I Qriqor Dop, Qriqor Xaçınlı () – XIII əsrdə Xaçın knyazı.Киракос Гандзакеци. История Армении , гл. 34
Hakimiyyətinə Yuxarı Xaçın ərazisi daxil idi. I Həsən və Dəfnə xatunun övladı olmuşdur.Б. Улубабян. История Арцаха от начала до наших дней. — Ер., 1994. — С. 102 Həsən Cəlalın xalası oğludur. I Qriqor Dop oğlu Saak Sevada ilə birgə monqol sərkərdəsi Baycu noyonun Mesopatamiya səfərində (1242–1243) iştirak etmişdir. Özündən sonra hakimiyyətə oğlu Həsən gəlmişdir. Digər oğlu Hovannes isə monax həyatını seçərək monastırda qulluğa başlamışdır. I Qriqor Dopun adı ilk dəfə 1220-ci ildə Hədəvəng monastırının kitabələrindən birində xatırlanır. Onun adından yazılmış və monqolların İran, Ermənistan və Xaçını ələ keçirməsi ilə başa çatan kiçik bir "Xronoqrafiya " dövrümüzə çatmışdır.
İstinadlar
Həmçinin bax
Dop sülaləsi Xaçın knyazlığı Qarabağ
Kateqoriya:Xaçın knyazlığı