Ququ quşu yuvasının üzərindən uçarkən () – Miloş Formanın rejissorluğunu etdiyi 1975-ci il ABŞ istehsalı komediya-dram janrında filmdir. Film Ken Kizinin eyni adlı romanı əsasında çəkilmişdir. Filmin premyerası 19 noyabr 1975-ci ildə Çikaqo Film Festivalında baş tutmuşdur. Baş rolları Cek Nikolson, Luiza Fletçer və Vilyam Redfild ifa edirlər. Bununla yanaşı, Vill Sempson, Sidni Lassik, Denni De Vito, Bred Durif, Kristofer Lloyd kimi önəmli aktyorlar bu filmlə karyeralarına debüt ediblər. Psixiatrik xəstəxanada cərəyan edən hadisələr haqqında bu film demək olar bütünlüklə Oreqon ştatında ruhi xəstələr üçün xəstəxana şöbəsində çəkilmişdir.
"Ququ quşu yuvasının üzərindən uçarkən" ən yaxşı filmlərdən biri hesab edilir. Ekran işi Amerika Film İnstitutunun 100 ən yaxşı filmlər siyahısında 33-cü sıraya daxil edilib. Bununla yanaşı, o, film tarixində 5 əsas Oskar mükafatını (Ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) qazanan ikinci film olmuşdur. Birinci dəfə bu uğuru "Bir gecədə baş verdi" filmi qazandı. 1991-ci ildə bu rekordu "Quzuların səssizliyi" filmi təzələdi. Film 1993-cü ildə ABŞ Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq önəmli" filmlər arasına seçilərək ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.
Rollarda
Cek Nikolson – Rendl Patrik McMurphy Luiza Fletçer – Tibb bacısı Mildred Retçed Vill Sempson – Şef Bromden Vilyam Redfild – Deyl Hardinq Bred Durif – Billi Bebbit Sidni Lassik – Çarli Çesvik Kristofer Lloyd – Meks Teyber Denni De Vito – Martini
Mükafatlar və nominasiyalar Nominasiya və qələbələr: Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Cek Nikolson Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı Luis Fletçer Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Miloş Forman Ən yaxşı filmə görə "Oskar" mükafatı Maykl Duqlas "Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı" Lourens Haben və Bo Qoldman
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Oskar mükafatı alan filmlər Kateqoriya:1975-ci ilin filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Həkimlər haqqında filmlər Kateqoriya:ABŞ-də əlillik haqqında filmlər Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:Amerikanın yerli əhalisi haqqında filmlər Kateqoriya:Həbsxana filmləri Kateqoriya:United Artists filmləri Kateqoriya:Ən yaxşı drama filminə görə Qızıl Qlobus mükafatını alan filmlər Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Psixopatlar və sosiopatlar haqqında filmlər Kateqoriya:1963-cü il haqqında filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Psixiatriya müalicəxanaları haqqında filmlər Kateqoriya:Psixoloji filmlər Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri