Əbdülməlik ibn Abdullah ibn Yusuf ibn Abdillah ibn Yusuf ibn Məhəmməd ibn Həyəveyh əl-Cüveyni (; ) — İslam alimi.

Həyatı İmam əl-Hərəmey Cüveyni "Əbül-Məali", "İmam əl-Hərəmeyn", "zamanının nadiri, imamı, fəqihi və üsulçusu"dur. Şafii üləmasındandır. Şafii məzhəbinə dair fiqh kitablarında "imam" zikr olunduqda o qəsd olunur. Hicri 419-cu (1028) ildə dünyaya gəlib. Atası Əbu Məhəmməd əl-Cüveyni də dövrünün fəqihlərindən və hörmətli şəxslərindən idi.

O, atası Əbu Məhəmməd əl-Cüveynidən, İskəf əl-İsfərayinidən, Əbu Abdullah əl-Xəbbazidən, Əbu Nuaym əl-İsfahanidən, Xorasanda şafiilərin şeyxi olan Qazı Hüseyn əl-Mərvəzidən və bir çox alimdən elm öyrənmişdir.

Tələbələri arasında höccətül-islam Əbu Həmid əl-Qəzzali, İbnül-Müzəffər ən-Neysəburi, əl-Hərrasi, İbnül-Quşeyri və başqa bir çox görkəmli şəxslər yer alır.

Əsərləri arasında şafii məzhəbinin üsulu barəsində yazılmış "əl-Bürhan", "ət-Təlxis", "əl-Vərəqat", məzhəbin fiqhi barəsində yazılmış və məzhəbə ən çox xidmət etmiş kitablar siyahısında olan "Nihayətül-Mətləb"i, həmçinin başqa sahələrdə də bir çox əsərləri mövcuddur.

Əbu İshaq əş-Şirazi onun haqqında demişdir:

Əbu Osman əs-Sabuni onun haqqında bunları demişdir:

Zəhəbi onun haqqında demişdir:

Əbül-Həsən əl-Bəxarzi deyir:

O, hicri 478-ci (1085) ildə vəfat etmişdir.

İstinadlar

Ədəbiyyat Кирабаев Н. С. Деформация классической теории халифата: ал-Джувейни. — В книге: Кирабаев Н. С. Политическая мысль мусульманского средневековья. М., 2005. — 256 с. — ISBN 5-209-01948-9 — с.97–108. Hallaq, Wael B. Caliphs, Jurists and the Saljuqs in the Political Thought of Juwayni. The Muslim World 74, no. 1 (1984): 26–41.

Xarici keçidlər Имам аль-Харамейн Абуль-Ма’али аль-Джувейни / IslamIng. Ru

Kateqoriya:Nişapurda doğulanlar Kateqoriya:Cuveynilər Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Şeyxülislamlar