Damət Söhbət oğlu Kərimli ( – 23 fevral 2025, Bakı) — Azərbaycan şairi,həkim, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003).
Həyatı Damət Kərimli 1952-ci il mayın 8-də Azərbaycanda Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olmuşdur. Burada kənd səkkizillik məktəbi, Yardımlı qəsəbəsində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır (1969-1975). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Yardımlı rayon Sanitar Epidemiologiya Stansiyasında qida həkimi kimi başlayıb (1975-1984), sonra orada yoluxma şöbəsində infeksionist-həkim (1984-1998) işləmişdir. X.Rəfibəyli adına 2 saylı Bakı Baza Tibb məktəbində müəllim vəzifəsində çalışırdı (1998-ci ildən).
XX əsrin 60-cı illərindən şer yaradıcılığı ilə ardıcıl məşğul olmuşdur. "Ədəbiyyat qəzeti", "Zaman", "Ocaq", "Hürriyyət" və s. qəzetlərdə lirik, satirik şerləri, qəzəlləri dərc edilmişdir. "Qəm üstə köklənən dünya" şerlər toplusu "Nurlan" nəşriyyatında kütləvi tirajla çap olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin və Dirili Qurbani Məclisinin üzvü olmuşdur.
Şairin “Qəm üstündə köklənən dünya” və “Toxunmayın daha haqqa” (2010) kitablarından savayı, üzvü olduğu Dirili Qurbani Məclisinin nəşrlərində, o cümlədən 13 adda elmi-bədii əsərlər toplusunda, “Dirili Qurbani” jurnalında, məclisin saytında, dövri mətbuatda məclis üçün ayrılmış səhifələrdə yer alıb.
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri