Təbii fəlakət — böyük nisbətdə və ya tamamilə insanların idarəsi xaricində reallaşan, mal və can itkisinə səbəb ola biləcək təhlükəli və ümumiyyətlə böyük diametrli hadisədir. Fəlakətin ilk xüsusiyyəti təbii olması, ikincisi can və mal itkisinə səbəb olması, bir sonra insanlar tərəfindən əngəllənə bilməməsidir. Bəzi fəlakətlərin yer üzünün haralarında daha çox olduğu bilinməkdədir. Məsələn; zəlzələ, uçqun, sel, donma kimi bəzi fəlakətlərin nəticələri zəlzələdə olduğu kimi birbaşa və dərhal ortaya çıxar, amma quraqlıqda olduğu kimi bəzilərinin nəticələri isə uzun bir zaman sonra və bilavasitə olaraq görülür.
Sellərin öyrənilməsi, proqnozlaşdırılması və qarşısının alınması tədbirlərinin reallaşdırılması müasir dövrün çətin problemlərindəndir.
Hazırda Yer kürəsində əhalinin sayının artması, insan resurslarının şəhərlərdə toplanması, antropogen-texnogen təsirlərin güclənməsi, eləcə də insanın təbii proseslərə müdaxiləsinin artması, ekosistemlərdə təbii qarşılıqlı əlaqələrin pozulması və mürəkkəb mühəndis konstruksiyalarının fəaliyyətinin genişlənməsi ilə əlaqədar təbii fəlakətlərin nəticələri daha mürəkkəb və daha təhlükəli xarakter alır. Məhz bu səbəbdən təbii fəlakətlərin artması və ziyanın çoxalması kimi neqativ tendensiyaların yaranmasına və inkişafına şərait yaradır.
Hidrosferdə təbii və antropogen təsirlərin törətdiyi dağıdıcı nəticələri bu gün Xəzərin ekoloji durumunda daha parlaq müşahidələr etmək olar.
Növləri
Geoloji mənşəlilər thumb|Vulkan püskürməsi Zəlzələ Torpaq sürüşməsi Vulkan püskürməsi Sunami
Meteoroloji mənşəlilər Sel Eroziya Daşqın Uçqun Tufan Quraqlıq Meşə yanğınları İqlim dəyişiklikləri Xortum Qasırğa Torpaq sürüşməsi Günəş fırtınası Tornado Meteoroloji fəlakətlərin meydana gəlməsini hazırlayan əsas faktorlar atmosfer mənşəli olmasına baxmayaraq, bəzilərində fəlakətin meydana gəldiyi yerin xüsusiyyətləri də təsirli olmaqdadır. Sel, uçqun və sis buna nümunə olaraq verilə bilər.
Bəşəriyyət tarixində — Meqasunamilər Meqasunami – dalğalarının hündürlüyü adi sunami dalğalarının hündürlüyündən çox-çox hündür olan sunamilərdir. Bir qayda olaraq zəlzələlərlə yox, torpağın nəhəng qeyri tektonik yerdəyişmələri (torpaq sürüşməsi, səma cisimləri ilə toqquşma) nəticəsində baş verir.
Təxminən 65 milyon il bizim eradan əvvəl Yerin asteroid ilə toqquşması nəticəsində Yukatan adasının cənubunda Çikşulub krateri əmələ gəlmişdir. Təxminən 35.3 milyon il bizim eradan əvvəl Yerin bolid (iri parlaq meteorit) ilə toqquşması nəticəsində Çekapiksk körfəzinin krateri əmələ gəldi. Təxminən 6000 il bizim eradan əvvəl Etna dağında (Sicilya adasında) nəhəng torpaq sürüşməsi meqasunami yaratdı ki, bu sunami Aralıq dənizi ölkələrinə ziyan vurdu. Təxminən 5000 il bizim eradan əvvəl müasir Norveçin kontinental şelf sərhədində su altında "Sturreqa" adı ilə məşhur olan sualtı torpaq sürüşməsi. Bunun nəticəsində müasir İslandiya ölçüsündə torpaq ayrılması olduqda güclü meqasunami yaratmışdı. Təxminən 2000 il bizim eradan əvvəl Madaqaskardan şərqdə Reyunon adasında torpaq sürüşməsi. Təxminən 1000–800 il bizim eradan əvvəl Yer kürəsi səma cismi ilə toqquşması nəticəsində Hind okeanı altında Byorkl kraterinin əmələ gəlməsinə səbəb oldu. 365-ci il. Kritdə zəlzələ. Zəlzələnin yaratdığı meqasunami İskəndəriyyəni məhv etdi. Sahildə dalğalar 35.5 metrə çatırdı. 1792-ci ilin iyunun 15-i. Yaponiyada Unzen vulkanı püskürməsi səbəbindən meqasunami yaranmışdı. Dalğaların hündürlüyü 100 metrə çatmışdı. 1958-ci il 9 iyul. Alyaskada Lituyya buxtasında torpaq sürüşməsi. Buxtanın əks sahilində əmələ gələn dalğanın hündürlüyü 524 metrə çatmışdı. Bu qeydə alınmış ən hündür dalğadır. 1963-cü il 9 oktyabr. İtaliyada Vayont bəndində torpaq sürüşməsi bəndin üzərindən suyun aşmasına səbəb oldu. Suyun həcmi 50 milyon kub metrdən çox, qalınlığı 150–250 metr idi. Su dalğalarının hündürlüyü 90 metr idi. 2000–3000 nəfər insan həlak olmuşdu. 1980-ci il 18 may. ABŞ-də Vaşinqton ştatında Müqəddəs Yelena (Sent-Xelens) vulkanı püskürməsi nəticəsində dağın zirvəsi (yuxarı 460 metr) aşağı tökülmüşdü. Torpağın bir hissəsi Duxa gölünə tökülmüşdür, su dalğalarının hündürlüyü 260 metrə çatmışdı. + Bəşəriyyət tarixində — 10 ən böyük təbii fəlakət Tarix Yer Hadisə Həlak olanların sayı, nəfər İyul, noyabr 1931-ci il Çin Daşqın 1000000–4000000 Sentyabr-oktyabr 1887-ci il Çin Xuanxe çayında daşqın 900000–2000000 23 yanvar 1556-cı il Çin, Şensi əyaləti Zəlzələ 830000 13 noyabr 1970-ci il Banqladeş Bxolo siklonu 500000 25 noyabr 1839-cu il Hindistan, Korinqa Qabarma dalğaları 300000 may 526-cı il Antioxiya (müasir Türkiyə) Zəlzələ 250000–300000 28 iyul 1976-cı il Çin, Xebey Tyanşan zəlzələsi 242419 16 dekabr 1920-ci il Çin, Ninsa-Qansu əyaləti Zəlzələ 234117 26 dekabr 2004-cü il İndoneziya, Sumatra Sunami 230210 12 yanvar 2010-cu il Haiti Zəlzələ 230000 + Bəşəriyyət tarixində — 10 ən böyük zəlzələ
(12 ballı şkala üzrə) Tarix Yer Maqnitudu Qurbanların sayı, nəfər 22 may 1960-cı il Çili 9.5 6000 26 dekabr 2004-cü il İndoneziya, Sumatra 9.3 230210 27 mart 1964-cü il Alyaska, ABŞ 9.2 125 9 mart 1957-ci il Andreyanovsk adası (Alyaska) 9.1 Məlum deyil 4 noyabr 1952-ci il Kamçatka, SSSR 9.0 2000-dən çox 13 avqust 1868-ci il Çili 9.0 25000-dən çox may 526-cı il Antioxiya (müasir Türkiyə) 9.0 250000–300000 26 yanvar 1700-cü il Kanada 9.0 Məlum deyil 27 fevral 2010-cu il Çili 8.8 432 31 yanvar 1906-cı il Ekvador-Kolumbiya 8.8 1500-ə qədər + Bəşəriyyət tarixində — 10 ən böyük daşqın Tarix Zərər çəkmiş bölgələr Qurbanların sayı, nəfər İyul-avqust 1931-ci il Mərkəzi Çin 145000–4000000 sentyabr 1887-ci il Çinin Xuanxe çayı 900000–2000000 iyun 1938-ci il Çinin Xuanxe çayı 500000–700000 mart 1931-ci il Çin, Yansızı çayı vadisi 145000 5 noyabr 1530-cu il Hollandiya 100000-dən çox 1971-ci il Vyetnam, Qırmızı çay deltası 100000 1911-ci il Çin, Yansızı çayı vadisi 100000 14 dekabr 1287-ci il Hollandiya, Şimali Almaniya 50000–80000 1212-ci il Hollandiya 60000 12 fevral 2006-cı il Filippin, sel daşqınları 1126 + Bəşəriyyət tarixində — 10 ən böyük sunami
(qurbanların sayına görə) Tarix Zərər çəkmiş bölgələr Qurbanların sayı, nəfər 26 dekabr 2004-cü il İndoneziya, Tailand, Hindistan, Şri-Lanka, Maldiv adaları, Somali 230210 1 noyabr 1755-ci il Portuqaliya, İspaniya, Morakko, İrlandiya, İngiltərə 100000 26 dekabr 1908-ci Cənubi İtaliya 100000 27 avqust 1883-cü il İndoneziya 38000-dən çox 28 oktyabr 1707-ci il Yaponiya 30000-ə yaxın 15 iyun 1826-cı il Yaponiya 27000-dən çox 13 avqust 1868-ci il Çili 25000-dən çox 15 iyun 1896-cı il Yaponiya 22070 15 iyun 1896-cı il Yaponiya 22070 21 may 1792-ci il Yaponiya 15030 4 aprel 1771-ci il Yaponiya 12000-dən çox + Bəşəriyyət tarixində — 10 ən böyük qasırğa
(qurbanların sayına görə) Tarix Yer Ad Qurbanların sayı, nəfər 13 noyabr 1970-ci il Banqladeş Bxola siklonu 500000 25 noyabr 1839-cu il Hindistan, Korinqa Hind siklonu 300000 7 oktyabr 1737-ci il Hindistan Kəlkütlə siklonu 300000 2–8 avqust 1975-ci il Çin Mina tayfunu 210000 31 oktyabr 1876-cı il Hindistan Böyük Bakerqanc siklonu 200000 2 may 2008-ci il Mayanma Nargis siklonu 90000–146000 29 aprel 1991-ci il Banqladeş Banqladeş siklonu 138000 nəfərdən çox 6 iyun 1882-ci il Hindistan Bombey siklonu 100000 2–3 avqust 1922-ci il Çin Svatou siklonu 50000–100000 5 oktyabr 1864-cü il Hindistan Kəlküttə siklonu 60000
Mənbə Редактор — составитель Александр Соловьев. Апокалипсис. M.: Коммерсант: Ексмо, 2010, 336 с.
İstinadlar
Xarici keçidlər