoriya:Türkiyə folklorşünasları Kateqoriya:Türkiyə professorları Kateqoriya:XX əsr Türkiyə yazıçıları