Artist () — 2011-ci ildə çəkilmiş fransız komediya-dram filmi.
Rrejissor Mişel Hazanaviçus yenidən səssiz ağ-qara filmə qayıdır və növbəti ildə 5 Oskar mükafatı qazanır – o cümlədən ən yaxşı rejissor və ən yaxşı aktyor nominasiyaları üzrə. Bundan əlavə The Artist 3 Qızıl Qlobus mükafatı, 7 BAFTA mükafatı, 6 Sezar mükafatı və 1 Kann kinofestivalı mükafatı qazanır. Film doğrudan da möhtəşəm alınır və hər hansı bir rejissorun 2011-ci ildə bu cür sadə bir ssenarili səssiz ağ-qara filmdə bu qədər dramaturgiya göstərə biləcəyini az adam təsəvvür edərdi.
Qısa məzmun Hollivud 1927-ci il. Səssiz Kino ulduzu Corc Valentayn kinematoqrafiyanın səsli filmə keçməsini heç cür qəbul edə bilmir. Tamaşaçılar isə yenilik tələb edir. Valentayna vasitəsilə kinematoqrafiyaya gəlmiş və ona aşiq olmuş Peppi Miller isə getdikcə səsli film sahəsində məşhurlaşır. Birinin yüksəlməsi və digərinin getdikcə publikadan kənarlaşması onları bir birindən daha da uzaqlaşdırır.
The Artist aktyor oyunu və səssiz stilistikası ilə özünə sevgi qazandı. Film olduqca yüngül, pozitiv, rəqslər, komedik səhnələr və musiqilərlə bol olduğundan filmi izlədikcə dincəlirsən. Ümumiyyətlə filmdə onlarla insan faciəsi əks olunmasına baxmayaraq film peşəkar drama yox yüngül komediyadı. Əminəm ki əgər 20-ci illər olsaydı, filmin qəhrəmanları Jean Dujardin və Bérénice Bejo yenə də kinematoqrafiyada böyük uğur qazanardılar.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Fransa filmləri Kateqoriya:Belçika filmləri Kateqoriya:Oskar mükafatı alan filmlər Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:2011-ci ilin Fransa filmləri Kateqoriya:Mişel Hazanaviçusun filmləri Kateqoriya:Fransanın ağ-qara filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:Qızıl Qartal mükafatını qazanan filmlər Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı qazanmış filmlər Kateqoriya:Fransanın komediya filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:Fransanın melodram filmləri Kateqoriya:Aktyorlar haqqında filmlər Kateqoriya:ABŞ-nin romantik komediya filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:The Weinstein Company filmləri Kateqoriya:Komediya-dram filmləri Kateqoriya:Belçikanın dram filmləri Kateqoriya:1920-ci illər haqqında filmlər Kateqoriya:2011-ci ilin komediya filmləri